AİLƏMLƏ GÖRÜŞ VƏ KƏDƏRLİ XƏBƏRLƏR
İstər-istəməz, cümə axşamı ailəmin mənzilinə getdim. Gördüm ki....
arvadım ərə gedib və yeni ərinin işlərini görməklə məşğuldur.
Övladlarım isə dağılışıblar.
Bir müddət budaqda oturdum. Məyus olub qalxdım. Küçə divarının
üstündə oturub, yoldan ötənlərə baxmağa başladım. Onlar dolanışıq,
ticarət işlərindən danışırdılar. Ürəyim dərdlə doldu, düşündüm ki,
diri insan öz aqibəti, qarşıdakı günləri barədə fikirləşsəydi, yaxşı
olardı. Bütün vaxtını əyləncələrə, arvad-uşağın istəklərinə sərf
etməzdi. Əcəb qəflət və cəhalətli dünyadır! Necə ağırdır ki, kişi
həmişə ona tamah gözüylə baxmış arvada, uşaqlara möhtac olsun.
Necə də vəfasızlıqdır ki, əlimin yerdən-göydən üzüldüyü bir vaxtda
onlar məni yada salmırlar. Peyğəmbər (s.ə.v.v) bizi nə yaxşı xəbərdar
edib, buyurdu… “Axır zamanda kişinin həlakı arvadının əliylədir.
Əgər arvadı olmasa, qohumlarının, övladlarının əli ilə həlak
olacaqdır.” Amma nə faydası?! Oyanmadıq, ayılmadıq, öz
aqibətimizi düşünmədik.
Birdən gördüm ki, qarşıdakı evin üstə yeni adaxlanmış oğlan və qız
nəvələrim oturub, meyvə yeyir, söhbət edirlər.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |