Bu dəlillər bizi, Quranın Peyğəmbərin dövründə bir yerdə yığılması ilə əlaqədar qane edir. Lakin belə bir sual qarşıya çıxır: İndiki Quran eynilə Peyğəmbərin dövründə olan Qurandırmı? Bu uzun müddət ərzində ayələrin yerləşdirilməsi baxımından Quranda təhrif baş verməyibmi? İndiki Quranın Osman tərəfindən bir yerə yığılması məşhur bir nəzər deyilmi? Belə olan surətdə dəlillərimiz natamam olur. Çünki Quranın Peyğəmbərin dövründə bir yerə yığılıb kitab formasına salınması fərz edildiyi halda, Osmanın da həmin işi yerinə yetirməsi iddia olunur. Belə isə hansı dəlilə əsasən indiki Quranın Osmanın bir yerə yığdığı Quran deyil, Peyğəmbərin sağlığında və şəx-sən onun özünün bir yerə yığdığı Quran olduğunu deyi-rik?