ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM



Yüklə 498,93 Kb.
səhifə1/55
tarix10.01.2022
ölçüsü498,93 Kb.
#108869
  1   2   3   4   5   6   7   8   9   ...   55

V ƏHHABİLƏRİ BELƏ GÖRDÜM





ƏBDÜLLAH MƏHƏMMƏD
VƏHHABİLƏRİ BELƏ GÖRDÜM
Mütərcim: Məsum Əlizadə

MÜTƏRCİMDƏN
Əlimizdəki kitab Əbdüllah Məhəmmədin «Hakəza rəytul-vəhhabiyyin» kitabının tərçüməsidir. Onun ərəbcə mətni dəfələrlə Beyrutda, farsca tərcüməsi isə 1370-ci hicri şəmsi ilində (7 il bundan qabaq) İranda sübh qəzetlərinin birində (təqribən qırx hissədə) çap olunmuşdur. İndi həmin kitab cüzi dəyişikliklərlə ümumxalq kütlələrinin ixtiyarında qoyulmuşdur.

Bu kitabın müəllifin Allah Evinə səfərindəki xatirələridir. Onun mətləblərini iki yerə bölmək olar: biri incə, həqiqi və gerçək hadisələr. Burada müəllif həcc səfərində həmin hadisələrlə qarşılaşmış, öz müşahidələrini bəyan etməklə vəhhabilərin Ərəbistan yarmadasındakı rəftarlarını qələmə almışdır. İkinci hissə isə vəhhabilərin etiqadları ilə əlaqədar olan mübahisələrə şamilsdir ki, xitabə və cədəllə qarşımışdır.

Mürtəcim bu kitabı üç dəlilə görə seçmişdir:

1 – Dinə yüzlərlə bidət gətirən və özlərinin icad etdikləri xurafatları müsəlmanlar arasında din adı ilə yayan vəhhaabilərin törətdikləri cinayətləri kiçik hesab etməməliyik. Xüsusilə, onun başçıları «amerikansayağı islamın» müdafiəçisi və təbliğilərinin bariz nümunələrindən olmaqla İslamıın dünyada yaramaz surətdə təqdim edirlər. Hal-hazırda vəhhabilər Afrika, Asiya və Avropa ölkələrində başdanbaşa xurafat və qondarma olan bu məsləki yaymaq üçün külli miqdarda pul sərf edir, bu yolda heç nəyi əsirgəmirlər.

Az ölkə tapmaq olar ki, həmin ölkələrdə vəhhabilər müsəlmanların milli-təbii sərvətlərindən, xüsusi neftdən gələn gəlirləri ilə geniş miqyaslı təbliğat aparmasınlar.

Onların təbliğatları, əhalisi son dərəcədə səfilliklə yaşayan ölkələrdə daha çox gözlə çarpır. Onlar bu ölkələrdə mövcud ağır iqtisadi şəraitdən sui-istifadə etməklə maddi yardımllar göstərərək vəhhabiyyəti onların arasında yayır, onların özlərinin batil əqidələrinə tərəf cəlb edirlər. Əlbəttə, dünyanın hakim dairələri də bu yolda hər cür maddi yardım və köməklərini əsirgəmirlər.

Vahhabilərin geniş səviyyəli təbliğatlarının həcminə mütənasib olaraq onların ümumi ideyalarının araşdırılması üçün ciddi tədbirlər görülməlidir. Bu kitabın tərcümə olunması da bu məqsədlə atılmış kiçik bir addımdır.

2. Bu kitab sadə və hamının başa düşə biləcəyi şəkildə, eləcə də ümumxalq istifadəsinə təqdim edilmək üçün yazılmışdır. Hər kəs, hər hansı elmi səviyyədə olursa olsun, bu kitabı oxumaqla vəhhabilərin ideyalarının batil olmasını dərk edib onların törətdiyi cinayətlərdən agah olacaqdır. Bu vaxta qədər vəhhabilərin əqidələri barəsində yazılan kitablar hamının istifadəsi üçün münasib olmamışdır. Buna görə də bu sahədə bir növ boşluq hiss olunurdu. Amma ümumxalq kütləsi üçün nəzərdə tutulan bu kitab həmin boşluğu nə ehtiyacı təmin etmək yolunda götürülən kiçik bir addım hesab olunur.

3. Bu kitab səfərnamə surətinə yazıldığından, oxucu üçün maraqlı və cazibədardır və mütaliəsi yorğunluq gətirməyəcəkdir. Əlbəttə, qeyd etmək lazımdır ki, müşahidələrin bəyanına aid olan bölmədə bu cəhət daha güclüdür. Vəhhabilərin batil əqidələri və dəlillərindən bəhs edən bölmə ikitərəfli dialoq şəklində olduğuna görə yorucu olmayıb xas bir şirinliyə malikdir. Bu da oxucuları mətləbləri izləməyə sövq edir. Axırda qeyd olunması zəruri olan məsələ budur ki, kitabın tərcüməsində səy olunmuşdur ki, onun ümumi məfhumundan kənara çıxılmasın. Bununla belə, bəzi yerlərdə məcbur olmuşuq ki, mətləbin təkmil və düzgün olması üçün ixtisar, yaxud əlavələr edək. Məsələn, bəzi yerlərdə müsəlman firqələri arasındakı vəhdətə xələl gətirilməsi ehtimalı verildiyindən (xüsusilə, Həzrət Zəhra (s.ə)-ın şəhadətinə aid olan bölmədə) ixtisar olunmuş, bəzi yerlərdə isə müxtəsər mətləbi təkmilləşdirmək üçün müəyyən əlavələr edilmişdir. Müəllifin ayə və rəvayətlərin məzmununa istinad edib, mənbələrini qeyd etmədiyi yerlərdə imkan daxilində səy olunmuşdur ki, onların mənbəyi də qeyd etmədiyi qeyd olunsun. Dəyişikliklərin cüzi olduğuna baxmayaraq, ümumi halda demək olar ki, bu tərcümə azad tərcümədir. Əlbəttə, yenə də təkrar edirik ki, mütərcim kitaba hakim olan ümumi məfhumdan xaric olmamış, müəllifin məqsədlərini bəyan etmişdir.

مَثَلُ الَّذِينَ اتَّخَذُوا مِنْ دُونِ اللَّهِ أَوْلِيَاءَ كَمَثَلِ الْعَنْكَبُوتِ اتَّخَذَتْ بَيْتًا ۖ وَإِنَّ أَوْهَنَ الْبُيُوتِ لَبَيْتُ الْعَنْكَبُوتِ ۖ لَوْ كَانُوا يَعْلَمُونَ




Yüklə 498,93 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin