Ayətullah müRTӘzа müTӘHHӘRİ materiALİZMƏ YÖNƏLMƏNİN Əsas səBƏBLƏRİ Mürtəcim: Mirzə Rəsul İsamilzadə



Yüklə 396,36 Kb.
səhifə23/46
tarix05.01.2022
ölçüsü396,36 Kb.
#111717
1   ...   19   20   21   22   23   24   25   26   ...   46
«İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır! İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun».1

Yəni o doğru yolu və ya küfr yolunu seçməkdə azaddır.

Qurani-Kərim yenə deyir:
مَنْ كَانَ يُرِيدُ الْعَاجِلَةَ عَجَّلْنَا لَهُ فِيهَا مَا نَشَاءُ لِمَنْ نُرِيدُ ثُمَّ جَعَلْنَا لَهُ جَهَنَّمَ يَصْلَاهَا مَذْمُومًا مَدْحُورًا وَمَنْ أَرَادَ الْآخِرَةَ وَسَعَىٰ لَهَا سَعْيَهَا وَهُوَ مُؤْمِنٌ فَأُولَٰئِكَ كَانَ سَعْيُهُمْ مَشْكُورًا كُلًّا نُمِدُّ هَٰؤُلَاءِ وَهَٰؤُلَاءِ مِنْ عَطَاءِ رَبِّكَ ۚ وَمَا كَانَ عَطَاءُ رَبِّكَ مَحْظُورًا

«Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik. Sonra isə (axirətdə) ona Cəhənnəmi məskən edərik. O, (Cəhənnəmə) qınanmış, (Allahın mərhəmətindən) qovulmuş bir vəziyyətdə daxil olar! Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. Biz hamıya – onlara da, bunlara da Rəbbinin nemətindən veririk. Rəbbinin neməti (heç kəsə) qadağan deyildir».2

Bu Quranın məntiqidir. Qurani-Kərim, Allahın geniş qəza və qədəri ilə insan azadlığı arasında heç bir fərqliyi və ziddiyəti tanımır.

İstidlal və fəlsəfə baxımımından da bunların arasında heç bir ziddiyətin olmaması sübut edilmişdi.

Amma 20-ci əsrin filosofları belə xəyal edirlər ki, onların azad olmaları Tanrını inkar etməkdən asılıdır. Bunlar keçmişlə və müasir mühit ilə əlaqələrini qırıb bu qırıq iradə ilə gələcək talelərini qurmaq istəyirlər. Halbuki, Cəbr və ixtiyar məsələsi Allahı qəbul və ya qəbul etməmək ilə əlaqədar deyildir. Allahı qəbul etməklə insanın azadlığını qəbul etmək mümkündür, amma nəzərə elə gəlir ki, Allahı inkar etməklə insanın azad olduğuna şübhə yaratmaq olur. Yəni cəbrin kökü «səbəblik» sisteminə gedib çıxır ki, həm ilahi və həm də maddi filosoflar bunu deyirlər. Əgər səbəblik sistemi ilə insan azadlığı və ixtiyarı arasında ziddiyyət yoxdursa ki, - «həqiqətən bu ziddiyət yoxdur» - Allaha inanmaq, azadlığı inkar etməyə səbəb olmaz. «İnsan və onun taleyi» adlı kitabda bu məsələ barəsində geniş məlumat vermişik.

Burada qərb fəlsəfəsinin ilahiyyat məsələləri barəsində çaşdıqlarına aid bir neçə nümunə gətiririk.


Yüklə 396,36 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin