Audit xidməti və onun təşkili – (30+15)-15 mövzu Mövzu Auditin mаhiyyəti, məqsədi və vəzifələri


Uçot məlumatları – sübut kimi məhkəmədə istifadə oluna bilər



Yüklə 141,45 Kb.
səhifə68/77
tarix01.01.2022
ölçüsü141,45 Kb.
#103230
1   ...   64   65   66   67   68   69   70   71   ...   77
Uçot məlumatları – sübut kimi məhkəmədə istifadə oluna bilər.

Auditor sübutlarının aşağıdakı növləri vardır:

  1. Sübutun alınma mənbəyi üzrə:

  • daxili – müştəri –müəssisədən alınmış informasiya;

  • kənar – maraqlı olmayan 3-cü şəxslərdən və təşkilatlardan alınmış informasiya;

  • qarışıq - müştəri –müəssisədən alınmış və 3-cü şəxslərdən təsdiqini tapmış informasiya;

  • auditorun özü tərəfindən əldə edilmiş informasiya:

  • birbaşa – ilkin sənədlər və reyestrlərlə təsdiqlənən informasiya;

  • dolayı – maliyyə sənədlərinin etibarlılığına bilavasitə aid olmayan informasiya;

  1. Auditora təqdim edilmə üsulu üzrə:

  • sənədli(yazılı):

  • şifahi.

Auditor sübutlarının alınmasının əsas mənbəyi – audit prosesində həyata keçirilən auditor prosedurlarıdır.

Auditor sübutları – daxili nəzarət vasitələrinin testləri və mövcud yoxlama prosedurları nəticəsində əldə olunur.

Daxili nəzarət vasitələrinin testləri, auditor sübutlarının alınması – mühasibat uçotu və daxili nəzarət sistemlərinin səmərəli fəaliyyəti və lazımi səviyyədə təşkili deməkdir.

Daxili nəzarət vasitələrinin və auditor prosedurlarının riskini təyin etmək üçün mühasibat uçotu sisteminin və daxili nəzarətin təşkilinin qiymətləndirilməsi aparılır.

Auditor sübutlarının mənbələri:

  • təsərrüfat subyektinin ilkin sənədləri;

  • uçot registrləri;

  • Baş kitab;

  • maliyyə, statistika və vergi hesabatları;

  • planlar, smetalar və kalkukyasiyalar;

  • təftiş və yoxlamaların materialları;

  • müəssisənin təsərrüfatdaxili nəzarət materialları;

  • personalın yazılı və/vəya şifahi ərizələri;

  • inventarizasiyanın nəticələri və bu kimi.

Müştərinin sənədlərində qeyd olunan qeyri-səciyyəvi maddələrin və hadisələrin audit sübutlarında göstərilməsi üçün izləmək(müşahidə)metodundan istifadə etmək olar.

Maliyyə hesabatının doğruluğu haqda təşkilatın rıhbərliyinin xəbərdarlığı mühasinat uçotunun və daxili nəzarətin lazımi şəkildə təşkili özünü auditor sübutları və iş sənədlərində göstərir.

Auditor üçün ən etibarlı sübutlar – bilavasitə auditor tərəfindən toplanılan sübutlardır.

Auditor sübutlarına verilən əsas tələblər:

  • zərurilik – auditor rəy hazırlamaq üçün hansı sübutların lazım olduğunu müəyyənləşdirməlidir;

  • əsaslandırılmış – konkret icraçıların imzaları ilə təsdiq edilmiş sənədlər sübut ola bilər:

  • dolğunluq – nəzarət obyektinin vəziyyətini təyin etmək üçün informasiya həcmi kifayət qədər olmalıdır;

  • düzgünlük – sübutlarda auditor tərəfindən yoxlanılmış göstəricilərdən istifadə edilməlidir.

Auditor sübutlarının alınması prosedurlarının növləri:

  • müfəttişlik – yazıların, sənədlərin və maddi aktivlərin yoxlanılması;

  • müşahidə - auditor tərəfindən başqa şəxslər tərəfindən yerinə yetirilən prosesin və ya prosedurun müşahidə edilməsi;

  • sorğu – informasiya axtarışı;

  • təsdiq – informasiya sorğusuna cavab;

  • yenidən hesablama – ilkin sənədlərdə və mühasibat uçotundakı yazılarda hesablamaların düzgünlüyünün yoxlanılması;

  • analitik prosedurlar – qanunauyğunluqların və nisbətlərin təhlili.

Auditor sübutları mövcud yoxlama prosedurları və daxili nəzarət testləri vasitəsilə əldə edilir.

Daxili nəzarət vasitələrinin testləri - auditor sübutlarının alınmasında -mühasibat uçotu və daxili nəzarət sistemlərinin səmərəli fəaliyyəti və lazımi səviyyədə təşkili deməkdir.

Auditor yoxlamasında ən qiymətli(etibarlı) sübut – kənar sübut sayılır.

Auditor təşkilatının özü tərəfindən alınan sübut – nisbətən daha dürüst sayılır.

Sənədlər və yazılı göstəriş formasında olan sübut - daha dürüst sayılır.

Audit sübutu müxtəlif mənbələrdən(fərqli məzmunlu və bir-birinə zidd olmayan) əldə olunduqda, daha inandırıcı və etibarlı sayılır.

Auditor təşkilatı auditor yoxlamasının gedişində hesabatın dürüstlüyünü bütün əhəmiyyətli hallarda yoxlamalıdır.

Nəzarət-analitik informasiyalar yarımsistemində informasiyalar toplandıqda – müşahidə, şifahi sorğu, anketləşdirmə. Faktiki və sənədli nəzarət üsullarından istifadə edilir.

Beynəlxalq audit təcrübəsində - müxtəlif mənbələrdən və müxtəlif xüsusiyyətli alınan audit sübutları – inandırıcı və etibarlı sayılır.

Ekspert – auditor təşkilatının ştatında olmayan mütəxəssisdir.

Ekspertin işindən alınan audit sübutlarının etibarlılıq dərəcəsini ekspertin subyektdən asılılığı azaldır.

Audit olunan şəxsin razılığı olmadan auditor təşkilatı ekspert dəvət edə bilməz.

Maliyyə hesabatının doğruluğu haqda təşkilatın rəhbərliyinin xəbərdarlığı mühasibat uçotunun və daxili nəzarətin lazımi şəkildə təşkili özünü – auditor sübutları və iş sənədlərində - göstərir.

İş sənədlərinin mülkiyyətçisi – auditordur.

Ən etibarlı sübut – auditorun iştirakı ilə aparılan inventarizasiya nəticələridir.

Malın qalığının təsdiqi zamanı ən etibarlı sübut – inventarizasiya barədə siyahıdır.

Maliyyə hesabatının yoxlanması zamanı auditor sübutlarının alınması qaydası 500 nömrəli Beynəlxalq Audit Standartları ilə tənzimlənir.

Mövzu 14.Auditor seçimi

Auditor seçimi - auditor prosedurlarının eynitipli əməliyyatlar qrupuna tətbiq edilməsidir.

Auditor auditor seçimi vasitəsilə baş məcmudan seçilmiş elementlərdən audit sübutlarının alınması və onların qiymətləndirilməsini həyata keçirir.

Auditor seçimində aşağıdakı səhvlər fərqləndirilir:


  • seçim səhvləri;

  • seçimin ümumi səhvləri;

  • anormal səhvlər;

  • yol verilən səhvlər.

  • Seçimlərin 2 növü var:

  • reprezentativ

  • qeyri-reprezentatv.

Reprezentativ seçim – baş məcmunun elementlərinin seçilmə ehtimalı eynidir;

Qeyri - reprezentativ seçim - baş məcmunun elementlərinin seçilmə ehtimalı eyni deyildir.



Hansı növdən istifadə edilməsini auditor özü qərarlaşdırır.
1   ...   64   65   66   67   68   69   70   71   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin