AYƏLƏRİN QARŞİLİQLİ MÜNASİBƏTİ
Ayələrdəki dəqiq nəzmdən onlarda İslamın gələcək müqəddəratını təyin edən, aydınlaşdıran proqramın cilvələndiyi məlum olur. Qurani-Kərim onu Peyğəmbərin ən istəkli adamları üçün tənzim etmişdir. Əgər həmin proqram əməli olaraq həyata keçirilsəydi, İslam dini sürətlə yayılar, dünya səviyyəsində öz yerini tutardı. Bu halda asimani kitab öz nuru ilə bütün kainatı nura qərq edə bilərdi.
Bu proqram keçən bəhslərdə də qeyd olundu. Dəqiq araşdırmalar aparsaq, bu ayələrin məcmusunun Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) üçün böyük bir ailə nəzərdə tutaraq onlara xitab etdiyini aydın şəkildə görərik. Belə ki, bu ailənin geniş fəzasında həm Peyğəmbərin zövcələri, həm o Həzrətin qızı və oğlanları, həm də kürəkəni İmam Əli üzvdür. Amma Quran bu böyük ailəni iki dəstəyə bölür: Birinci dəstə Peyğəmbərin zövcələridir. Lakin onlara "Peyğəmbərin Əhli-beyti" ləqəbi verilməmişdir, onlara, yalnız öz yaşadıqları evlə əlaqədar xitab olunur (fi buyutikunnə, yəni öz evlərinizdə). İkinci dəstə isə اَهْلُ الْبَيْتِ "Əhli beyt"dir. Qeyd olundu ki, bu dəstənin üzvləri başda Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) olmaqla beş nəfərdən ibarətdir.
Dostları ilə paylaş: |