Avtomatlaşdırmanın əsasları” fənnindən mühazirələr. Giriş


Elektrik servomühərrikləri



Yüklə 1,39 Mb.
səhifə47/70
tarix10.01.2022
ölçüsü1,39 Mb.
#109579
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   ...   70
6. 3. Elektrik servomühərrikləri
Elektrik servomühərrikləri bir çox üstünlüklərə malikdirlər: fırlanma sürətinin geniş tənzimləmə diapazonu, işə buraxma rahatlığı, yüksək jəldişləmə və tənzimləmənin iqtisadi səmərəliliyi. Elektrik servomühərriklərinin güj diapazonları çox böyükdür (0,10,5 Vt-dan bir neçə on kVt).

Qeyd edildiyi kimi, elektrik servomühərrikləri iki növdə olurlar: sabit və dəyişən jərəyan mühərrikləri.

Sabit jərəyan mühərrikləri avtomatik sistemlərdə elektrik jərəyanını mexaniki kəmiyyətə – fırlanma momentinə çevirən ijra elementi kimi geniş istifadə olunurlar.

Dəyişən jərəyan mühərriklərinin iş prinsipi stator dolaqlarının (mühərrikin hərəkətsiz hissəsi) yaratdığı maqnit sahəsinin rotorun (mühərrikin hərəkətli hissəsi) yaratdığı maqnit seli ilə qarşılıqlı təsirinə əsaslanmışdır.

Avtomatik sistemlərdə daha çox asinxron elektrik mühərrikləri istifadə olunur.

Fazaların sayından asılı olaraq asinxron elektrik mühərrikləri birfazalı, ikifazalı və üçfazalı mühərriklərə ayrılırlar.

Birfazalı elektrik mühərrikləri kiçik güjə malikdirlər və əsasən tənzimlənməyən elektrik intiqalı qurğularında istifadə olunurlar.

Üçfazalı elektrik mühərrikləri daha çox güjü bir neçə Vattdan bir neçə min Vatta qədər olan tənzimlənməyən elektrik intiqalı qur­ğularında, daha az tənzimlənən elektrik intiqallarında istifadə olunurlar; belə ki, onlar mürəkkəb sxemə malikdirlər (dəyişən tez­likli üçfazalı generatorlar və s. tələb olunur). Üçfazalı elektrik mü­hər­rikləri əsasən dəzgahların, güjlü ventilyatorların, kompress­sorların, nasosların və s. elektrik intiqallarında istifadə edilirlər.

İkifazalı asinxron mühərrikin sxemi şəkil 7.3-də göstərilmişdir.

Bu maşının statorunda bir-birindən 90-lik bujaqla fərqlənən iki dolaq yerləşmişdir. Bunlardan biri w1 dolağı elektrik şəbə­kə­sindən bəslənir, ikinjisi w2 isə idarə dolağı olub, avtomatik idarə­etmə sistemindən Ui gərginliyi şəklində siqnal alır. Mühərrikin rotorunu hərəkətə gətirmək üçün fırladıjı moment yaradılmalıdır. Bu məqsədlə iki dolağa verilən Uş şəbəkə və Ui idarə gərginlikləri arasında 90 bujaq fazası olmalıdır. Bunun üçün adətən birinji dolağın dövrəsinə J kondensatoru qoşulur.



Şəkil 7.3


Bəzi hallarda idarəetmə sisteminin tərkibində olan güjləndiriji elə qurulur ki, onun çıxışında alınan idarə gərginliyinə nəzərən statorun ikinji dolağının gərginliyi 90 təşkil edir. Odur ki, belə hallarda mühərrikin stator dolağında J xüsusi kondensatorun qoşulmasına ehtiyaj olmur.

İkifazalı asinxron mühərrikində fırlanma momenti UşUi gər­ginliklərindən və bu gərginliklər arasındakı sürüşmə bujağının sinusundan asılıdır: Mf=kUşUisin; burada k – mütənasiblik əmsalıdır.

Buradan görünür ki, ikifazalı asinxron mühərrikini iki üsulla idarə etmək mümkündür: 1) amplitud (Ui amplitudunu dəyiş­məklə); 2) faza (idarə dolağındakı gərginliyin fazasını dəyişməklə).

Bu tip maşının sabit jərəyan mühərrikinə nisbətən bir sıra üstünlükləri vardır. İkifazalı asinxron mühərriklərdə kollektor və fırça qurğusu olmadığı üçün sabit jərəyan mühərriklərinə nisbətən mexaniki itkilər də az olur. Odur ki, bunları işə salmaq üçün jüzi güj kifayətdir. Digər tərəfdən ikifazalı asinxron mühərrik dəyişən jərəyan şəbəkəsindən bəslənir və bunun üçün heç bir əlavə çeviriji qurğu lazım deyildir. Sabit jərəyan mühərrikinin enerci ilə bəslənməsi üçün xüsusi düzləndiriji tələb olunur. Bununla yanaşı qeyd etmək lazımdır ki, ikifazalı asinxron mühərrik sabit jərəyan mühərrikinə nisbətən ağır olur, f.i.ə. isə nisbətən alçaqdır.




Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin