RəŞİd bəy və SƏADƏt xanim ismayıl bəy Qutqaşınlının eyni adlı hekayəsi əsasında İ Ş t I r a k ç ilar



Yüklə 297.58 Kb.
tarix24.05.2018
ölçüsü297.58 Kb.


RƏŞİD BƏY VƏ SƏADƏT XANIM
İsmayıl bəy Qutqaşınlının eyni adlı hekayəsi əsasında

İ Ş T İ R A K Ç I L A R :
RƏŞİD BƏY - gənc, yaraşıqlı ,igid bir oğlan.

SƏADƏT XANIM –gənc və gözəl bir qız.

ƏZİZ - Rəşid bəyin dostu.

ŞAMAH - Səadət xanımın dayəsi.


** ** **

Yaşıllığa, gül-çiçəyə bürünmüş, ucu-bucağı gö-

rünməyən gözəl bir bağ. Sağ tərəfdə taxtadan

düzəldilmiş söhbət köşkü. Sol tərəfdə bağban

koması.
Səadət və Şamah gəzişə-gəzişə köşkə yaxınlaşır.

Səadət pəjmürdə halda köks ötürərək skamyaya çökür. Şamah da yanpörtü halda onun yanından oturur.

şamah

- Özün adlı-sanlı bir bəyin yeganə qızı olasan, on səkkiz yaşın ola, gözəllikdə mələk-

lər səninlə bəhsə girə, di gəl, həmişə bikef gəzəsən, bu dünyada heç nədən zövq ala bilməyəsən... Heç başa düşə bilmirəm səni.

səadət

- Eh, Şamah, Şamah... Qəlbin məsudluğu üçün bunlar o qədər də vacib şərtlər deyil.



şamah

- Bilirəm... Etiraf etmək istəməsən də, qəlbin sevgi həsrətilə alovlanır. Sevgisiz həyat

bədbəxtlik, qəm-qüssə deməkdir.

səadət

- (Xəfifcə gülümsəyir.) Nəhayət ki... anladın.

Şamah - (O da gülümsünür) Tələsmə. Eşitmişəm lap bu yaxınlarda sərvəti, nəcabətilə məşhur

olan Əsgərağa sənə elçi göndərəcək . Nə istəyirsən, eşidən-bilən elə indidən bu

izdivaca həsəd aparır.

səadət - Ah, əziz dayəm Şamah...Məsələ də elə bundadır də. Güman edirsən ki, belə bir evlilik

məni xoşbəxt edəcək?.. Mən onun xasiyyətinə bələd deyiləm. Bəlkə o heç məni sevmir. Ah, belə bir uşağa ərə getməkdənsə daim anamın və sənin yanında qalmağı mən nə qədər xoş bir səadət hesab edərdim...

Əsgərağanın ata-anası öz oğullarını evləndirmək istəyirlər, lakin fikirləşmirlər ki, bu işdə iki şəxsin bədbəxtliyinə səbəb olurlar. Biri öz oğulları, biri də gələcək gəlinləri... Bəli, əzizim, kədərimin, qəmimin əsas səbəbi əsluində budur.

şamah - (təəcüblə) Nədi, sən Kazım xanın oğlundan imtina etmək istəyirsən? Bu günlərdə

onlar elçilərini göndərəcəklər. O tərəf, bu tərəf bu toya təmtəraqla hazırlaşır... Sən

nə etmək istədiyini heç başa düşürsənmi?.

səadət - Bilmirəm, bilmirəm... Lap başımı itirmişəm...
Elə bu an bağın dərinliklərindən ecazkar bir oxuma səsi eşidiılır. Kimsə sanki çox yanıqlı səslə uzaqlarda

qalmış sevgilisinə qəlbinin fəryadlarını çatdırmaq istəyir.
Allah, yenə bu səs?.. Bu yanıqlı oxuma?.. Dəli oluram bu avazdan, bu sözlərdən.

Kimdir, kimdir axı belə hüzn dolu səslə oxuyan?.. Nə oldu, Şamah, bir şey öyrənə bilmədinmi?


şamah - Bağın hər yerinə getdim, ən uzaq künclərinə uşaq göndərdim , möcüzədi, bir

kimsəyə rast gəlmədik. Elə bil bağ sehrlənib, hərdən beləcə oxuyur öz-özünə.



səadət - Təzə bağbanlardan soruşaydın. Bəlkə onlar görüblər bağda kimisə.

ŞAMAH - Axı kim ürək edib keçə bilər bu bağa? Bir də... bir şeyə şübhəli qalmışam, elə o təzə

bağbanlar gələndən başladı bu oxuma. Ancaq inana bilmirəm ki, o qoca ilə yanındakı

köməkçi oğlan oxuya bilsin belə.



səadət - Get, get yenə də uzaqdan xəlvəti bax onlara.
Şamah gedir. Oxuma səsi davam edir. Səadət heyranlıqla, məftunluqla dinləyir. Sonra öz-özünə pıçıldayır: “İlahi, bu sehrkar səs bütün ruhumu yerindən oynadır, məni başqa bir aləmə, yeni bir dünyaya haraylayır.”

Səhnə qaranlıqlaşır.

** ** **


Səhnənin solundan bağban koması işıqlanır. Əziz oturub. Yaşlı adam qiyafəsindəki Rəşid var-gəl edərək danışır.
şid -

On gün olur, düz on gün... Bu lənətə gəlmiş qoca paltarında, biğ-saqqalda, bu iyrənc

daxmada bağban rolu oynayıram. Nə var-nə var, bəlkə hərdən o mələksimanı görə

bildim, bir məqam tapıb qəlbimi ona açdım. Di gəl onu görən kimi əl-qolum bağlanır,

dilim-ağzım tutulur. Bu gedişlə biz düz bir il də keçsə heç nə edə bilməyəcəyik. Sərsəm-

sərsəm mahnı oxumaqdan başqa... Ah, müsəlmançılığın bu adəti olmayaydı da... Sevgili-

lər belə toy gününə qədər bir-birinin üzünü görə bilməz... Eh səni...

əziz

- Sevimli dostum, səndən ötrü lap dünyanın o başına da getməyə hazıram, lakin evdən-

eşikdən olub

gəlib günlərlə burda lövbər salmağımız heç ürəyimcə deyil. Birincisi, ona

görə ki, Səadətin anası Tutu xanım qızını var-dövləti başından aşan Kazım xanın oğluna

vermək niyyətilə sənin elçilərini geri qaytardı. Baxmayaraq ki, onların evində həmişə sənin barəndə yaxşı rəy dolaşıb. Tutu xanımın sərvəti və rütbəni sənin alicənablığından üstün tutması atanın təhqirinə səbəb oldu və sənə bir daha bu qızın adını çəkməyi qadağan etdilər. Sən isə gizlincə qaçıb gəldin bura, məni də özünə yoldaş etdin.



Rəşid - Mənim vəfalı dostum Əziz...

Yadındadı, bir neçə ay öncə quldurların əlindən xilas etdiyi-

miz Mərdan adında oğlan? Onlarda qonaq qaldığımız gecə? Mərdanın anasının, bacısının,

ən əsas da arvadının bizə göstərdiyi hörmət, mehribanlıq? Nədənsə son günlər tez-tez yadıma düşür Mərdanla arvadının bir-birlərinə bəslədikləri qayğı, nəzakət, səmimiyyət... Və özümün nə qədər yalqız, tək olduğumu hiss edirəm, qeyri-iradi halda qəm-qüssəyə qapılıram...



ƏZİZ -Hə, qısası, sənə evlənmək lazımdı, səni ürəkdən sevən, nazını çəkən, qayğına qalan

həyat yoldaşı lazımdı.



rəşıd - Hə, düz tapmısan.

Elə bir yoldaş ki, Mərdanın arvadı kimi yorğun və dalğın hallarımda,

təhlükəli zamanlarda mənə təsəlli versin.

əziz - Bəli, bu fikir çoxdandı mənim də başımda dolaşır, sənə evlənmək lazımdı...Gözəl bir əmiqı-

zın var, uşaqlıqdan ata-anası tərəfindən sənə deyikli olduğunu söyləyirlər. Sənə görə neçə-

neçə elçini geri qaytarıblar.

rəşıd -Ah Əziz... mən o gözəl əmiqızımı təxti-səltənətdən məhrum etmək istəmirəm. Bir də ki,

kim bilir, bəlkə gələcəkdə o, məni heç sevməyəcək. Bu deyikli məsələsi də müsəlmançı-

lığın heç məni açan işi deyil.

əziz -Yaxşı, bunu bildik, anladıq. Bəs qonşu bəyin qızına nə deyirsən? Yaxşıca sərvəti də var,

gözəlliyi də öz yerində. Ata-ananın da yeganə övladı. Qızın da çoxdandı səndə gözü var.



rəşıd - Bax, bu daha pis... Yeganə övlad şərt kəsib ki, mən gərək ata-anamı, rəiyyətimi atıb

onların


evində yaşamağı qəbul edəm. İndi sən özün de, mən tanımadığım,bilmədiyim bir qızdan ötrü candan əziz atamı, gözəl yurdumu, vəfalı rəiyyətimi atıb qonşu bəyə xidmət edə bilərəmmi?

ƏZİZ - Deməli Səadət xanımdan başqa adamın qalmır?..

rəşıd - Bilmirəm, bəlkə də bu bir alının yazısıdır, tale qismətidir. Mən onu görən kimi hiss et-

dim ki, qəlbimdə həmişə surətini yaşatdığım qız məhz budur. Gözəlliyi, rəhmdilliliyi,

hamıya xeyirxahlıq etməyə çalışdığını eşidincə fikrim daha da qətiləşdi. Səadət yoxsulların və dilənçilərin

pənahıdır. Təsəvvür et ki, həftədə bir gün o malikanəsinin qapılarını açır, ətrafdakı dilənçiləri qəbul

edir, onlarla hal-əhval tutur, ehtiyaclarını ödəyir, dərdi olanlara şəfqət, təsəlli verir. Mən də ilk dəfə onu yaxından görmək üçün dilənçi paltarı geyib getməmişdimmi?

Ancaq onun gözlərində elə bir nur parlayırdı ki, sanki gözlərim qamaşır, heç nə görə bilmirdim. Ürəyim

şiddətlə döyünür , özümü itirərək yıxılmamaq üçün güclə dayanırdım ayaq üstə. O mənə deyəndə ki,

möhtərəm qoca, məndən nə xahiş edirsiniz, inan, dilimi tərpədib bir söz deyə bilmədim.



ƏZİZ - Ah, əziz dostum, sən əməlli-başlı vurulmusan ki... Allah sənə yar olsun, indi bəs

nə etmək fikrindəsən?



rəşıd - Bilmirəm... bilmirəm. Ürəyim məni nəyəsə arxayın edir. Bax onun üzüyü...

içəriyə adı da yazılıb. Bağdan tapmışam. Bu təsadüfün özündə nəsə bir sirr var. Hər

necə olsa da onun qəlbini fəth etməyə, sevgisini qazanmağa çalışacağam.

ƏZİZ - Belə qocaman bir bağban rolu oynamaqlamı?

rəşıd - Nə üşün qoca bağban rolu ilə? Niyə, mənim başqa silahım yoxmu?..
Rəşid oxumağa başlayır. Bu əvvəlki şəkildə eşitdiyimiz mahnıdır. Rəçidin bütün sevgisi, iztirabı, həsrəti bu mahnıdan süzülüb axır.

Aralıda Şamah görünür. Diqqətlə mahnı oxuyan “qoca bağbanı” izləyir. Sonra qaçıb gedir.


** ** **
Yenə bağın sağ tərəfindəki söhbət köşkü. Səadət və Şamah yaxınlaşırlar. Səadət çox şən əhvaldadır. Əlində gül dəstəsi sanki rəqs edirmiş kimi danışa-danışa gəzişir. Şamah bir qədər qayğılı tərzdə onu dinləyir.
Səadət - Sevimli Şamah, sənə çox-çox minnətdaram ki, bu gün məni şəhər meydanındakı gənc-

lərin at çapmaq, qılınc-tüfəng oynatmaq, ox atmaq yarışına apardın. Meydanda bayram

paltarı geyib gözəl atlar minmiş cavanlar bir-bir gəlib keçir, meydanın bir tərəfində qoca kişilər, bir tərə-

fində üzləri ağ rübəndli qadınlar oturub. Bu zaman... o da qəşəng bir atın belində meydana daxil olur. Onun

qızıl yəhər və üzəngisinin, əlvan paltarının parıltısı az qala günəşin işığna üstün gəlirdi. Göstərdiyi igidlik-

lər, məharətli oyunlar hamını heyrətə gətirir, gurultulu alqışlar qoparırdı.



ŞAMAH - Sən elə bil sərxoş olmusan...

Səadət - Ah, əzizim Şamah... Dəfələrlə mən onun barəsində xoş təriflər eşitmişdim. Eşitmişdim ki,

o, “mənəm-mənəm” deyən igidlərə qalib gəlməyi, bütün zəiflərə, ehtiyacı olanlara kömək etməyi sevir. Hətta alicənab kübar tərbiyəsi, qəhrəmanlıq dastanları oxuması, gözəl səsi barəsində də eşitmişdim. Lakin ilk dəfə idi ki, görürdüm özünü. Buna baxmayaraq məndə elə bir təsəvvür vardı ki, sanki çoxdan, lap uşaqlıqdan tanıyırdım onu. Çox mehriban, əziz, yaxın bir insan kimi... Ah, sevimli Şamah, mən çox istərdim ki, o gözəllikdə, o qoçaqlıqda bir qardaşım, yaxud bir sevgilim olsun. Ancaq təəsslər ki, bu daha heç zaman mümkün olmayacaq.

Anam onun elçilərini geri qaytardı, Rəşid bəy qürurunu sindirib artıq heç vaxt mənə meyl etməz.

ŞAMAH - Belə fikirləri at başından, unutma ki, sabah Kazım xanın elçiləri gəlir. Sənin taleyin

həll olunur. Bir daha xam xəyallara qapılma.



SƏADƏT

- Ah, əhvalım yenə pozuldu. Bütün xoş əhvalım alt-üst oldu, yenə kədərlər qara buludlar

kimi aldı üstümü. Mən nə edəcəyəm, nə edəcəyəm? Əziz Şamah, sən denən mənə,

sevmədiyim, yaxından tanımadığım, yalnız var-dövlətilə seçilən bir adamla ömrümü necə başa vuracağam?..

Necə, necə? De necə?..
Şamah susur.

Elə bu an yenə bağın dərinliklərindən o sehrli oxuma səsi eşidilir.
Oh, yenə bu ecazkar səs?.. Kimdir, kimdir axı belə qüssə dolu üzüntüylə oxuyan? Doğrudanmı, sən bir şey

öyrənə bilmədin? Anam deyir, bağ sehrlənib, müqəddəs bir dərviş gətirəcək, bağı paka çıxaracaq. O vaxtacan

mənə bura gəlməyi qadağan edib. Ancaq mən burda üzüyümü itirmişəm. Onu axtarıb tapmaq bəhanəsilə bir

təhər qaçıb gəlirəm. Üzük isə tapılmır. Əvəzində bu səs, bu oxuma... İnan Şamah, bu səsdə qəlbimi yerindən

oynadan nəsə var. Bu səs elə-belə səs deyil. Bu səs sanki göylərdən gəlir, ilahi bir səsdir, taleyimin səsidir.

Niyə susursan, Şamah?



Şamah - Xanım, bağışla məni. Keçən dəfə gördüyümü sənə söyləmədim. Mahnı oxuyan bizim

təzə bağban imiş.



Səadət - Qocası, yoxsa yanındakı cavan oğlan?

Şamah - Qocanın özü.

Səadət - Nə danışırsan? Bu yaşda da elə səs, elə ürək? Heç inanılası deyil. Bəs nə üçün bunu

məndən gizlədirdin?



şamah - Fikirləşdim ki, birdən bağbana acığın tutar, onu qovarsan. Düzdü, onların burdan get-

mələrini istəmirəm.



Səadət - Bilirəm niyə. Bağbanın köməkçisi deyəsən xoşuna gəlir. Bir-iki dəfə şirin-şirin söhbət

edəndə görmüşəm sizi.


Şamah bir söz demədən susur. Üzünü gizlətməyə çalışır.
Görürsən, ürək seçən necə əzizdir. Qorxma, qovdurmaram onları. Gözəl oxuyur deyə

bülbülü qəfəsə salırlar, açıb buraxmırlar. Get çağır gəlsinlər bura. Bilmək istəyirəm,

görəsən o qocanin dərdi nədir ki, elə yanıqlı oxuyur. Bəlkə nəyəsə ehtiyacı var, bir kömək lazımdı ona.
Şamah gedir.
(öz-özünə) Yox, mən yanılmamışam. Ürəyim məni aldatmayıb. Bu elə-belə oxumaq deyil. Bu səsdə, bu

sözlərdə nəsə bir sirr var. Nə, nə ola bilər? Nə ola bilər görəsən?


Şamah bağban və bağbanın köməkçisilə qayıdıb gəlir. “Bağban” baxışlarını Səadətin üzündən çəkmədən heyranlıqla, təlaşla uzun-uzadı baxır. Səadət də baxışlarını onun üzündən ayıra bilmir.
Səadət - Möhtərəm qoca, sizi sevimli məşğuliyyətinizdən ayırdığım üçün, narahat etdiyim

üçün məni bağışlayın. Qeyri-adi bir yanğı ilə oxumağınıza laqeyd qala bilmədim.

Nədir dərdiniz? Bəlkə mənim sizə bir köməyim dəydi...

şid

- Ey zavallıların ümidi, pənahı, mənim elə bir dərdim var ki, heç bir dil onu izhar

etməyə və bir kimsə ona əlac qılmağa qadir deyil.

Səadət

- Sizin dərdinizin davası mənim qüdrətim xaricində olmasa, mən onu sizdən əsirgəmərəm.

Əgər sizin cəsur bir dilavərə ehtiyacıniz varsa, o zaman bütün zavallıların yavəri Rəşid

bəyə müraciət etməyinizi məsləhət bilərdim. Onun ləyaqət və cəsarətinə heç bir şey çatmaz. Mən onu dünən

özüm gördüm...

şid

- (Bir neçə an duruxub qalır, sonra birdən qondarma paltarını, bığ-saqqalını bir tərəfə



ataraq Səadətin qarşısında dizi üstə düşür.) Sizin bəhs etdiyiniz xoşbəxt Rəşid mənəm. Sizi

görmək və dinləmək məqsədilə paltarımı dəyişib bağınızda bağbanlıq edən mənəm. Ah və naləni bir cadugər

təranəsi edərək dərdli-dərdli oxuyan da mənəm. Nəhayət, sizi candan artıq sevən və sizə pərəstiş edən də mənəm.

Mənim xoşbəxtliyim və taleyim sizin əlinizdədir. Mən yalnız bağda itirdiyiniz bu üzüyə sahib olduğum

üçün yaşayıram. Ah Səadət, mənim sevgimi rədd etməyin, mənə nifrət etməyin, məndən etinanızı əsirgəməyin... Bu üzüyü də məndən... ayırmayın. Siz onu mənim əlimdən alsanız o zaman mənim əllərim

rəqibim Əcgərağanın qanına boyanacaqdır. O halda Kazım xan oğlunun intiqamını almaq üçün bütün

qoşununu atamın kiçik məmləkətinə yeridəcək. Atam isə mənim sizə bəslədiyim eşqin yolunda öz mülkünü,

məni və bütün yavərlərini itirəcəkdir. Indi, Səadət, mənə bir cavab verin, taleyimin müqəddəratını həll edin.


Səadət özünü itirmiş halda yıxılmamaq üçün sanki havadan yapışır. Bir müddət özünə gələ bilmir. Sonra astadan pıçıldayır.
səadət

- (sanki öz-özünə) İlahi... Bu röyadırmı mən görürəm... Oyatma məni bu röyadan...

Həyatda doğrudan da möcüzə olurmuş... İlahi, uzaqlaşdırma məni bu möcüzədən...

şid - Nə üçün susub qalırsınız? Dediklərimə rəğmən bir söz söyləməyəcəksiniz?

Səadət -

Rəşid bəy... mən də səni çoxdan... çoxdan sevirəm... (Qollarını uzadıb onun boynundan



qucaqlayır.)

Sevgililər böyük bir mutluluq, məsudluq içində bir-birini bərk-bərk qucaqlayaraq yerindəcə fırlanırlar.

şid

- Əzizim...Sevgilim...

Bizim izdivacımıza razı deyillər... Ancaq biz taleyimizin

hökmü ilə uzaq və sakit bir məmləkətə çəkilməliyik. Heç nəyə məhəl qoymadan

evlənməliyik. Bu dünyaya biz bir-birimiz üçün gəlmişik. Görürsənmi, əzizim, nə çətinliklə tapışdıq. Daha

ayrılmağa, bir-birimizi itirməyə haqqımız yoxdur. Ulu yaradan buna görə bizi bağışlamaz...



səadət

- Mən səni sevirəm, sevirəm, Rəşid bəy. Səninlə dünyanın harasına desən getməyə

hazıram. Mən səninəm, əzizim. Üzüyüm də qalsın səndə. Lakin namusumun,

şərəfimin ləkələnməməsi üçün, səni Allaha and verirəm, tez burdan çıx get, şəhərdə qal və məndən xəbər gözlə.


şid

- Gözləyəcəyəm. Gecə-gündüz, hər dəqiqə, hər an səndən xəbər gözləyəcəyəm. Allah

amanında. (Əzizlə aralanıb gedir.)
Səadət skamyaya çöküb qalır. Gözlənilməz, qəfil hadisədən özünü itirmiş Şamah o üzə-bu üzə gəzişərək nə isə demək istəyir, ancaq bilmir sözü necə başlasın.
şamah

- Ah Səadət... sən nə etdin? Heç bilirsənmi nə etdin? Ata-ananın razılığı olmadan,

onların xeyir-dualarını gözləmədən naməlum bir şəxsə könül verdin. Indi de görüm,

ananın söz verdiyi oğlana biz nə cavab verəcəyik? Sabah elçilər gəlir...



səadət

- Əzizim Şamah, mənim bu qədər şiddətlə çırpınan könlümü sən də bir yandan həyə-

cana gətirmə. Mən Rəşidi ayaqlarıma döşənmiş görəndə ondan məhəbbətimi əsirgəyə bilərdimmi? Onun həssaslığı, gözəlliyi və cəsarətinin şöhrəti aləmə o qədər yayılıb ki, onu iki dəfə görməklə könlümdə bəslədiyim məhəbbəti gizlədə bilmədim. Mehriban Şamahım! Mənə yazığın gəlsin. Onu sevdiyimi söylədiyim üçün məni dərdə salma. Əksinə, aşıb-daşan sevgimin müqabilində onunla

soyuq davrandığıma, ürəyimi tamam açmamaqda məni günahlandır, danla. Ah... mənim həqiqi duyğularımı

ona izhar edəcək bir qüdrətə malik sözlər varmı?..

şamah

- Sən göylərdə uçursan, Səadət, en aşağı. Təsəvvür elə, anan bu əhvalatı eşidəndə nə hala

düşəcək? Hələ bunu ona necə söyləyəcəksən?

Səadət

- Mənim sevimli dayəm, məni yerdən sən götürəcəksən. Hər şeyi ətraflı surətdə bir

məktuba yazacağam. O məktubu anama oxuyacaqsan, mənim yerimə yalvarıb-yaxa-

caqsan, vəziyyəti başa salacaqsan. Razı gətirəcəksən anamı. Mütləq razı gətirəcəksən anamı. Və sonra da oturub fikirləşəcəksiniz, görək elçilərə nə demək olar, onları necə yola salmaq olar. Inan, ürəyim deyir,

anam başa düşəcək mənim hərəkətimi və çətinliklə də olsa mənimlə razılaşacaq o, mütləq razılaşacaq.

Yoxsa... həmişəlik itirməli olacaq yeganə qızını...


Şamah köks ötürüb susur.

Səhnə qaranlıqlaşır.
** ** **


Rəşid bağban komasında yır-yığış edir.
Əziz

- Ağa, mən sənin sadiq nökərinəm, hər tapşırığını yerinə yetirən yoldaşınam, dostunam.

Odur ki, cəsarət edib deyirəm, sənin ondan ayrılmağın məsləhətdir. Yoxsa özünə və

sevgilinə tükənməz əzablar, kiçik məmləkətimizə böyük bəla, atana dərin kədər bəxş etmiş olacaqsan. Atan

bu işə razılıq verməyib, sənə xeyir-dua verməyib. Bu bəlalı bir sevdadır. Uzaq ol bu sevdadan.

şid

- Yox, sevimli Əziz! Mən onu elə bir duyğu ilə, ehtirasla sevirəm ki, uzaqlaşmağı ağlıma

belə gətirə bilmirəm. Onun xəyalı daim mənim gözümün önündədir. Iş o dərəcəyə ça-

tıb ki, ondan başqa heç bir şey görmürəm. Bizim evlənməyimizə heç bir maneə yoxdur, çünki hər bir çətinlik

bizim sevgimizi daha da artıracaq, cəsarətimizi iki qat çoxaldacaq və susuzluqdan yanan çiçəklər sulandıqda

canlandığı kimi o da yeni qüvvə, yeni təravət alacaq.

Atam üşün, məmləkətimiz üçün də heç bir təhlükə görmürəm. Əgər Kazımxan qarşımıza bir düşmən kimi

çıxsa, o zaman mən öz igidlərimizdən başqa məni ürəkdən sevən qonşularımızdan da böyük bir dəstə toplaram. Bütün Dağıstan ellərini dolaşıb hökmran xanlardan kömək istərəm. Ondan sonra əldə qılınc,

ürəkdə sevgi və intiqam atəşi öz qoşunumla rəqibimin qarşısına çıxaram. Bir neçə çarpışmadan sonra sən

məni igid atlılarımla bir yerdə onun Ərəş sarayında görərsən... O ki qaldı atamın xeyir-duasına... nə tez unutdun, rədd cavabı ilə qayıtsa da atam Səadətdən ötrü elçi göndərməmişdimi? Bu elə onun razılığı demək deyilmi?

Ah, sevimli Əziz! Səadət və mən... bir-birimiz üçün gəlmişik bu dünyaya... Bizim taleyimiz bir-birinə o

qədər möhkəm tellərlə bağlanıb ki, heç bir qüvvə onu qıra bilməz, dağıda bilməz...



əziz

- Hər halda çətin olacaq işlər...



şid

- Nigaran olma... Mən daha burda qala bilmərəm. Gedim müəyyən hazırlıq işləri

görüm. Sən hələki burda qal. Səadətin dayəsilə əlaqə saxla. Sabah axşam qaran-

lıqlaşandan sonra özümü yetirəcəyəm bura. Razılaşdıqmı?



əziz -Razılaşdıq... razılaşdıq...

Səhnə qaranlıqlaşır.


** ** **

Bağban koması. Axşam çağıdır.

Əziz və Şamah.
Şamah

- Oh, Səadət xanım boynuma elə bir ağır yük qoymuşdu ki, heç bilmirdim nə edim,

necə edim.Vəziyyəti Tutu xanıma başa salmaq, onu razılığa gətirmək o qədər də asan
deyildi. Ertədən də bacısı onun yanına gələrək elçilərin şəhərə daxil olduğunu demiş, gətirdikləri hədiyyələr, cehiz əşyaları barədə danışmışdı, xanımda tamamilə başqa bir əhval yaratmışdı. Qadın sevincindən heç bilmirdi nə etsin. Zarafat deyil, çox dəbdəbəli, təmtəraqlı bir elçilikdi bu. Başda Əsgərağanın əmisi olmaqla

təkcə elə iki yüz qiymətli libas geymiş atlı gəlirdi.



əziz

- Xırda-xuruş nəsə almağa bazara getmişdim. Onda mən də gördüm bu dəstəni. Bü-

tün dükancılar səs-küyə tərəf qaçırdı. Dəstənin başında iki nəfər gözəl geyinmiş atlı,

yedəklərində qar kimi düm ağ cilovlu bəzəkli bir at gəlin üçün aparılırdı. Hər iki tərəfdən piyada həbəşi gə-

lirdi. Arxada zurna-balaban çalınır, bir dəstə pəhləvan mil oynada-oynada gedirdi. Bunlardan sonra at boyda

iki qatıra qoşulmuş, qızıl-gümüşlə bəzədilmiş bir təxt-rəvan gəlirdi.



şamah - Hələ

çalğıçılar, xanəndələr, rəqs edən mütrüblər, çəngilər, üzləri rübəndlə qapanmış

yengələr... Səadətin məktubundan tamam sarsılmışTutu xanım çıxılmaz vəziyyətə düşmüşdü. Yazıq bilmirdi nə etsin... Mən iki aşiqin bir-birinə bəslədiyi məhəbbətdən, onların necə görüşmələrindən,

daim bir yerdə yaşayacaqlarına and içdiklərindən müfəssəl danışdıqca biçarə qadın rəng alıb

rəng verirdi. Sonra o, bacısıyla Səadətin otağına getdi. Səadət anasını görüncə özünü onun ayaqlarına döşədi.

Qızının çəkdiyi əzab, rənginin solgunluğu, təlaş içində çırpınması Tutu xanımı yola gətirməyə səbəb oldu.

Məhəbbət ananın yeganə qızına qarşı oyanmış qəzəbinə, hiddətinə qalib gəldi. Axırda Tutu xanım qızını

bağrına basıb var qüvvəsilə toyun pozulmasına çalışacağına söz verdi.



əziz - Deyəsən gələnlər bu barədə nəsə eşidiblər.

şamah - Səadətin xalasından şübhələnirəm

. Mən məktubu gətirəndə o, bacısının yanında

idi. Səadətin məşhur xana ərə getmək istədiyini deyirdi, bacısını danlıyırdı ki, birdən o başqa fikrə düşə bilər.
əziz

-Bu qadın işləri korlaya bilər.



şamah

- Səadətin keşiyini artırıb. Əsgər xanın adamlarına da ayıq-sayıq olmağı tapşıpıb. Bir

sözlə, işlər müşkülə düşüb. Tutu xanım qonaqlarından bir günlük möhlət istəyib.

Birisi gün məsələ həll edilməlidir. Bu gecə son gecədir. Səhərə qədər yatmayıb gözləyin. Bir fürsət tapıb

qaçıb gələcəyik bura. Rəşid bəy tam hazır olmalıdır. Səadət məktub yazıb qoyacaq. Onlar duyuq düşənəcən,

məktubu oxuyanacan biz burdan çox-çox uzaqlarda olmalıyıq. (Getdikcə güclənən külək səsinə diqqət



kəsilir.) Hava pozulur. Allah eləyə, gecə yarısından sonra tufan başlaya. Keşikçilər belə havada daha heç nə olmaz deyə yıxılıb yatarlar... Daha mən qaçım gedim... (Aralanmaq istəyir.)

əziz

- Şamah... dayan...



şamah

- Nədir?.. (Ayaq saxlayıb mənalı-mənalı baxır.)



əziz

- Heç... sonra... sonra...





Şamah gedir.

Səhnə qaranlıqlaşır.

** ** **




Hərdən şimşək çaxır. Bərkdən göy guruldayır. Qaranlıqda həyəcənla ulayan külək, getdikcə güclənən yağış səsi eşidilir.

Bağban koması. Əziz şam işığında narahat-narahat gəzişir. Tez-tez pəncərədən boylanır. Arada ayaq saxlayaraq nəyəsə qulaq kəsilir.

əziz

- Allah, necə narahat gecədir... Yağış get-gedə şiddətlənir, külək də səngimək bilmir.

Əsil tufandı. Şamah düz deyir, belə havada keşikçilər arxayınlaşıb başlarını atıb

yatmış olacaqlar. Onların evdən çıxmalarına yaxşıca şərait yaranacaq. Ancaq... Rəşid gəlib çıxmır. Harda

ləngidi görəsən? Bu vaxtacan gəlməliydi axı. Bəlkə tufandı deyə heç gəlməyəcək. Səadət də bir təhər evdən çıxmış olsa necə olacaq bəs? Bilmirəm... bilmirəm... Lap başımı itirmişəm. Gecə keçir. Saat neçə olar görə-

sən? Belə tufanda da havadan bir şey anlamaq olmur. Hər halda gecə yarıdan keçmiş olar. Hardasan, ay

Rəşid bəy? Bu yağış, bu tufan sənin üçün qopub bəlkə də, bir daha çətin ki belə fürsət ələ düşər...
Taqqıltı eşidilir. Iri bir bürüncəyə bürünmüş Rəşid bəy içəri girir. “Off...” deyərək bürüncəyi kənara atıb yorğun halda taxta çökür.
şid

- Hə, Əziz, söylə görək, mən gedəndən nə xəbərlər var buralarda?



əziz

- Xəbər çoxdur, sonra danışaram. Indi vaxt itirməyək. Bir azdan Səadət Şamahla

burda olacaq. Səhər açılanacan biz burdan uzaqlaşıb getməliyik. Sən harda qalmışdın

bəs? Nigarançılıqdan heç bilmirdim nə edim...



şid

- Eh... Əziz, Əziz, burdan gedəndən o qədər işlər görmüşəm ki. Zarafat deyil, həyatımın

bəlkə də ən nəhəng, ən möhtəşəm hadisəsi ərəfəsindəyəm. Hər şeyi dəqiqliklə ölçüb

biçmək, mühüm tədbirlər görmək lazımdır axı.



əziz

- Çətin olacaq işlər...



şid

- Niyə?


əziz

- (Söz azdıraraq.) Görmürsən necə yağır?



şid

- Əziz, sən məndən nəsə gizlətmək istəyirsən?



əziz

- Yox... sadəcə havanı nəzərdə tuturam.



şid

- Bundan da betər tufan olsa mənim üçün qorxulu deyil. Qaldı ki, nəyəsə işarə vurmaq

istəyirsənsə bu barədə də narahat olmağına dəyməz. Bütün tədbirləri görmüşəm. At-

lar hazırdır. Darvaza ağzındakı quraqlıqda gözləyir. Gedəcəyimiz yeri də dəqiqləşdirmişəm. Tikanlı kəndinə.



əziz

- Ora niyə?



şid

- Təsadüfən Mərdanla rastlaşdım. Mərdan yadındamı? Doğrudan da yaxşılığı unudan

oğlan deyilmiş. Onların kəndi ucqar, dalda bir yerdir. Ev şəraitləri də imkan verir ki,

bir neçə gün orda gizlənək. Sonra gedib əhvalatı atama xəbər verəcəyəm.



əziz

- Əgər... əgər... birdən Kazım xan adamlarıyla hücum çəksə, necə olacaq bəs?



şid

- O məsələni də fikirləşib həll etmişəm. Sənə dediyim qaydaya ehtiyac qalmır daha.

Heç bir silahlı toplamıram, güllə atılmır, qan tökülmür.

əziz

- Kazım xan da səni bağışlayır eləcə, hə?



şid

- Kazım xanın başqa əlacı qalmayacaq axı. Sənə dedim ki, belə gec gəlməkdə yatıb

qalmamışdım. Bütün məsələləri yoluna qoymmuşam. Indi mən sənə bir sirr açsam,

inanarsanmı? Əsgərağanı gecəynən oğurlayıb elə etibarlı adamların yanında gizlətmişəm ki, nə qədər axtarsalar da tapa bilməzlər.



əziz

- Əsgərağa bizim nəyimizə lazımdır?



şid

- Böyük bir savaşın, qırğının qarşısını almaq üçün bizə Əsgərağa lazımdır. Səni

göndərirəm elşi kimi Kazım xanın yanına. Deyirsən, oğlun girov götürülüb. Əgər

onun sağ-salamat qayıtmasını istəyirsənsə silahlı adamlarını geri çəkib gedirsən. Yox, əgər bircə nəfərə

qarşı silah qaldırsanız silaha hədəf ikinci adam Əsgərağa olacaq. Başa düşdünmü hər şeyi?

əziz

- (Arxayınlaşaraq gülümsəyir.) Afərin, afərin mənim ağam. Doğrudan da hər şeyi yaxşı

götür-qoy etmisən.
Elə bu vaxt hənirti eşidilir.

Səadətin səsi get-gedə yaxınlaşır.
Səadət

- Ah, əziz dayəm, gör nə yaman günlərə qaldım. Mənim başımda nə bəlalar varmış.

Nə çıxılmaz bir çətinliyə düşdüm. Mən sabah Əsgərağanın elşiləri gətirdiyi cehizi

və nişanları

qəbul edib, onun əmisinə qoşulub getməyə məcburam. Yox, yox... Rəşid bəyə vəfasızlıq

göstərməkdənsə, ona verdiyim sözdən dönməkdənsə mənə ölüm daha yaxşıdır...


Rəşid “Ey mənim ruhum!” deyərək lap yaxından eşidilən səsin önünə qaçır və qaranlıqda gözdən itir. Və bir neçə an sonra Səadət və Şamah komaya daxil olur.
şamah

- Yağış bizim üçün yağır, dostlar, vaxt itirmədən yola çıxmaq lazımdır. Belə tufanda

dalımızca düşən də olmaz.

şid

- Mənim əziz Səadətim. Taleyin ən dönümlü anı gəlib yetişdi. Gecənin bu çağında,

bu yağışda, tufanda mənimlə yeni bir həyata doğru addımlamağa hazırsanmı?

Səadət

- Bu nə sözdü, Rəşid? Əgər bilsəydin bura gəlib çıxanacan necə əzablar, zülmlər

aşmışam.

şid

- Sənsiz həyatın mənim üçün heç bir mənası yoxdur. Əgər başqa söz desəydin

bu qılıncı gözünün qabağındaca sinəmə sancar, ürəyimin qanıyla ayaqlarını yuyardım.

Səadət - Vaxt itirməyək, Rəşid. Ancaq bir şərtim var, Şamah da bizimlə getməlidir. Daha o

burda qala bilməz.



Əziz

- (Sevincək halda Rəşidin yerinə dillənir.) Əlbəttə, əlbəttə, sabah onu alıb oturacaqlar,

necə qaçdı, hara qaçdı, bəs sən hardaydın.

şid

- Getdik, dostlar. Allah bizə yar olsun. Gecənin qaranlığını, sakitləşmək bilməyən

bu tufanı dəf etməyə bizə qüvvə versin İlahi...
Çıxırlar.

Səhnə qaranlıqlaşır.


** ** **

Pərdə önü.

Rəşid və Səadət.
şid

- Ey mənim ruhum...

Sevimli Səadətim. Bir kəlmə sözümlə ana nəvazişindən,

ata qayğısından, ailə qucağından ayrılaraq gecənin qaranləğında, yağışda, tu-

fanda mənimlə belə ağır, dözülməz yollar aşıb gəldiyini, bütün həyatını mənə etibar etdiyini dərindən du-

yur və anlayıram.



Səadət

- Ah, əzizim Rəşid, ata-anamdan söz salma... onların adı gələndə o qədər məyus

oluram ki, az qala huşum başımdan çıxsın. O ki qaldı səninlə çəkdiyim əzab-

əziyyətə, sıxıntılara, bu barədə narahat olma, bilsən, onlar mənim üçün nə qədər xoşdur... Səninlə bir yer-

də olmaq bütün çətinlikləri, dərdləri unutdurur, mənə başqa bir cür sevinc və fərəh verir.

şid

- Görək də Əziz nə xəbərlə gəlir.Ümidvaram ki, hər şey qaydasınca olacaq. Tez-

liklə ata-ananla barışıq da edərik.
Elə bu an Əziz sevincək halda daxil olur.

əziz

- Mənim ağam, mənim ağam, təbrik edirəm sizi! Görün necə bir cavab gətirmi-

şəm! Baxın görək Kazım xan nə yazıb? (Məktubu uzadır.)

şid

- (Məktubu açıb oxuyur.) Adına və şəxsiyyətinə sayğılar bəslədiyim Rəşid bəy,

Sizin, Səadət xanımın, hətta öz oğlumun yanında da günahkar olduğumu bil-

dirirəm. Çünki mən oğlumu özündən iki dəfə yaşlı bir qızla evləndirmək fikrinə düşmüşdüm. Heç düşünmə-

mişdim ki, həmin qız bir başqasını sevir və həmin başqası tərəfindən sevilir. Öz düşünülməmiş hərəkətimə

görə üzr istəyirəm. Sizinlə barışıram. Göz dikdiyim yeganə oğlumdan, varisimdən məni məhrum etmək ix-

tiyarında ikən, onu mənə qaytarmağı təklif etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Kazım xan.

(Sevincək halda)

Çox sağ ol, Əziz, belə bir məktub gətirdiyin üçün. Mən inanırdım ki, Kazım xanın cava-

bı ancaq belə ola bilər. Gedim atamı muştuluqlayım. O bir daha öz xeyir-duasını vermişdi, ancaq bu məsə-

ləyə görə çox nigaran idi. Daha toya başlaya bilərik.



şamah

- (Xoş əhvalla daxil olur.) Mən də təbrik edirəm sizi! Bir xeyir xəbər də məndən.

Kazım xan bir məktub da Səadət xanımın ata-anasına göndərib, onlardan da üzr-xaqlıq

. edib


şid

- Ay Şamah, hardandı səndə belə gözəl xəbər?



şamah - Şamah bilməyən işə qurd düşər.
əziz

- (Süni bir şəkildə məyus görkəm alır.) Bütün qaranlıqlar arxada qaldı, hər şey aşkarlandı, ay-

dınlaşdı, yalnız... yalnız...

şid

- ( Gülümsəyir.) Yalnız nə, ay Əziz?




Əziz guya utanırmış kimi başını yerə dikir. Şamah da üzünü yana çevirib başını yerə dikir.

Hə, niyə susursunuz? Ay sizi... Narahat olmayın... Toy toya qatışacaq. Başqa nə cür olabilər ki? Xoşbəxtliyə qovuşmaq ürəkdən sevənlərin, həqiqi aşiqlərin əsil haqqıdır... Getdik.


Öndə Səadətlə Rəşid, arxalarinca Əziz və Şamah yavaş-yavaş səhnədən gedir.



son

Füzuli yavər



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə