İXTİSASÇI OLMAYANLARIN DİN MƏSƏLƏLƏRİ BARƏSİNDƏ MÜDAXİLƏ EDİB NƏZƏR VERMƏLƏRİ
Bəzi yerlərdə bəzilər özlərini nəzər verməkdə haqlı bilirlər. Qədim zamanlara da gigiyena məsələləri barədə adət belə idi. Birisi xəstələndikdə başqaları onun xəstəliyi barədə müxtəlif nəzər verirdilər. Hərə bir təhər o xəstəyə dava-dərman edirdi. Hər kəs öz nəzərini irəli sürməkdə azad idi. Bəzən də elə olurdu ki, xəstə, nəzər verənə hörmət bəslədiyindən onun nəzərini həyata keçirmək məcburiyyətində qalırdı. Səhiyyə və sağlamlıq sahəsində ixtisascı bir həkimə və dava-dərman bilən və mahir bir kimsəyə çox da ehtiyac doyulmurdu. Sanki hamı özünü həkim kimi bilirdi. İndi də elə bəziləri belə fikirləşirlər. Dini məsələlər barədə də vəziyyət eyni idi. İndi də həmin vəziyyət davam edir. Hər kəs özünü bu məsələlər barədə nəzər verməkdə haqlı bilir.
Dini məsələlər, o cümlədən Allahşünaslıq və «tövhid» mövzuları ən dolaşıq məsələlərdəndir. Bu mövzular barəsində nəzər vermək hər bir yoldan ötənin səlahiyyətində deyildir. Əlbəttə, Allahşünaslığın əsas məsələləri ümumi xalqın iman gətirmələri miqdarında bəsit, sadə olaraq fitri bir məsələdir. Amma bir addım artıq atdıqda Allahın sifətləri, adları, işləri, qəza və qədər məsələləri ilə qarşılaşırıq ki, bu məsələlər olduqca çətin və mürəkkəbdir. Möminlərin ağası Həzrət Əli (ə)-ın deyimilə desək, «dərin dəniz kimidir ki, yalnız nəhəng balıqlar bu dənizin dərinliyində üzgüçülük edə bilərlər». Allah-Təalanın adlarını və sifətlərini araşdırmaq elə bir iş deyildir ki, hamının əlindən gələ bilsin. Halbuki, irəli sürür və mübahisə açırlar ki, bəzən bunların sözləri çox gülünc olur. Belə nəql edirlər ki, bir keşiş «Qayət və məqsəd» əslini (yəni dünya sistemi bir məqsədə doğru hərəkət edən sistemdir, dünya bir məqsədə doğru axmaqdadır) izah etməklə Allah-Təalanın hikməti, iradəsi və elmini sübut etmək istəyirdi. Əlbəttə bu barədə bildiyimiz kimi hər bir şeyin xilqətindən misal çəkmək olar. Amma keşiş bir qovunun (qıranın) üzərində olan cızıqları misal çəkib demişdir: «Qovunun üzərində olan müntəzəm cızıqların olması onu ədalət ilə uşaqların arasında bölmək üçündür». Yəni qabaqcadan kəsilmə müəyyən olunmuşdur.
Başqa bir misal çəkək:
Deyirlər bir nəfərdən soruşurlar: «Nə üçün Allah göyərçinə qanad vermişdir. Amma dəvəyə verməmişdir? Cavabda demişdir ki, dəvənin qanadı olsaydı, bizim üçün yaşamaq mümkün olmazdı. Çünki, dəvə qanadlanıb uçardı və bizim palçıqdan düzəlmiş evlərimizin üstünə qonub evimizi başımıza uçurardı».
Bir başqasından soruşdular: Allahın varlığına bir dəlilin varmı? Cavabda demişdir: «Əgər bir şey olmasaydı, xalq onun haqqında bir söz belə deməzdi».
Belə məntiqlərin həddən artıq zəifliyi materializmə yönəlişin digər bir səbəblərindəndir. Bəzi nadan kimsələrin İlahi hikmət, ədalət, qəza və qədər, iradə, məşiyyət, mütləq qadir və cəbr-ixtiyar, aləmin hadisliyi və qədimliyi (əzəli oluşu) qəbr, bərzəx, məad, behişt, cəhənnəm, sirat körpüsü, mizan-tərəzi, və bu kimi mövzular haqqında zəif məntiqlərlə nəzər dedikləri kimidir. (Amma bunu bilməlidirlər ki, o cahillərin dedikləri sözləri din də heç qəbul etmir.) Bu da materializmə yönəlmənin böyük bir səbəblərindəndir. Mərifət əhli üçün nə qədər kədərləndirici bir şeydir ki, nə Allahçıların və nə də materialistlərin nəzər və görüşlərindən xəbəri olmayan kimsələr dini təbliğat sisteminin, xüsusilə şiə təbliğatının anarxistliyi və hərc-mərcliyindən istifadə edib ixtisascı olmadığı sahədə müdaxilə edib zəif məntiqlərlə materializmin rəddinə dair kitablar yazdılar. Bu kitablarda bir sıra tartan-partan sözlər yazılmışdır ki, olduqca gülünc və utandırıcıdır. Aydındır ki, belə azdırıcı və təbliğatlar meterializmin xeyrinə qurtarır. Çağdaş əsrimizdə yayılan belə kitablar barəsində çox misal çəkmək olar.
Dostları ilə paylaş: |