www.rizvan.net -
İslam Maarifi Jurnalı
60
Səfiyyəyə dedim ki, mən o kənardakı bağlarda gəzib, xəlvətə
çəkilmək, könlümün qəmini dağıtmaq istəyirəm.
Dedi… Haraya getsən, tənha deyilsən. Dağ-dərə, səhra, bağ, yamac
zərrə-zərrə şairdir, həssasdır.
Dedim… Onlar mənim üfüqümdə deyillər.
Dedi… Əgər bir naməhrəmiksə, yaxşı olar ki, bizi mürəxxəs edəsən.
Dedim… Əgər Həzrət Zəhra (ə.s) olmasaydı, indi mürəxxəs idin.
Qalxıb, yola düşdüm. Hansı ağacın altına çatdımsa, budaqlarını əydi
və səsləndi ki, “ey mömin, bizim meyvələrimizdən ye!” Onların səsi
xoş olsa da, mənim qulağımda qarğa qarıltısından başqa bir şey
deyildi. Onların cavabında dedim…
Könlüm elə tutulmuş, qalmamış həvəs bağa,
Qoxulanmağa gəlmiş çiçək həsrət damağa.
Ağac budağını yuxarı qaldırıb səsləndi… Meylin yoxdusa, niyə
gəlmisən?
Başqa bir ağac səsləndi… Sözsüz ki, mələkdir, yoxsa yeyərdi.
Başqa biri əlavə etdi… Yəqin meyvə yeməyən bir heyvandır.
Başqa biri təəccübləndi… Bəlkə dəlidir. Axı bura dəli yeri deyil?!
Bəlkə naz edir?
O biri dilləndi… Qıtlıqdan təzəcə çıxıb, bolluğa düşüb. Zövqdən,
həyəcandan ağzı kilidlənib...
Dedim… Yenə o xeyməyə rəhmət!
Geri qayıtdım. Hadi xeymədə dayanıb məni gözləyirdi. Məni görüb
yaxınlaşdı. Fikirləşdim ki, bəlkə, qəlbimin düyününü bu məhrəm aça.
Dostları ilə paylaş: |