Mütəfəkkirlərimiz dini də heç anlamamış,
Ruhi-İslami tələqqiləri qayət yanlış.
Bilmiyorlar ki, ülumun əzəli dayəsidir
Bəşərin bir gün olub yüksəldəcək payəsidir.
...Şəhamət dini, qeyrət dini ancaq Müsəlmanlıqdır,
Həqiqi Müsəlmanlıq ən böyük qəhrəmanlıqdır.
Mehmet Akifin, demek olar ki, bütün şeirləri dini və milli xarakterlidir. O, Türk toplumunu təlim-tərbiyə məktəbi olan camilərdə mövcud ətalətdən qurtulmağa, iman, əxlaq və milli hiss- sahibi olmağa səsləmişdir. Onun fikrincə, millətlər dinə estetik baxımdan yanaşmalıdırlar. Ona görə də dahi şair şeirlərində daha çox dini həyəcanları tərənnüm etmişdir. O, “Xüsusi təşkilat” görəvlisi olaraq Qərb və Ərəb dünyasına gedərkən də Türk milli bütünlüyünü əsas götürmüş, milliyətçilik yerinə dinin şəkilləndirdiyi ictimai-mədəni həyatı da milli sayaraq o sahədəki “xəstəlikləri” tədavü etməyə çalışmış, şeirlərində əruz vəznini işlətsə də, bədii təfəkkür üsullarında milli şeir örnəkləri yaratmışdır. (Seçmələr bizimdir –A.M. Bax: Sadık Kemal Tural, İkinci Məşrutiyet döneminde Türk edbiyyatı, Türk dünyası, III cilt, ikinci baskı, Ankara. 1992. Səh.493).
Sonralar Mehmet Akif Ərsoyun 1933-cü ildə nəşr etdirdiyi “Kölgələr” adlı şeir kitabında onun dinə münasibəti pessimist xarakter daşımışdır. Tədqiqatçıların fikrincə,bunun səbəbi Cümhuriyyətin ilk illərində İslami dəyərlərə münasibətin başqa şəkil alması idi. Ona görə də mütəfəkkirin qəlbinə hakim kəsilən İslami hissləri yaşatmaq üçün o, vətənini tərk edərək Misirə getmiş, orada Türk dili və ədəbiyyatı müəllimi işləmiş, lakin ağır xəstələndiyindən ölümünün yaxınlaşdığını hiss edib vətəninə qayıtmış, 1936-cı ildə İstanulda vəfat etmişdir. Ölümünə rəsmi dairələr tərəfindən heç bir reaksiya verilməsə də, vətənsevər Türk milli gəncləri İstiqlal şairinin tabutunu Türkiyə Cümhuriyyətinin Ay Yıldızlı Al Bayrağına bükərək sadə bir törənlə dəfn etmişlər. (Seçmələr bizimdir – A.M. Bax: Şerif Aktaş, Cümhuriyet devri Türk edebiyatı, Türk dünyası, III cilt, II baskı, Ankara. 1992. Səh.507; Prof. Dr. Ercüment Konukman, Topluluqtan Millete, İstanbul. 1989.səh 121-128; Elman Quliyev, göstərilən əsəri, səh.76).
Türk tarixinin milli birlik və bərabərlik örnəklərindən ən canlısı, şübhəsiz ki, milli mücadilə ilə bağlıdır. Milli mücadilə ruhu qılıncla qələmin birləşdiyi, maddi gücün mənəvi güclərlə bütövləşdirildiyi anlarda başarılı olur. Bu ruh Türklərə qarşı vuruşan bir çox ordunun qarşısında Türkün mənəvi gücü ilə düşmən ordularını yendiyi, tarixin istiqamətini dəyişən “Çanakkala Savaşı”nda özünü göstərdi. Bu münasibətlə Mehmet Akif özünün məşhur “Çanakkala şəhidlərinə” dastanını yazmışdı. Bu şeirində şair yenilməz Türk əskərinin şəhidliyində ölümsüzlüyünü tərənnüm etmişdi:
Dostları ilə paylaş: |