MÖVZU 1
Yoldəyişənlərin istismarı
Baş və qəbul-göndərmə yollarındakı, eləcə də mühafizə yoldəyişənləri normal istiqamətdə (vəziyyətdə) olmalıdır:
Yoldəyişənlərin normal istiqaməti aşağıdakılardan ibarətdir:
-təkyollu xətlərdəki stansiyalarda baş yoldakı giriş yoldəyişənləri stansiyanın hər iki sonundan müxtəlif yollar istiqamətinə;
-ikiyollu xətlərdəki stansiyalarda baş yoldakı giriş yoldəyişənləri uyğun baş yollar istiqamətinə;
-qoruyucu və tutucu dalanlara aparan yoldəyişənlərdən başqa stansiyalarda və mənzillərin baş yollarında olan bütün digər yoldəyişənləri uyğun baş yollar istiqamətinə;
-qoruyucu və tutucu dalanlara aparan yoldəyişənlərin bu dalanların istiqamətinə.
Yoldəyişmə postunun bir növbətçisi ilə iki yoldəyişmə postuna xidmət edilən azfəaliyyətli xətlərdəki, eləcə də ştatda Daşıma proseslərini idarəetmə birliyinin işçiləri nəzərdə tutulmayan stansiyalarda, biryollu xətlərin baş yolunda yerləşən giriş yoldəyişənlərinin normal istiqaməti Yolun hissə rəisi və ya Yolun Baş mühəndisi tərəfindən müəyyən edilir.
Müəyyən edilmiş normal istiqamət yoldəyişənin özülündə və elektriklə mərkəzləşdirilmiş yoldəyişənlərdə onun intiqalının qapağında göstərilir. Yoldəyişənlər başqa istiqamətlərə aşağıdakı hallarda çevrilir:
- qatarlar üçün qəbul və göndərmə marşrutu hazırlanarkən;
- manevr işlərində;
- yollar hərəkət tərkibləri ilə tutulu olduqda;
-stansiya yollarında maneə və iş yerlərinin hasarlanması lazım
olduqda;
- yoldəyişənlərin təmiri, yoxlanılması və təmizlənməsi vaxtı.
Yoldəyişənləri və işarələri idarə edən hər bir post idarə etdiyi yoldəyişənlərin və işarələrin çevrilməsinə və hərəkətin təhlükəsizliyinə məs'uliyyət daşıyan bir işçinin tabeliyində olur: -mərkəzləşdirilmiş stansiya postu-stansiya növbətçisinin, mərkəzləşdirilmiş icraedici post-mərkəzləşdirilmiş post operatorunun, yoldəyişmə postu-yoldəyişmə postu növbətçisinin, çeşidləmə təpəsinin mexanikləşdirilmiş və avtomatlaşdırılmış mərkəzləşdirilmə postu - təpə növbətçisinin və ya operatorun.
Stansiyada iki yoldəyişmə postuna bir yoldəyişən növbətçisi tərəfindən, bəzi yoldəyişənə və postlara isə bilavasitə stansiya növbətçisi tərəfindən xidmət edilməsinə icazə verilir. Belə stansiyaların siyahısı Yolun hissə rəisi və ya Yolun Baş mühəndisi tərəfindən müəyyən edilir.
Dispetçer mərkəzləşdirməsi sahələrində yerləşən stansiyalarda yoldəyişənlərin çevrilməsinə və işarələrin idarə edilməsinə qatar dispetçeri cavabdehdir.
Manevr hərəkəti zamanı yoldəyişənləri manevr rəhbərinin göstərişi ilə işarəverənlər və ya yoldəyişmə postunun növbətçiləri çevirirlər.
Elektriklə mərkəzləşdirilmiş stansiyalarda manevr hərəkəti zamani yoldəyişənlərin çevrilməsini stansiya növbətçisi və ya mərkəzləşdirmə postunun operatoru yerinə yetirir.
"Qatarların hərəkəti və manevr işinə dair Təlimat”la müəyyən edilmiş qaydaya əsasən mərkəzləşdirilmiş yoldəyişənləri çevirməzdən əvvəl ona xidmət edən işçi yoldəyişən üzərində hərəkət tərkibinin olub-olmamasına əmin olmalıdır.
Yoldəyişənlərin texniki vəziyyətinə, təmizliyinə, yağlanmasına, ayrı-ayrı boltlarının bərkidilməsi və dəyişdirilməsinə aşağıdakılar nəzarət edir:
-mərkəzləşdirilməmiş yoldəyişənlərdə onlara xidmət edən yoldəyişmə postunun növbətçiləri;
-mərkəzləşdirilmiş yoldəyişənlərdə yol distansiyasının işçiləri.
Dostları ilə paylaş: |