İLK CİNAYƏT
1217-ci hicri (1795-ci miladi) ilində vəhhabilər İraqa tərəf qoşun yeritdilər. Yolları üstündə çatdıqları bütün şəhər və kəndləri viran edib günahsız insan cəsədlərindən təpə düzəldir və qanı su yerinə axıdırdılar.
Qədir-xum bayramı günündə, (zilhiccənin 17-i) Kərbəla şəhərinin yaxınlıqlarına çatdılar. Əhalinin çoxu Həzrət Əli (ə)-ın qəbrini ziyarət etmək üçün Nəcəfə səfər etmişdilər. Şəhərdə qalan əhali təcavüzkar vəhhabi qoşununun yaxınlaşmasından xəbər tutan kimi hücumun qabağını almaq üçün şəhərin qapılarını bağladılar. Amma 1000 nəfər yaraqlı vəhhabi qapılardan birini sındırıb şəhərə yürüş etdilər. Sürətlə İmam Hüseyn (ə)-ın qəbrinə tərəf cumub hədiyyə (nəzir) olunmuş qızıl-gümüşü, nəfis xalçaları və zinətli qapıları qarət etməyə başladılar. Sonra hərəmin zinətlərini və güzgülərini sındırıb məhv etdilər. Bununla da kifayətlənməyib həyasızcasına müqəddəs zərihi yandırdılar və bir-birlərinin sağlığına qəhvə içdilər.
Qiymətli əşyaları, cəvahiratı qarət edəndən sonra hərəmin ziyarətçilərinə hücum edib zərihin yanında olan 50 nəfəri rəhmsizcəsinə qətlə yetirdilər, sonra həyətə gəlib oradakı ziyarətçiləri qırmağa başladılar. Orada öldürülənlərin sayı 500 nəfərdən artıq idi.
Hərəmdəki ziyarətçiləri qırandan sonra şəhərə daxil olaraq gördükləri hər şeyi viran edir, qarşılaşdıqları hər kəsi öldürürdülər. Böyük-kiçiyə, qoca-cavana, arvad-uşağa rəhm etmirdilər Camaatın evlərinə soxulub qadınların cəvahiratını, mənzil avadanlıqlarını qarət edirdilər.
Vəhşiləşmiş vəhhabilər monqollar kimi qarət olunmuş əşyalarla birlikdə Kərbəladan çıxanda şəhərdə cəsədlərdən ibarət bir təpə, qandan axan bir arx, qəm-qüssədən ibarət bir dağ, yetimlərin, uşaqların və qadınların göz-yaşı, nalə və şivənindən ibarət bir dərya qoymuşdular.
Cinayətkar vəhhabilərin bu aşkar vəhşiliklərinin qurbanı 50 min nəfər oldu. (Əlavə məlumat əldə etmək üçün Doktor Əbdül Cavad əl-Kidarın «Kərbəla tarixi» və İngilis yazıçısı Mister Setifon Həmislinin «Ərbəətü qürunin min tarixil-İraq» kitabına müraciət edə bilərsiniz.)
İKİNCİ CİNAYƏT
1217-ci qəməri (1796-cı miladi) ilində vəhhabilərin qarətçi qoşunu Taif şəhərinə hücum etdi. Şəhərə daxil olandan sonra kütləvi qırğına başladılar; hətta ana qucağında olan südəmər uşağa belə rəhm etməyib oradaca qətlə yetirirdilər. Həmçinin məscidlərə hücum edib camaatı rüku və səcdə halında olarkən qılıncdan keçirtdilər; bir Quran öyrənmə sinfinə daxil olub oradakı şagirdlərin hamısını qətlə yetirdilər.
Bu arada əhalidən bir qrupu, xüsusilə qadınlar şəhərin böyük şəxsiyyətlərindən birinin evinə pənah apardılar və qapını bağlayıb içəridə oturdular. Vəhhabilər üç gün səy etsələr də evə daxil ola bilmədilər. Buna görə hiyləyə əl atıb sülh və barışıq elan etdilər. İçəridə olanlar bu sülhə aldanıb qapını açdılar. Hiylələri baş tutan vəhhabilər evə daxil olub əvvəlcə onları tərk-silah etdilər, sonra da hamısını qırdılar. Bundan sonra şəhər əhalisindən bir qrupunu «Vəcc» adlı səhraya aparıb hamısının paltarlarını soyundurdular. Arvad-kişini çılpaq halda bir-birinə qatıb qarda və soyuqda səhraya buraxdılar. Vəhhabilər növbəti cinayətlərdə camaatın var-yoxunu qarət etməklə bərabər, Quran və sair kitabları parça-parça edib yollara tökdülər, ayaqlar altına salıb tapdaladılar. Camaatın evlərini dağıdıb torpaq komasına çevirdilər. Özlərindən sonra yüzlərlə insan cəsədi və parçalanmış Quran qoyub Taif şəhərini tərk etdilər. (Əlavə məlumat almaq üçün Cəmil Sidqi Əz-Zəhavinin «Əl-fəcrüs-sadiqü-fir-rəddi əla münkərit-təvəssüli vəl-kəraməti vəl-xəvariq» kitabına (İstambul çapı) müraciət edə bilərsiniz.)
Allah-Təala buyurur:
وَإِنْ أَحَدٌ مِنَ الْمُشْرِكِينَ اسْتَجَارَكَ فَأَجِرْهُ
Dostları ilə paylaş: |