Qatarın yaxınlaşması barədə avtomat xəbərdarlıq sistemi
Avtobloklu mənzillər və elektrik mərkəzləşdirilmiş yoldəyişənləri olan stansiyalar ADDY rəisi tərəfindən təsdiq edilmiş plana müvafiq yolda işləyənləri xəbərdar etmək üçün qatarın yaxınlaşması barədə avtomat xəbərdarlıq sistemi təchiz edilməlidir.
MÖVZU 16
Yoldayişənlərin və işarələrin elektrik mərkəzləşdirilməsi
Elektrik mərkəzləşdirilmə qurğuları aşağıdakıları tə'min etməlidir:
svetoforların və yoldəyişənlərin əlaqəli qapanmasını;
yoldəyişənin kəsilməsinə, eyni zamanda həmin marşrutuçəpərləyən svetoforun bağlanmasına nəzarəti;
idarəetmə aparatında yoldəyişənlərin vəziyyətini, yolların və yoldəyişən seksiyaların tutulmasına nəzarəti;
yoldəyişənlərin və svetoforların marşrutda və ya ayrılıqda idarəolunması imkanını, manevr svetoforunun göstərişi ilə manevr hərəkətinin aparılmasını, lazım gəldikdə isə, yoldəyişənlərin yerli idarəetməyə verilməsini.
Elektrik mərkəzləşdirilmə qurğusu aşağıdakılara yol verməməlidir:
tutulmuş yola hazırlanmış marşrut zamanı giriş svetoforunun açılmasına;
yoldəyişənin hərəkət tərkibi altında çevrilməsinə;
yoldəyişənlər lazımi vəziyyətdə qoyulmadıqda, həmin marşruta müvafiq svetoforların açılmasına;
müvafiq marşrutu çəpərləyən svetoforun açıq halında marşruta daxil olan yoldəyişənlərin çevrilməsi və ya zidd marşrutun svetoforunun açılmasına.
Dostları ilə paylaş: |