Ayətullah Fazil Lənkərani



Yüklə 0,58 Mb.
səhifə56/109
tarix10.01.2022
ölçüsü0,58 Mb.
#108492
1   ...   52   53   54   55   56   57   58   59   ...   109

CAVAB


Təhqiqatçıların nəzərində inkarolunmaz bir məsələ-dir ki, Osman yalnız Quran qiraətindəki bəzi ixti-laflı məsələləri həll etmişdir. Həm də bu işi, qeyd olunması məsləhət olmayan bəzi məqsədlərə görə et-mişdir. Osman müsəlmanların arasında Quranın Pey-ğəmbərdən əxz olunan məşhur qiraətini seçdi və Qur-anı o surətə saldı.

Deməli, Osman elə Peyğəmbərin dövründə bir yerə yığılmış olan Quranı, ixtilaflı qiraətlər arasında məşhur qiraəti seçməklə müsəlmanların arasında rəvac vermişdir. Qiraət fərqləri də həyat və qəbilə mühitlərindən irəli gəlirdi. İmam Əli (əleyhissalam) buyurur: "Osman bu işi bizdən gizli görməmişdir. Biz bu mühüm işə ciddi nəzarət edirdik."43 Buna görə də Osman, Quranı öz istədiyi kimi tərtibə salmadı. Müsəlmanlardan heç kəs bu işə zərrə qədər belə irad tutmamışdır.44

Ümumiyyətlə məgər müsəlmanların Quranla möhkəm ünsiyyətdə olduğu və Peyğəmbərin Quranı öz əli ilə bir yerə topladığı bir dövrdə Osmanın onda dəyişiklik yaratması, surələrin və ayələrin yerini dəyişdirməsi mümkün ola bilərdimi?! Halbuki o, Qurana şiddətlə məhəbbət bəsləyən, ona ciddi əhəmiyyət verən bir xalq arasında yaşayırdı. Belə ki, bəziləri

وَالَّذِينًَ يَكْنُزُونَ الذَّهَبَ وَ الْفِضَّةَ... ayəsinin əvvəlindəki "vav" hərfini çıxarmaq istədikləri zaman Übəyy ibni Kəb irəli gəlib dedi: "Vav hərfini (pozmayın), ayənin əvvəlində yazın! Əks halda bu qılınc ilə öz boynumu vuraram."45

Şücaətli və qeyrətli möminlər bu asimani kitabın keşiyində tam ciddiyyətlə dayanır, nəinki Quranın ayə və ya surələrinin yerini dəyişdirməyə, hətta dəyişiklik yaratmaq barədə fikirləşməyə belə, imkan vermirdilər. Xüsusilə, İmam Əli (əleyhissalam) özü bu işə ciddi nəzarət edirdi.

Bəzi təhqiqatçıların dediyinə görə, Osman bir təq-dirəlayiq, bir də tənqidə layiq iş gördü. Onun təqdi-rəlayiq işi Quran qiraətindəki ixtilafları aradan qaldırmaq, Quranın yazıldığı vərəqləri bir yerə yığmaq və onu müsəlmanların içində məşhur qiraət əsasında yaymaq idi. Onun xoşagəlməz və tənqid olunası işi də bu idi ki, müsəlmanların arasında qalmış başqa Quranları məhv etdi. Onları yandırmaqla aradan aparmasına ehtimal verilir.46 Deməli, Osman Quranı bir yerə toplamaqla təzə bir iş görməmişdi. Əks halda bütün xalq, xüsusilə bu asimani kitabın bütün incəliklərini dəqiqliklə bilən İmam Əli tərəfindən qəbul edilməzdi. Onun gördüyü iş yalnız Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in bir yerə yığdığı kitabı səliqə-sahmana salıb gözəlləşdirmək olmuşdur.

Bu cəhətdən də deməliyik ki, hazırkı Quran elə 1360 il bundan qabaq müsəlmanların əlində olan Qurandır, buna görə də "Təthir" ayəsi Peyğəmbərin zövcələrinin rəftarlarını bəyan edən ayələrlə yanaşı nazil olub və onun yerləşdiyi yer indiki Quranlarda yerləşdiyi yerdir.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin