Şübhəsiz ki,bütün insanlar xoşbəxtliyi və kamilliyi sevir və daim ona çatmaq arzusunda yaşayırlar.Bu yerdə Ustad Şəhid Mürtəza Mütəhhərinin bir sözünü sizlərə çatdırmaq istərdim.Ustad insanın öz kamilliyini və xoşbəxtliyini sevməsini bir gül toxumuna bənzədir:(Təbii ki,bir çoxumuz gül toxumu görmüşük və o toxumu torpağa əkilməsini ve cücərməsini seyr etçişik.Bu zaman ilk öncə torpaqdan kiçik bir cücərti verdiyini görərik,daha sonra o kiçik cücərti bir az böyüyüb tikanlı bir kol olar,zaman keçdikdə həmin kol gözəl bir təravətli gül açar və nəhayətdə o gül təravətini itirər və sonda həmin ki,əkdiyimiz toxuma çevrilər.İnsanda eynən bu cür öz kamilliyinin və xoşbəxtliyinin vurğunudur).
Bu böyük səadətə nail olmanın nəfsin saflaşdırılması vətərbiyələndirilməsi,yəni rəzil əxlaqi sifətləri özündən uzaqlaşdırıb,bəyənilmiş keyfiyyətləri özündə yaratmalıdır.Allahın(c.c) göndərdiyi Peyğəmbər və övliyyalar da bu yolla getmiş və bəşəriyyəti bu yola dəvət etmişdir.
Həzrət Əli (ə) da nəfsin təlim və tərbiyəsində qətiyyətli olmağı xoşbəxtliyin açarı hesab edərək buyurur:”Fərz edək ki,əgər bizim behiştə getmək ümidimiz və cəhənnəm əzabından qorxumuz olmasaydı belə,yenə də əxlaqı saflaşdıma yolunu tutub,nəfsimizi çirkiniklərdən paklaşdırmağın yeri vardır.Çünki səadəti yalnız və yalnız bu yolla əldə etmək olar.”(Mişkatül-ənvar. səh-243,Biharül-ənvar.cild-66.səh-405)
“Əxlaq” kəlməsi “xülq” sözünün cəmi və “xülq” də insanın daxili şəkli mənasıdır.Bunun müqabilində olan “xəlq” sözü isə əşyanın zahiri şəkli mənasında işlənmişdir.İnsanda olan daxili keyfiyyətlər əxlaqdır.İnsanlarda müşahidə olunan hər bir əməl və rəftar da əxlaq və əxlaqi rəftar adlanır.
“Xəlq” və “xülq” sözü ərəb mənşəli olub,eyni kökdən götrülmüşdür.Lakin,məna etibarı ilə bu sözlər bir-birindən fərqlənir.
Əxlaq alimləri insanın nəfsani sifətlərini iki hissəyə bölmüşlər;
1) Fitri;
2) Təbii.(İktisabi (kəsb edilmiş,qazanılmış və ya ixtiyari)).
Ftri sifətlər insanın nəfsani qüvvəsində zatən yaradılmış keyfiyyətlərdir.Onları əldə etməklə iradənin və əməlin heç bir rolu yoxdur.Məsələn,buna Allahaxtarma,irfan,təbii his (metafizika),maraq hissi,haqqsevərlik,başıucalıq və alıaçıqılıq,əql,şəhvət,qəzəb və bu kimi daxili hisslər.İnsanın daxili xüsusiyyətlərindən hesab edilən belə hisslər əslində ona əta olunmuş,onu zati və nəfsani qüvvəsi mərhələsində insanı başqa canlılardan ayıran bir imtiyazdır.
İktisabi sifətlər isə əməl və ixtiyar mərhələsində tədriclə qazanılan,fitri sifətlərdən faydalanaraq insan üçün bir nəticə verən xüsusiyyətdir.Əgər fitri istedadlardan və qabiliyyətlərdən düzgün istifadə olunmasa,iktisabi sifətlər də pis olacaqdır.
Hər halda,əxlaqi keyfiyyətlərə yetişmək üçün elmi,əməli təcrübə və daim öz üzərində çalıçmalar lazımdır.Bunun üçünsə, gərək biz rəzil (alçaq) sifətləri tanıyaq və insan şəxsiyyətinin həqiqi məqamlarəndan hali olaq.Bundan sonra isə nəfsi-əmmarə (pis işlərə sövq edən qüvvə) ilə mübarizə aparaq.Bunun üçün gərəkdir biz öz nəfsimizi daim təlim-tərbiyə edək.
Peyğəmbərlərin ən böyük və əsas hədəfi insanların nəfslərini aludəliklərdən, rəzil sifətlərdən saflaşdırıb onların ruhunu pərvəriş vermək, çiçəkləndirməkdir. Allah-taala Qur`ani Kərimdə buyurub: “Allah mö`minlərə minnət qoyaraq onların arasından özlərindən olan bir peyğəmbəri seçdi ki, Allahın ayələrini onlara tilavət etsin, onların nəfslərini, ruhıarını (aludəliklərdən və rəzil sifətlərdən) saflaşdırsın, onlara kitab və hikmət öyrətsin, həqiqətən (çünki) əvvəllər onlar azğınlıqda idilər” (“Ali-Imran” surəsi, ayə…164).
Tə`lim və tərbiyə məsələsi o qədər mühüm bir işdir ki, bu peyğəmbərlərin göndərilməsinin əsas hədəfi olmuşdur. Mütəal Allah da bu barədə Öz bəndələrinə minnət qoymuşdur. İnsanın fərdi və ictimai şəxsiyyəti, dünyadakı və ya axirətdəki səadəti, yaxud xoşbəxtliyi özünün şəxsiyyətini necə qurmasına bağlıdır. Məhz buna görə də insan üçün nəfsin, ruhun saflaşdırılması müqəddəratı həll edən bir məsələ hesab olunur. Peyğəmbərlər məhz buna görə göndərilmişlər ki, insanlara nəfsin təmizlənməsi, pərvəriş verilməsi və təkmilləşdirilməsini öyrətsinlər, bu həyati işdə insanların köməkçisi olub onlara düzgün yol göstərsinlər. Peyğəmbərlər insanların nəfslərini çirkin əxlaqlardan, rəzil xüsusiyyətlərdən və heyvani sifətlərdən paklaşdırmaq, onlarda gözəl, əxlaqi fəzilətləri və insani keyfiyyətləri gücləndirmək üçün göndərilmişlər. Peyğəmbərlər insanlara nəfsin saflaşdırılması dərsini vermək, çirkin əxlaqları tanıtmaq, nəfsani istəkləri və meylləri cilovlamaq yolunda onlara kömək etmək, onları ilahi əzabdan qorxutmaqla nəfslərini pis işlərdən, çirkinliklərdən təmizləmək üçün göndərilmişlər. Peyğəmbərlər gəlmişlər ki, insani keyfiyyətləri və əxlaqi səciyyələri onların nəfslərində aşılayıb pərvəriş versinlər, çiçəkləndirsinlər, yaxşı işlərə təşviq etməklə, rəğbətləndirməklə onlara köməkçi olsunlar.
Peyğəmbəri Əkrəm (s) buyurmuşdur: “Sizi gözəl əxlaqlara tövsiyə edirəm; Allah məni həmin məqsədlə göndərmişdir.”(“Biharul-ənvar”, 69-cu cild, səh.375)
Başqa bir hədisdə buyurur: “Mən buna görə məb`us olmuşam ki, nəfslərdə gözəl əxlaqları tamamlayam.” (“Müstədrəkul-vəsail”, 2-ci cild, səh.282)
Axı Allah (c.c) bizi çox üstün qərar vermişsə biz niyə öz qədir və qiymətimizi bilməyək və Ona,layiq olmayaq?
Hikmətli Allah Qur`ani Kərimdə insanın yaradılışını belə vəsf edir: “Biz insanı palçığın xülasəsindən yaratdıq, sonra onu nütfə halına salaraq möhkəm bir yerdə (atanın sülbündə və ananın bətnində) qərar verdik. Sonra nütfəni ələqə və ələqəni yumşaldılmış ət halına saldıq, o əti sümüyə döndərdik, sonra o sümükləri ətlə örtdük. Daha sonra təzədən (mələkuti, mücərrəd ruh verməklə) digər bir xilqət inşa etdik. Yaradanların ən yaxşısının kamil qüdrətinə afərin!”( “Mö`minun” surəsi, 12-14)
Məhz insanın yaradılışı barəsində Allah-taala buyurur: “Təbarəkəllahu əhsənul-xaliqin.” Məhz bu mələkuti ruh səbəbi ilə insan elə bir yüksək məqama çatır ki, Allah mələklərə səcdə etmək əmrini verib buyurur: “Adəmi yaradıb (Özümə mənsub olan) ruhdan ona verdikdə, siz ona tərəf səcdə edin!” (“Hicr” surəsi, ayə:29) İnsan Allah tərəfindən ehtirama layiq görülür və onun barəsində buyurulur “Biz Adəm övladlarını əzizlədik, onları quruluqların və dəryaların miniyinə səvar etdik, hər bir ləzzətli və pakizə yeməklərdən onlara ruzi verdik və onu məxluqatın çoxundan üstün etdik.” (“Isra” surəsi ayə:70) Bu yüksək məqam da məhz onun mələkuti ruhuna görədir.
Deməli insan öz nəfsini saflaşdırmaq və həqiqi insan olmaq istəyirsə onda, heyvani və cismani “öz”ünü yox, insani “öz”ünü pərvəriş verməlidir. Peyğəmbərlərin hədəfi də bu olmuşdur ki, insana, onun insani yönünün qurulmasında və pərvəriş verilməsində kömək etsin.