Psixoloji rahatlığın müasir forması



Yüklə 12,85 Kb.
tarix01.08.2018
ölçüsü12,85 Kb.
#65228

Psixoloji rahatlığın müasir forması
Məşhur psixoanalitik Ziqmund Freydə görə nəyi istəmədiyini bilən insanlar nəyi istədiyini bilən insanlardır. İnsanlar həmişə rahatlığın arxasınca getmiş, onun olduğu yerdə öz həyatlarını qurmağa meyilli olmuşlar. Müasir dövrdə bəşəriyyətin yeni inkişaf mərhələsinə qədəm qoyması insanların daha çox işləməsinə , daha çox yorulmasına və vaxt itirməsinə səbəb olmuşdur. İndi insanların ən çox arzuladıqları şey məhz psixoloji rahatlıq və arxayınlıqdır. Buna görə də əksər inkişaf etmiş ölkələrdə vətəndaşların rahatlığı prioritet məsələlərdəndir. Bu məsələnin öz həllini tapması üçün irəli sürülən ən böyük və effektiv layihələrdən biri də məhz “elektron hökümət” layihəsidir. Bu layihəni bizdən daha əvvəl icra edən inkişaf etmiş ölkələrdə “elektron hökümət” artıq bir sistem kimi normal fəaliyyət göstərməklə dövlətin ayrılmaz bir hissəsinə çevrilmişdir. Ölkəmizdə də son vaxtlar bu sahədə aparılmış işlər təqdirəlayiqdir. “Elektron hökümət”-in yaradılması və inkişaf etdirilməsi vaxta və kapitala olan böyük qənaət deməkdir. İqtisadiyyatın ən vacib dəyərləri sayılan vaxt və kapitala qənaət cəmiyyətin də sosial-iqtisadi vəziyyətinin inkişafına olduqca müsbət təsir göstərir.

Dövlətin vətəndaşların rahatlığı üçün təsis etdiyi “elektron hökümət” əksər dövlət orqanlarını özündə birləşdirməklə problemlərin həllində dövlətin cəmiyyət qarşısındakı göstərdiyi ən böyük xidmətlərdəndir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yaradılmış “elektron portal” (www.e-gov.az) bu xidmətin ən mühüm hissələrindən birini təşkil edir. Portalın effektiv fəaliyyəti cəmiyyətin rəsmi dövlət orqanlarında bilavasitə və uzun vaxt ərzində olan təmasını bir addım qədər qısa və birbaşa edərək vətəndaşların rahatlığını və arxayınlığını təmin etmişdir. Artıq evində və ya hər hansı başqa bir yerdə olan insan çox rahat şəkildə internet üzərindən öz problemi haqqında lazımi müraciəti edə bilir və o problemin tez və asan şəkildə həllinə nail ola bilir. Effektiv həyat fəaliyyətinin əsas prinsipləri üzərində inkişaf edən “elektron hökümət” tədricən cəmiyyətin bütün hissələrinə nüfuz etməklə dövlət və vətəndaş münasibətlərində qarşılıqlı anlaşma və normal xidmət nəticəsində narazılıqdan kənar problemin həll yolunu vətəndaşlara təqdim edir. “Elektron hökümət” vasitəsilə öz problemini həll edən vətəndaş müəyyən mənada psixoloji problemlərdən və stressdən də uzaqda olur. Vətəndaşların üzləşdikləri problemin həllinə görə hansısa idarə və ya dövlət orqanının qapısında saatlarla və bəzən günlərlə öz vaxtını və sinirlərini tükətməsinə ehtiyac qalmır.

Digər tərəfdən insanların siyasi mədəniyyət obyekti olaraq siyasətdən kənarlaşması prosesinin də qarşısı alınır. Bununla da demokratik institutların gücləndirilməsi və ictimai-siyasi fəaliyyətdə vətəndaşların iştirakının genişləndirilməsi üçün informasiya infrastrukturlarının və informasiya-kommunikasiya texnologiyalarının istifadəsi “elektron demokratiyanın” (e-demokratiyanın) yaranmasını mümkün edir. Sözün məhdud mənasında e-demokratiya bu və ya digər rəsmi qərarlar tələb edən müvafiq konstitusiya hüquqlarının təmin olunması üçün elektron dəstəyin istifadə olunmasından ibarətdir. Geniş mənada isə e-demokratiya anlayışı fikirlərin nəzərə alınması və vətəndaşlar ilə təşkilatların siyasi münasibətlərə və proseslərə cəlb olunması deməkdir.

Kompyüter şəbəkələrinin ictimai fikrə və məhdud səsverməyə dair sorğuları minimal xərclər ilə və kifayət qədər sürətlə keçirməyə, yəni, dövlət strukturları tərəfindən qəbul olunan qərarların işlənib hazırlanmasına vətəndaşların təsirini şəxsləşdirməyə, onların yerinə yetirilməsinə nəzarəti həyata keçirməyə və bununla da demokratiyanın əsasverici meyarlarını realizə etməyə imkan verdikləri məlum olmuşdur. Elektron demokratiya təşəkkül tapmasının ilkin mərhələlərində bir qayda olaraq, vətəndaşların hökümətin ictimai baxımdan əhəmiyyətli informasiyasına daxil olmalarını təmin etməklə, eləcə də, hökümətin bu və ya digər qərarları ilə bağlı səs vermək imkanını təqdim etməklə məhdudlaşır. Təcrübədən göründüyü kimi, icra hakimiyyəti orqanları tərəfindən funksiyalarının yerinə yetirilməsi üçün inforkommunikasiyanın fəaliyyətinə dəstək vermək üçün kiber məkanın sosial institutu kimi çıxış edən dövlət maraqlıdır. Bu dövlətin fəaliyyətinin tərkib hissəsi olub, obrazlı olaraq “elektron hakimiyyət” adlandırmaq da olar.



Hamının bərabər olduğu bir mühiti yaradan “elektron hökümət”-də vətəndaşların qarşılaşdıqları problemlərin həllinə qərəzsiz və dəqiq münasibət bəslənilməsi cəmiyyətin psixoloji cəhətdən daha da rahatlaşmasına və qarşılaşdığı problemin həllini tapacağına ümidi artırır. “Elektron hökümət”-də sistemləşmə və mərkəzləşmənin olması (misal üçün ölkəmizdə yaradılan www.e-gov.az portalı buna bariz nümunədir) yeni idarəçilik prinsiplərinin (New Public Management) əsasını qoyur. Şübhəsiz ki, yeni idarəçilik prinsipləri modelini ölkəmizdə tətbiq etməyə çalışan hökümətin başlıca marağı məhz vətəndaşların rifah halının yüksəldilməsi və onların daha rahat və normal şəraitdə yaşamasını təmin etməkdən ibarətdir.
Ramidə Tahirova

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “elektron hökümət”-lə bağlı elan etdiyi yazı müsabiqəsi üçün.
Yüklə 12,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin