Ayətullah Fazil Lənkərani



Yüklə 0,58 Mb.
səhifə65/109
tarix10.01.2022
ölçüsü0,58 Mb.
#108492
1   ...   61   62   63   64   65   66   67   68   ...   109

BU İRADİN CAVABİ


Bu iradın cavabında deməliyik ki, "Təthir" ayəsinin xüsusi bir dəstəyə, yəni Əhli-beytə xitab olmasında heç bir şəkk-şübhə yoxdur və bu məsələ kamil şəkildə təhqiq olunub sübuta yetmişdir. Bundan əlavə "Təthir" ayəsinin istidradi olması düzgün fikirdir və bəzi yanlış fikirlərin qarşısını alır.

"Təthir" ayəsi mötərizə cümləsidir və mötərizə cümləsinin də bəliğ (bəlağətli) və fəsih (söz ustası) olan adamların kəlamında danışıq üslubu ilə ziddiyyəti yoxdur. Biz də Quranın fəsahət və bəlağətin ən uca zirvəsində olmasına inanırıq. Quran da "Təthir" ayəsi kimi başqa ayələrdə də mötərizə cümlələrini işlədir. Həmin ayələrdən bəzilərini burada qeyd edirik:

فَلَمّاَ رَاَي قَمِيصَهُ قُدَّ مِنْ دُبُرٍ قاَلَ اِنَّهُ مِنْ كَيْدِكُنَّ اِنَّ كَيْدَكُنَّ عَظِيمٌ يُوسُفُ اَعْرِضْ عَنْ هذاَ وَاسْتَغْفِرِي لِذَنْبِكِ اِنَّكِ كُنْتِ مِنَ الْخاَطِئيِنَ

"Misrin padşahı Yusifin köynəyinin arxadan cırıldığını gördükdə, başa düşdü ki, xəyanət edən Züleyxadır. Padşah dedi: "Bu cür xaincəsinə iş yalnız qadınların hiyləsidir. Siz qadınlar çox hiyləgərsiniz. Yusif, sən onu bağışla! Sən, Züleyxa, Allahdan istə ki, günahını bağışlasın! Lakin, Züleyxa, bil ki, sən xətakar insanlardansan."49

Bu ayədə söz qadınların məkrli və hiyləgər olmasından başlanır və Züleyxanın günahkar olması bəyan edilməklə sona çatır. Amma bunların arasında mötərizə cümləsi də görünür: Yusif, sən onu bağışla!

قاَلَتْ اِنَّ الْمُلُوكَ اِذاَ دَخَلُوا قَرْيَةً اَفْسَدُوهاَ وَ جَعَلُوا اَعِزَّةَ اَهْلِهاَ اَذِلَّةً وَ كَذاَلِكَ يَفْعَلُونَ وَ اِنِّي مُرْسِلَةٌ اِلَيْهِمْ بِهَدِيَّةٍ فَناَظِرَةٌ بِمَ يَرْجِعُ الْمُرْسَلُونَ


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin