Mövzu 1 Yoldəyişənlərin istismarı


MÖVZU 3 Qatarların təchizatı və xidməti



Yüklə 50,62 Kb.
səhifə3/40
tarix10.01.2022
ölçüsü50,62 Kb.
#109864
1   2   3   4   5   6   7   8   9   ...   40
MÖVZU 3

Qatarların təchizatı və xidməti

Sərnişin, poçt-baqaj, yük-sərnişin, hərbi və insanla tutulu qatarlar yanğınsöndürən vasitələrlə, ilkin tibbi yardım göstərmək üçün vasitələrlə təchiz edilir.

Sərnişin qatarı tərkibləri qatarın maşinisti ilə əlaqə yaratmaq üçün radiorabitə ilə təchiz edilir.

Qatarların adları çəkilən vasitələrlə təchizatı normasını ADDY təsdiq edir.

Lokomotivlər iki radio-rabitə ilə, yanğınsöndürən və hərəkət tərkibini yolun üzərinə qaldırma vasitələri ilə, lazımi işarəverici cihazlarla, alətlər və ADDY-nun təsdiq etdiyi normada başqa inventarlarla təchiz edilməlidir. Lokomotivin ikidiapazonlu və ya üçdiapazonlu radiostansiya ilə təchizatı halında lokomotivdə bir ədəd səyyar radiostansiyanın olması kifayətdir.

Lokomotivlər və motorvaqonlu qatarlar, bundan başqa, mənzildə tərkibin bərkidilməsinin lazımi halı üçün dörd ədəd tormoz başmaqları ilə təchiz edilməlidir. 0,012 -dən kəskin mailli sahələrdəki mənzildə avtotormozların nasazlığı halında yük və yük-sərnişin qatar tərkibinin bərkidilmə qaydasını ADDY rəisi müəyyənləşdirir.

Nəqliyyat rejimində qatara lokomotiv briqadası və ya özü hərəkət edən xüsusi hərəkət tərkibini idarə edən briqada xidmət edir.Özü hərəkət edən xüsusi hərəkət tərkibinə, bundan başqa, onun istismarı üzrə tə’limata uyğun olaraq iş rejimində bu hərəkət tərkibinin idarə olunması və xidməti üçün tə’yin edilən briqada tərəfindən xidmət edilir (baxılır).Sərnişin qatarına, bundan başqa, vaqon bələdçiləri və ADDY-nun göstərişlərinə əsasən digər işçilər tərəfindən də xidmət edilir.

Aralıq stansiyalarda manevr işi aparılan qatarlarda Yolun hissə rəisi və ya Yolun Baş mühəndisinin göstərişi ilə bu işə rəhbərlik üçün baş konduktor (qatar tərtibatçısı) və ya konduktor briqadası (tərtibatçı briqadası) tə'yin edilir. Təsərrüfat qatarlarının mənzildə hərəkətinə rəhbərlik iş rəhbəri və ya ona səlahiyyəti olan şəxs tərəfindən həyata keçirilir.

Bu işçilərin vəzifə borcları “Qatarların hərəkəti və manevr işinə dair Təlimat”la müəyyən edilir.

Lokomotiv briqadalarının və konduktorların dövriyyə məntəqələrində istirahəti üçün xüsusi otaqlar olmalıdır.




Yüklə 50,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin