Ayətullah Fazil Lənkərani


İKİNCİ DƏSTƏNİN İMTİYAZLARİ



Yüklə 0,58 Mb.
səhifə61/109
tarix10.01.2022
ölçüsü0,58 Mb.
#108492
1   ...   57   58   59   60   61   62   63   64   ...   109

İKİNCİ DƏSTƏNİN İMTİYAZLARİ


Peyğəmbərin böyük ailəsinin ikinci qismi Əhli-beytdir.

Ayələrin heç biri birinci dəstənin Əhli-beytdən olmasına dəlalət etmir, sadəcə olaraq onların evlərini özlərinə nisbət verir. Bu mühüm məsələ iki ayədə xatırladılır: birincisi "vəqərnə fi buyutikunnə", ikincisi isə "vəzkurnə ma yutla fi buyutikunnə".

Bu təbir bəlkə də ona görədir ki, Peyğəmbərin zövcələrinin İslamın gələcəyində heç bir xüsusi rolu olmayacağını, onların yalnız Peyğəmbərin zövcəsi olmaq iftixarına malik olmasını çatdırsın ki, onlar, əməl etməyə vəzifəli olduqları proqramı nəzərə alaraq öz evlərinin həddi-hüdudunu qorusunlar, bilsinlər ki, İslamın mühüm işlərinə müdaxilə etməyə vəzifəli deyillər. Hətta əgər Allah tərəfindən təyin olunmuş proqrama əməl etməsələr "Peyğəmbərin zövcəsi olmaq" iftixarından da məhrum olacaqlar.

Zeyd ibni Suhan Ayişəyə belə bir məktub yazmışdıة "Ayişə! Sən o vaxt möminlərin anasısan ki, "vəqərnə fi buyutikunnə" ayəsinin hökmünə əməl edəsən. Əgər əməl etməsən, bu iftixar və şərəfi əldən vermiş olacaqsan və bu zaman məni öz düşmənlərin cərgəsində görə bilərsən."

Ümmü Sələmə də bir məktubda Ayişəyə xatırlatdı ki, "ehtiyatlı ol ki, Allahın Rəsulunun hərəminə zərbə vurmayasan. Öz evində otur və zövcə olmaq iftixarını əlindən vermə!"

Amma ikinci dəstəyə gəldikdə isə, onların öhdəsinə böyük məsuliyyət"İslamı qorumaq və müsəlmanların rəhbərliyini öhdəsinə almaq kimi məsuliyyət vardır. Peyğəmbərin zövcələri evdaxili vəzifələri yerinə yetirib onlara riayət etməkdə, özlərini şəhvət çirkinliklərindən, ruhi-mənəvi aludəliklərdən qoruyub-saxlamaqda azaddırlar və bu kimi məsələlər onların öz iradə və istəklərindən asılıdır. Əlbəttə, Allahın əmrlərinə tabe olub qadağan etdiyi şeylərdən çəkinməli və heç vaxt düz yoldan çıxmamalıdırlar.

Lakin Əhli-beytin pak-pakizə olmasını Allah-Taalanın Özü iradə etmişdir, Onun iradə və istəyi belə olmuşdur ki, onları pis əməllərdən saxlasın, hətta həvayi-nəfsin ətrafına belə yaxın düşməsinlər. Allahın Əhli-beytə olan inayəti bu olmuşdur ki, onları ruhi xəstəliklərdən uzaq etsin və onların geniş qəlblərini batini çirkinliklərdən qorusun ki, onların pak-pakizə ruhları zəhərli hücumlara məruz qalmasın, İslamın rəhbərliyini qorumaq yolunda səbirli sinələrinə xəsarət dəyməsin.

Peyğəmbərin zövcələri haqqında olan ayələr onların yüksək fəzilətə malik olmalarını, fəzilətin fövqündə dayanmalarını əsla sübut etmir. Amma "Təthir" ayəsin-də bir neçə seçilmiş insanın yüksək fəziləti hiss olunur və ayə bu fəziləti yalnız həmin insanlara həsr edir. Bu, hansısa bir şeyin yalnız bir şəxsə həsr olunduğunu bildirən "innəma اِنَّماََ kəlməsindən başa düşülür. Həmçinin "ənkum عَنْكُمَْ kəlməsinin "Əhləl-beyt" sözündən qabağa gəlməsi və "əhlə اَهْلََ kəlməsinin mənsub (fəthəli) olması bu işin yalnız onlara məxsus olmasını bildirir (ərəb dilində bu sintaktik qaydaya "ixtisas" deyilir-müt.). Ayənin mənası belə olur ki, Allah-Taala bütün ruhi eybəcərlikləri, günahları və çirkin əməlləri Peyğəmbərin zövcələrindən deyil, yalnız siz Əhli-beytdən uzaq etmiş və yalnız sizi paklaşdırmışdır.

"Təthir" ayəsinin başqa ayələrin arasında gəlməsindən gözəl şəkildə başa düşülür ki, ilahi inayət və lütf Peyğəmbərin zövcələrinə şamil olmamışdır, amma Əhli-beyt(əleyhimussalam) haqqında belə deyil. Çünki ayələrin məzmunundan belə məlum olur ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in zövcələri üçün günah, çirkin əməllər, o həzrətə qarşı itaətsizlik, evdən çölə çıxmaq və yersiz dəxalətlər mümkündür, lakin bu işlər Əhli-beyt(əleyhimussalam) üçün əsla mümkün deyil, çünki Allah-Taala onlara (Əhli-beytə) mələkuti, günahdan pak-pakizə olan bir ruh bəxş etmişdir.

Quranın aşkar buyurduğuna görə Peyğəmbərin zövcələri səadət, yaxud bədbəxtlik yolunu seçməkdə tam azaddırlar. Lakin Pərvərdigarın rəhməti, Ruhul-qüdsün feyzi, qeybdən gələn nəsim dalğaları yalnız Əhli-beytə şamil olmuşdur ki, bir kəs ki, onların Peyğəmbərin zövcələri kimi, istədikləri kimi hərəkət etməkdə azad olmalarını güman etməsin! Xeyr, bu güman batildir və onların ixtiyarı Allah-Taalanın əlindədir. Buna görə də "Təthir" ayəsinin məzmunu o biri ayənin məzmunu ilə tamamilə fərqlidir. Belə olan halda "Təthir" ayəsinin Peyğəmbərin zövcələrinə xitab etməsi necə ola bilər?!



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin