Sərbəst iş
Fakültə: İqtisadiyyat və idarəetmə
İxtisas: Turizm bələdçiliyi
Qrup: Tb23.2
Fənn: Turizmə giriş
Tələbə: Seyid Mir Yasin
Müəllim: Mustafeyeva Samirə
Sərbəst işin adı: Pasport və viza rejimi
Pasport və viza rejimi, bir ölkəyə səfər edən vətəndaşlar üçün təyin edilmiş qaydalar və tələblərdir. Bu rejimlər ölkələr arasında dəyişiklik göstərə bilər və hər ölkə öz müstəqil qaydalarını təyin edir.
Pasport Rejimi:
Əsas tələblər: Bir ölkəyə səfər edənlər üçün ən əsas sənəddir.
Müddət və etibarlılıq: Pasportun müddəti və etibarlılığı ölkələr arasında dəyişiklik göstərə bilər. Bir çox ölkə müvafiq pasportun bir neçə ay müddətindən sona çatmamasını tələb edir.
Viza tələbi: Həmin ölkələrə səfər etmək üçün bəzi ölkələrdə viza tələb oluna bilər.
Viza Rejimi:
Viza növləri: Turist viza, iş viza, tələbə viza kimi fərqli növləri olur.
Müraciət və təsdiqlənmə: Bir ölkəyə səfər etmək üçün müraciət və bəzi hallarda səfər məqsədini təsdiqləmə tələb oluna bilər.
Müddət: Viza müddəti müəyyən edilir və müddətin bitməsindən sonra ölkədə qalmamaq və ya yenidən müraciət etmək lazımdır.
Əksər ölkələr pasport və viza tələblərini ölkəyə səfər etmək istəyənlər üçün rəsmi veb saytlarında dərc edir. Hər ölkənin öz pasport və viza siyasəti olur, bu səbəbdən səfər planları üçün əvvəlcə bu məlumatlara baxmaq faydalı olar.
Pasport anlayışı
Pasport – hər bir dövlət tərəfindən öz vətəndaşlarına verilən və bütün dünyada tanınan beynəlxalq rəsmi səyahət (sərhədkeçmə) sənədidir. Səyahət sənədlərinin müxtəlif növləri vardır ki, bu barədə digər materiallarda sizə məlumat verəcəyik.
Diqqətinizə çatdırmaq istərdik ki, dünya təcrübəsində bütün ölkələr tərəfindən bu və ya digər növ pasportlar verilir. Geniş anlamda pasport növlərini 3 iri qrupda birləşdirmək olar:
adi pasportlar – bunlar bəzən “adi” (ing. ordinary), “regular”, “standart”), bəzən ümumvətəndaş rus. общeгражданский pasportlar adlandırılır “xidməti”, “xüsusi”, “rəsmi” – kimi fərqli adlandırılan pasportlar adətən dövlət qulluqçularına verilir “diplomatik” pasportlar - ən yüksək kateqoriya dövlət qulluqçularına, diplomatlara, bəzən isə xüsusi səlahiyyətli şəxslərlə verilir. Bəzi ölkələrdə xüsusi pasportlar diplomatik pasportlarla eyni statuslu hesab edilir
Pasportu haradan əldə edə bilərsiniz?
Ümumvətəndaş pasportunun verilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Əgər siz Azərbaycan ərazisindən kənarda yaşayırsınızsa, bu zaman Azərbaycan Respublikasının müvafiq xarici ölkədəki (və yaxud ən yaxın ölkədəki) Səfirlik və ya konsulluğuna müraciət edə bilərsiniz. Həmin diplomatik nümayəndəliklər sizə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ümumvətəndaş pasportunun alınmasına yardımçı ola bilərlər.
Bəzi hallarda Azərbaycan Respublikası vətəndaşının pasportunun verilməsindən imtina edilməsi mümkündür. Belə ki, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əgər vətəndaşın ölkədən (Azərbaycan Respublikasından) getmək və gəlmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılarsa, (bu hallar qanunvericilikdə dəqiq təsbit edilmişdir.) vətəndaşa pasportun verilməsindən imtina edilir:
Bu hallarda müvafiq dövlət orqanı tərəfindən imtina qərarı və onun səbəbləri barədə həmin vətəndaşa bildirilir. Yalnız imtinanı doğuran səbəblər aradan qalxdıqdan və yalnız yeni sənədlər təqdim edildikdən sonra vətəndaşın təkrar müraciətinə baxıla bilər
Pasportu nə qədər istifadə etmək olar?
Buna pasportun etibarlılıq müddəti deyilir. Müxtəlif ölkələrin qanunvericiliyində bu müddət fərqli nəzərdə tutula bilər. Məsələn, ABŞ-də pasportlar 10 və 5 illik müddətə, Belçikada 5 illik müddətə, Rusiya Federasiyasında 10 və 5 illik müddətə, Meksikada 3 və ya 6 il müddətinə verilir.
Azərbaycan Respublikasında pasportun 3 növü vardır:
"P" seriyalı olan ümumvətəndaş pasportu – bu pasportun etibarlılıq müddəti 10 ildir,
"S" seriyalı olan “ xidməti pasport – bu pasportun etibarlılıq müddəti 5 il və ya sahibinin səlahiyyəti müddəti qədər ola bilər,
“D” diplomatik pasport – etibarlılıq müddəti 5 il və ya xüsusi səlahiyyətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş müddət ola bilər.
Azərbaycan Respublikasının vətəndaşının pasportu ilə bağlı bütün ana prinsiplər “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur
Bu Qanuna əsasən, Azərbaycan Respublikası vətəndaşının pasportu Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini və vətəndaşlığını təsdiq edən, ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən, bütün ölkələrə getmək üçün etibarlı olan rəsmi sənəddir.
Yəni Azərbaycan Respublikasının pasportu elə bir rəsmi sənəddir ki:
həm sizin doğma Azərbaycan ərazisindən başqa ölkələrə getməyinizə və Azərbaycana qayıtmağınıza əsas verir, eyni zamanda, siz Azərbaycan hüdudlarından kənarda olanda sizin şəxsiyyətinizi və Azərbaycan Respublikasının vətəndaşı olmağınızı təsdiq edir
Pasportun qeyd edilən təyinatından kənar məqsədlərlə istifadə edilməsi qadağandır!
Viza
Viza — Bir xarici ölkəyə daxil olmaq, orada yaşamaq, yaxud oradan getmək üçün xarici pasportda edilən xüsusi qeyd və ya rəsmi icazə.
Vizanın növləri
Alınma məqsədinə görə viza növləri aşağıda verilmişdir.
Tranzit vizalar Qısa müddətli viza Uzun müddətli viza İmmiqrasiya vizası Rəsmi viza
Viza
Xarici ölkəyə getmək üçün viza almaq lazımdır. Viza - xarici ölkəyə daxil olmaq və oradan çıxmaq
haqqında icazədir.Bu icazə qeyd şəklində pasportda göstərilir və ya qrup şəklində ayrıca vərəqdə
hazırlanır. Viza bir və ya çox dəfəlik olur.
Bir dəfəlik viza - müəyyən müddət ərzində hər hansı ölkəyə daxil olmaq üçün verilir.
Çox dəfəlik vizalar verilən müddətdə sərhədi istnilən qədər keçməyə imkan verir.
Viza almaq üçün səyahətə dəvət edən turizm təşkilatının və ya başqa işgüzar təşkilatın, ailə üzvlərinin
dəvətnaməsi lazımdır. Viza almaq üçün viza anketi doldurulur, konsulluq rüsumu ödənilir. 1989-
cu ildə Haaqa Bəyannaməsi qəbul edilmişdir. Bu bəyannamə bütün ölkələrdə viza rejiminin
sadələşdirilməsi tövsiyə etmişdir.
Şenqen vizası
14 iyun 1985 - ci ildə Lüksenburqun Şenqen şəhərciyində Avropanın 5 ölkəsi - Belçika, Niderland,
Lüksemburq, Fransa və Almaniya öz aralarında pasport nəzarətinin ləğvi haqqında saziş imzaladılar.
Bu hüquq şenqen vizası ilə iştirakçı dövlətlərdən birinə daxil olan xarici turistlərə və hər kəsə şamil
edilir. 2007 - ci ildə sazişə qoşulan ölkələrin sayı 30 olsa da, hələlik şenqen vizası ilə 25 ölkəyə getmək
mümkündür.
Şenqen vizası 3 ay müddətinə verilir.
Şenqen vizasının 2 növü mövcuddur.
• qısamüddətli viza - 1 gündən 20 günə kimi davam edir.
• illik viza - 180 gün müddətində dəfələrlə sərhəddi keçərək edilən səyahətlər zamanı
verilir.
Qeyd etmək lazımdır ki, əgər turist Şenqen ölkələrinin qanunlarını pozubsa bu səbəbden
ölkədən çıxarılıbsa, o zaman həmin turistlər bütün Şenqen ölkələrinə getməyi qadağanedilir.
Transit Viza
Tranzit vizası, bir ölkədən digərinə getmək üçün üçüncü ölkənin ərazisindən keçmək lazım gəldiyi hallarda alınan viza növüdür. Tranzit vizası viza sahibinə bu ölkənin ərazisindən keçməyə imkan verir. Tranzit vizası qısamüddətli vizadır.
Qısamüddətli viza
Qısamüddətli viza, viza müraciətinin edildiyi ölkəyə qısa müddətə səyahət etməyə imkan verən bir viza növüdür. Turist vizası, tibbi viza, ziyarət vizası, atletik və ya sənət vizası, qaçqın vizası, rəqəmsal köçəri vizası, xüsusi viza kimi vizalar qısamüddətli viza növünə daxildir. Qısamüddətli viza sahibləri səyahət etdikləri ölkədə maksimum 90 gün qala bilərlər.
Uzun müddətli viza
Uzunmüddətli viza bir ölkədə 90 gündən çox qalmağa imkan verən viza növüdür. Tələbə vizası, müvəqqəti işçi vizası, sığınacaq vizası, yaşayış vizası, asılı viza kimi viza növləri uzunmüddətli viza növünə daxildir.
İmmiqrasiya vizası
İmmiqrant vizası, viza müraciətinin edildiyi ölkədə daimi yaşamaq istəyən şəxslərə verilən viza növüdür. İmmiqrasiya vizası almış şəxslər müraciət etdikləri ölkəyə köçmək və orada yaşamaq niyyətindədirlər. Evlilik vizası, ailə birləşməsi vizası, ailə üzvü vizası, pensiya vizası kimi vizalar immiqrant vizasına daxil edilən viza növləridir.
Rəsmi viza
Rəsmi viza dövlətə xidmət edən və dövləti təmsil edən şəxslərə verilən viza növüdür. Rəsmi vizalar diplomatlar, konsullar kimi dövləti təmsil edən və dövlət adından bir ölkəyə səfər edən şəxslərə verilir.
Dostları ilə paylaş: |