211. İmam Sadiq (ə): Əli (ə) və Fatimənin (ə) evlənməsi haqqında olan hədisdə buyurur: Əli (ə) belə rəvayət edir: Sonra Peyğəmbər (s) mənə buyurdu: "Ey Əli! Ailən üçün heysiyyətli, şərəfli bir yemək (qonaqlıq) hazırla." Ardınca buyurdu: "Ət və çörək bizdən, xurma və yağ sənin ğhdənə düşür."
Mən bir miqdar xurma və yağ aldım. Allahın rəsulu (s) qollarını çırmalayıb, xurmaları yağda qarışdırmağa başladı. Ondan halva hazırladı. Bizə kəsilmək üçün bir kök və yağlı qoç göndərdi. Bir miqdar da çörək yolladı. Sonra Allahın elçisi (s) mənə buyurdu: "Kimi istəyirsən qonaq çağır."
Mən məscidə getdim. Məscid səhabələrlə dolu idi. Bəzilərini qonaqlığa dəvət edib, bəzilərini çağırmamağa utandım. Elə buna görə də yaxınlıqdakı təpənin üzərinə çıxıb, belə səsləndim: Fatimənin qurbanlığına (qonaqlığına) gəlin! Camaat dəstə-dəstə gəlirdilər. Mən cəmiyyətin çox, amma yeməyin az olduğu üçün xəcalət çəkirdim. Peyğəmbər (s) mənim ürəyimdən keçənləri oxudu. Buyurdu: "Ey Əli! Allahdan bu yeməyə bərəkət istəyəcəyəm!"
Əli (ə) belə buyurur: Cəmiyyətin hamısı (dörd yüz nəfərdən çox), axırıncı nəfərə qədər, bizim hazırladığımız yeməkdən yedi, içdi və mənə dua edərək, getdilər. Amma yemək heç azalmamışdı. Peyğəmbər (s) siniləri ("bulud"ları) aldı və onları yeməklə doldurub, həyat yoldaşlarının evinə yolladı. Sonra isə bir sini götürüb ona da yemək qoydu və buyurdu: "Bu da, Fatimənin və onun həyat yoldaşının olsun."1
6\8
Dostları ilə paylaş: |