Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov


Hədislər: 499. Allahın rəsulu (s)



Yüklə 2,04 Mb.
səhifə140/282
tarix17.02.2022
ölçüsü2,04 Mb.
#114516
1   ...   136   137   138   139   140   141   142   143   ...   282
Hədislər:

499. Allahın rəsulu (s): (Ailə) xərclərində mötədil olmaq, dolanışığın yarısı deməkdir. (Məişət xərclərinin yarısını təmin edir). Dostluq etmək, ağılın yarısıdır. Sualı yaxşı (doğru şəkildə) soruşmaq isə biliyin yarısı deməkdir.2

500. İmam Kazim (ə): Bu ayədə: "Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar."3 Orta yoldan məqsəd, "bəyənilmiş yol"dur.

Bu ayədə: "Qəbul olunmuş qayda üzrə, varlı öz imkanı daxilində, kasıb da gücü çatdığı qədər, yaxşılıq (ehsan) edənlərə layiq şəkildə onlara bir şey (mütə) versin!"4 –dən məqsəd isə ailəsinin böyüklüyü və onların ehtiyaclı olduğu xərc, nəzərdə tutulmuşdur. Necə ki, buyurulur: "Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər) 5"6



501. "Xisal": Məhəmməd ibn Əmr ibn Səid (İmamın (ə) səhabələrindən biri,) rəvayət edir: Əyyaşinin belə söylədiyini eşitdim: İmam Rzadan (ə) ailə xərclərimin nə qədər olmasının doğru olduğu haqda soruşdum. Buyurdu: "İki bəyənilməmişin arasında olmalıdır."

Dedim: Sənə qurban olum! Allaha and olsun ki, iki bəyənilməmişin nə olduğunu bilmirəm.



Buyurdu: Bəli, Allah səndən razı olsun! Bilmirsənmi ki, Allah-təala həm bədxərcliyin və həm də ki, xəsisliyin bəyənilməmiş hal olduğunu buyurub? Necə ki, buyurur: "Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar."1

502. "Əl-Kafi": Abdullah ibn Aban rəvayət edir: İmam Kazimdən (ə) ailə xərclərimin nə əndazədə olmasının doğru olduğu haqda soruşdum. Buyurdu: "İki bəyənilməmişin arasında olmalıdır; bədxərclik və xəsisliyin."2


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin