652. Allahın rəsulu (s): Hər kimin qadını ərini incitsə, Allah-təala o qadının namazını və heç bir yaxşı əməlini qəbul etməz. İstərsə, bütün ömrü boyu oruc tutsun (yenə də, ibadəti Tanrı dərgahında qəbul olunmaz). Amma ərinə yardım etsə, onu sevindirsə... (ibadəti qəbul olar.) Kişi də, öz həyat yoldaşına əziyyət versə və ona zülm etsə, qadın üçün zikr olunan eyni günah və əzab onun üçün də var.1
653. Allahın rəsulu (s): Allah-təala, ərini dili ilə narahat edən qadının heç bir (sədəqə verdiyi) malı, fidyəni və yaxşı əməli, əri ondan razı olmadığı müdddət, qəbul etməz. İstər gündüzlər oruc tutub, gecələr ibadətlə məşğul olsun, qul qzad etsin, cins atlarıı Allah yolunda (döyüşçülərə yollasın), yenə də, (cəhənnəm) oduna atılacaq. Qadınına zülm edən kişiyə də aiddir.2
654. Allahın rəsulu (s): Qadın ərini incitdikdə, ərinin behiştdəki gələcək həyat yoldaşları olan hurilər belə deyərlər: Allah səni öldürsün! Onu incitmə. O, sənin qonağındır və tezliklə səni tərk edib, bizim yanımıza gələcəklər.1
655. İmam Sadiq (ə): Üç şey insanın həyatını qaraldar: Zalım hökmdar, pis qonşu və acıdil qadın.2
656. İmam Sadiq (ə): "Lənətlənmişdir, məlundur, öz ərini incidən və onu qəmgin edən qadın. Xoşbəxtdir, xoşbəxtdir ərinə ehtiram qoyan, əziyyət verməyən və hər bir halda ona itaət edən qadın."3 2\3