Hipertrofiya və Hİperplaziya toxuma və ya orqanm həcminin böyüməsi hipertrofiya



Yüklə 32,41 Kb.
səhifə1/10
tarix10.01.2022
ölçüsü32,41 Kb.
#106480
  1   2   3   4   5   6   7   8   9   10

Toxuma inkişafı patologiyasının müasir cəhətləri (hipertrofiya,hiperplaziya,metaplaziya,regenerasiya,degenerasiya,atrofiya,apoptoz və şişlər).

HİPERTROFİYA VƏ HİPERPLAZİYA

Toxuma və ya orqanm həcminin böyüməsi hipertrofiya adlanır (hyper - artıq, tropheo - qidalanma). Adətən hipertrofıyaya uğrayan toxuma və orqamn kütləsi artır və funksiyası qüvvətlənir. Hipertrofi-ya zamam toxumanı təşkil edən hüceyrələrin həcmi artır. Bəzi hallar-da toxumaların həcmi hüceyrələrin saymm sürətlə artması hesabma (hüceyrə bölünməsi sayəsində) böyüyür. Buna hiperplaziya deyilir. Toxumalarm hipertrofıyası bir qayda olaraq, hiperplaziya ilə müşa-yiət edilir. Lakin bəzi hallarda hipertrofiya yalnız hüceyrədaxili orqa-noidlərin artması ilə məhdudlaşır, nəticədə hüceyrələrin sayı artmır,

həcmi isə böyüyür.

Etioloji amillərinə görə, hipertrofiyanm bir neçə növü ayırd edilir: 1) iş hipertrofiyası; 2) əvəzedici (vikar) hipertrofiya; 3) regenerasion hipertrofiya; 4) korrelyasion hipertrofıya.

Toxuma və ya orqanm gərgin fəaliyyəti ilə əlaqədar olan hiper-trofiyaya iş hipertrofiyası deyiür. Hipertrofiyanın bu növünü fizioloji hallarda da müşahidə etmək olar. Bunlara idmançılarda və gərgin fi-ziki işlə məşğul olan şəxslərdə ürəyin və skelet əzələlərinin hipertrofi-yasını, hamiləlik dövründə uşaqlığm saya əzəİə liflərinin, laktasiya dövründə süd vəzilərinin böyüməsini misal göstərmək olar. Xəstəlik şəraitində bəzi orqanlarda törənən qüsurlar onlarm fəaliyyətinin art-ması hesabma kompensasiya olunur. Bu şəraitdə patoloji iş hipertro-fiyası (kompensator hipertrofiya) inkişaf edir. Hipertrofiyamn bu nö-vünə ürək əzələsində, həzm və sidik ifrazı sistemlərində təsadüf etmək olar. Cüt orqanlardan birinin fəaliyyəti xəstəlik nəticəsində zəiflədik-də və ya onlardan biri operativ yolla orqanizmdən xaric edildikdə di-gər orqanm fəaliyyəti qüvvətlənir. Belə hallarda gərgin fəaliyyət gös-tərən orqan hipertrofiyaya uğrayır. Buna əvəzedici və ya vikar hiper-trofiya deyihr. Patogenetik cəhətdən əvəzedici hipertrofiyam iş hiper-trofıyasmm bir növü hesab etmək olar. Çünki, o, orqanizmin pozul-muş funksiyalarmm kompensasiyasma yönəlmiş reaksiyalar sayəsin-də inkişaf edir. Cüt orqanlardan biri (məsələn, böyrək) orqanizmdən kənar edildikdə ilk günlər orqanizmdə həmin orqanm fəaliyyətinin pozulması üçün səciyyəvi olan əlamətlər müşahidə edilir. Zaman keç-dikcə, hipertrofiyaya uğrayan orqamn fəaliyyəti qüvvətlənir. Lakin o, heç vaxt 2 orqanm biriikdə gördüyü qədər iş görə, bilmir. Həmin or-qan hipertrofiyaya uğradıqdan sonra onun kütləsi iki orqanm ümumi kütləsinin 60-80%-nə çatır. O, operasiyadan əvvəl hər iki orqanm bir-likdə gördüyü işin 60-70%-ə qədərini görə, bilir. Regenerasion hiper-trofiya da patogenetik cəhətdən vikar hipertrofiyaya oxşardır. Rege-nerasion hipertrofıya dedikdə, bir hissəsi operativ yolla orqanizmdən kənar edilmiş orqanm (qaraciyər, mədəaltı vəzi, dalaq və s.) sağlam hissəsinin böyüməsi nəzərdə tutulur. Belə hallarda orqanlar hüceyrəvi elementlərin sürətlə artması sayəsində böyüyür. Bir-birüə funksional əlaqəsi olan orqanlardan birinin fəaliyyəti dayandıqda (və ya orqan operativ yolla orqanizmdən xaric edildikdə) digər orqan hipertrofi-yaya uğrayır. Buna korrelyasion (əlaqəli) hipertrofiya deyilir. Qalxa-nabənzər vəzi çıxarıldıqdan sonra hipofizin ön paymm böyüməsi kor-relyasion hipertrofiyaya misal ola bilər.

Toxumanm parenximatoz elementlərinin və ara maddəsinin inki-şaf xüsusiyyətlərinə görə, həqiqi və yalançı hipertrofiyalar ayırd edi-lir. Həqiqi hipertrofiya zamanı orqan və ya toxumanm parenximatoz elementlərinin həcmi böyüyür (məsələn, miokardiositlər, vəzi hüceyrə-ləri və s.) bəzən orqanlarm həcmi hüceyrəarası maddənin və piy hü-ceyrələrinin həddindən artıq inkişafı sayəsində böyüyür, spesifik hü-ceyrələr isə atrofıyaya uğrayır. Buna yalançı hipertrofiya deyilir. To­

xuma və orqanlarm səthinə düşən mexaniki təzyiqin azalması nəticə-sində onlarm həcminin böyüməsi yalançı hipertrofiyalara aiddir.

Hipertrofiyanm orqanizm üçün böyük əhəmiyyəti vardır. Bu pro-ses zədələnmiş toxuma və orqanlarm fəaliyyətinin kompensasiyasma şərait yaradır. Lakin iltihab və neyrohumoral pozğunluqlar nəticəsin-də meydana çıxan hipertrofiyalar orqanizmə zərər vura bilər. Bəzən onlar şişlərin inkişafma səbəb olurlar.




Yüklə 32,41 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin