Mövzu 1 Yoldəyişənlərin istismarı


MÖVZU 7 Relslər və yoldəyişənlər



Yüklə 50,62 Kb.
səhifə7/40
tarix10.01.2022
ölçüsü50,62 Kb.
#109864
1   2   3   4   5   6   7   8   9   10   ...   40
MÖVZU 7

Relslər və yoldəyişənlər

Yoldəyişənlər və onların növləri:

Yoldəyişənlər dəmir yolunun ən vacib və hərəkətin təhlükəsizliyi baxımından yüksək tələblər irəli sürülən üst hissəsinə aid edilir. Yoldəyişənlər dəmir yollarının birləşməsini, ayrılmasını, kəsişməsini və çarpaz ayrılma-kəsişməni təmin etmək üçün istifadə edilir.

Onlar birtərəfli, ikitərəfli və simmetrik birləşmələri və ayrılmaları əldə etmək üçün istifadə edilirlər. Bəzən kar yoldəyişənlərdən də istifadə edilir . Birtərəfli adi yoldəyişənlər əsas yoldan bir tərəfli ayrılmaları təmin edir. Onların əsas hissələrinə yolları birləşdirən konturrelslərlə birlikdə çarpazları, rels çərçivələrini, rels altlıqlarını və digər əlaqələndirmə yaradan hissələri aid etmək olar.

Ümumilikdə yoldəyişənlər mürəkkəb quruluşa malik olub 3000-7500 ədədə qədər xırda hissələrdən təşkil olunur. Onların markalanması kəsr xətti şəklində (1/N) verilir. Respublikamızdakı mövcud dəmir yollarında 1/9 və 1/11 markaları yoldəyişənlər geniş istifadə edilir.

Yoldəyişənlərin idarə mexanizmi əl ilə və ya mexanikləşmiş ola bilirlər.

Yoldəyişən qurğunun əsas hissələri:

Yoldəyişən qurğular qatarların hərəkət istiqamətində rels izlərinin fasiləsizliyini yaradır və hərəkət tərkiblərinin bir yoldan başqasına keçirmək üçün xidmət edir.

Əsas və ən çox istismar olunan yoldəyişən qurğu tipləri aşağıdakılardır:

1 – adi yoldəyişən qurğular;

2 – simmetrik yoldəyişən qurğular;

3 – ikihaça çarpaz yoldəyişən qurğular.

Hərəkət tərkibini bir yoldan başqasına keçirən qurğuya yoldəyişən qurğu deyilir. Yoldəyişən qurğunun tiyə relslərindən birinin müvaiq çərçivə relslərindən birinə sıxılıb birləşməsindən asılı olaraq hərəkət tərkibinin bir yoldan başqa yola keçməsi üçün imkan yaradılır.

Yoldəyişən qurğunun əsas hissələri bunlardır: 1 – bir cüt çərçivə relsi; 2 – çevirici mexanizmi; 3 – bir cüt tiyə relsi; 4 – bir cüt əks rels; 5 – bir cüt bığcıq; 6– ürəkcik; 7– keçirici əyrilər.

Yoldəyişən qurğuların ən çox istifadə edilən növləri birtərəfli adi (sağa və ya sola ayrılmış), simmetrik və çarpaz yoldəyişən qurğulardır. Yoldəyişən qurğular çarpazlarının markasına görə bir-birindən fərqlənirlər.

Adi yoldəyişən qurğuların ən çox yayılmış növləri baş yollarda istismar edilən 1/11 və 1/9 markalı yolddəyişənlərdir. Qatarların yan yola yüksək sürətlə hərəkətini təmin etmək üçün 1/22 və 1/18 markalı adi yoldəyişənlərdən stansiyaların baş yolarında istismar edilir. Simmetrik yoldəyişənlərin 1/6 və 1/4,5 markaları çeşidləmə parkının təpəaltı yollarında istifadə edilir.

Yoldəyişənlərin qarşılıqlı düzülüşü:

Birləşən yollar bir-birinə nisbətən müxtəlif vəziyyətdə ola bilər. Odur ki, yoldəyişən qurğuların da qarşılıqlı düzülüşü müxtəlif olur.

Yolların birləşmələri layihə olunanda yoldəyişənlərin sıx düzülüşü nəzərə alınmalıdır. Belə düzülüş yolların faydasız uzunluğunun azalmasına və stansiyada istismar işlərinin vəziyyətinin yaxşılaşmasına səbəb olur yəni yoldəyişənlərin vəziyyətinə nəzarət yaxşılaşır, qatarların hərəkəti üçün marşrutun hazırlanmasına, eləcədə onların stansiyalara qəbulu və göndərilməsi və başqa əməliyyatlara sərf olunan vaxt azalır.

Yoldəyişən qurğular Stansiya yollarında aşağıdakı 5 sxem üzrə düzülə bilər:

Sxem 1. Yoldəyişənlər əsas yolun bir tərəfində üz-üzə (qarşı-qarşıya) yerləşdirilir.

Sxem 2. Yoldəyişənlər əsas yolun müxtəlif tərəflərində üz-üzə (qarşı-qarşıya) yerləşdirilir.

Sxem 3. Eyni istiqamətli yoldəyişənlər əsas yola iki müxtəlif tərəfdən birləşir.

Sxem 4. Eyni istiqamətli yoldəyişənlər əsas yolunbir tərəfnə birləşir.

Sxem 5. Çarpazlarının kökləri əsas yolda qarşı-qarşıyadurmrş müxtəlif tərəflərə ayrılan yoldəyişənlər.

Relslər

Yolun üst quruluşunda ən vacib elementlərdən biri relslərdir. Dəmir yolunun nisbətən baha başa gələn elementi sayılan relslərdən müxtəlif tələblər irəli sürülür. Bu tələblərdən ən başlıcası təkərlə relsin keyfiyyətli ilişməsini təmin etmək məqsədilə onların səthlərinin ilişikli olmasıdır. Həm də hərəkətə qarşı müqaviməti azaltmaq məqsədilə onların səthi hamar olmalıdır. Bundan başqa relslər əyilməyə qarşı sərt olmaqla bərabər müəyyən elastiklik qabiliyyətinə də malik olmalıdırlar. Nəzərə almaq lazımdır ki, kütləvi istehsal olunan relslər həm də ucuz başa gəlməlidir. Relslər müəyyən forma və ölçülərə malik olurlar.Onların hazırlanması zamanı müəyyən dövlət standartlarının tələbləri tam ödənilməlidir.

Keçmiş SSRİ-də istifadə edilən relslər üçün ilk dövlət standartı 1903-1907-cı illərdə qəbul edilmişdir. Bu standartlara görə 4 tip (IA, IIA, IIIA, IVA) rels nəzərdə tutulmuşdur. 1947-ci ildən yeni standartlara əsasən aşağıdakı tip relslər buraxılmağa başlamışdır: R43; R50; R65; R75. Bu işarələrdə R-rels, rəqəmlər isə həmin tipdən olan relslərin bir metrinin təqribi kütləsini göstərir. Hal-hazırda R43 tipli relslər sənaye istehsalından çıxarılmışdır.

Relsin konstruksiyasını 3 yerə bölmək olar: başlığı, boynu və oturacağı.

Calaqsız relslər:

Məlumdur ki, dəmir yolunun istismarı prosesində ən cox zərbələrə məruz qalan və qüsurlar meydana çıxan yerlər relslərin birləşmələridir. Əvvəllər buraxılmış 12,5 m uzunluğundakı relslərdən calaqların sayını azaltmaq məqsədi ilə 25 metrlik relslərdən istifadə edilməyə başlandı. Daha uzun ölçülü relslərin buraxılmasına imkan olmadığından, calaqların sayını azaltmaq məqsədilə qaynaq üsulu ilə onların bir-birinə birləşdirilməsi ideyası ortaya çıxdı. Bu məsələnin həllində də bir sıra çətinliklər yarandı.

Belə calaqsız relslərin hazırlanması texnologiyasında tempraturlar fərqinə xüsusi diqqət yetirilməlidir. Qoşa relslərin calaqsız hazırlanması eyni tempratur rejimində aparılmalıdır. Əks hallarda havanın tempraturunun dəyişməsindən relslərin müxtəlif cür genişlənməsi və ya yığılması, relslərin uzunluqlarının müxtəlif ölçülərdə dəyişmələrinə gətirib çıxarır ki, bununlada müəyyən məsafələrdə relslərarası məsafələr dəyişir və relslərdə yana qaçma halları baş verir. Bu da dəmir yolunun istismarı prosesində hərəkət tərkiblərinin təhlükəsiz hərəkətinin təmin edilməsində çətinliklər yaradır. Calaqsız relslərin ən kiçik ölçüsü 150 m, ən böyük ölçüsü isə 950 m olur və istismar prosesində bu relslərdə müəyən qüsurlar meydana çıxır. Belə qüsurları aradan qaldırmaq üçün müəyyən texniki qulluq işləri ilə yanaşı lazım gəldikdə cari təmirlərdə onların dəyişdirilməsidə nəzərdə tutulur.

Relslərdə yaranan qüsurlar və onların səbəbləri:

Relslər yeyilmə və istismar prosesində yaranan digər qüsurlar səbəbindən çıxarılaraq dəyişdirilə bilər. Relslərin dəyişməsi yüksək əmək tutumuna malik işlər olduğuna görə onların daha az yeyilməsi vacib sayılır ki, buna da relslərin kimyəvi tərkibinin düzgün seçilməsi və düzgün tablanması ilə nail olmaq mümkündür. İstismar prosesində relslər şaquli və üfiqi istiqamətlərdə yeyilmələrə məruz qalırlar. Bəzən yeyilmənin gətirilmiş qiymətindən də istifadə olunur ki, bu da relslərdə baş verən şaquli yeyilmələrin qiymətilə üfiqi yeyilmənin yarı qiymətinin cəmi kimi qəbul edilir. Yanlardan yeyilmələr relsin içəri tərəfindən təkərin darağının (bandajının) sürtünməsindən meydana çıxır. Bəzən relslərin başlığında dalğavari yeyilmələr də yaranır. Meydana çıxan dalğavari yeyilmələri rels yonucu (şilifləyici) vaqon vasitəsilə hamarlamaq mümkün olur.

Relslərdə əmələ gələn qüsurdan biri də onların bir-birinə birləşdirildiyi uclarının boyun hissələrində nəzərdə tutulmuş dəliklər arasında çatların əmələ gəlməsi və birləşmələrin laxlamasıdır.

Bundan başqa relslərin oturacağının kənarının sınması və bununla da relsin boşalması baş verir. Bəzən relslərin səthində yeyilmələrdən və ovulmalardan çökəkliklər də yarana bilir. Əksər hallarda belə qüsurların yaranmasına hərəkət vasitələrinin təkərlərinin özü-özünə tormozlanaraq relslərin səthində sürüşməsi də səbəb olur.

Relslərdə tablanmanın keyfiyyətsiz aparılması səbəblərindən temperatur dəyişmələri zamanı onların səthində və yan hissəsində lay şəklində qopmalar (qabıqvermələr) də baş verir.

İstismar prosesində relslərdə yaranan defektlər (qüsurlar) IX qrupa bölünür.

MÖVZU 8




Yüklə 50,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin