Ekspansiv üsulla böyüyən şişlərə xoşxassəli, infiltrativ üsulla böyü-yən şişlərə isə bədxassəli şişlər deyilir. Xoşxassəli şişlərdə yeni yara-nan hüceyrələr ilkin çoxalma ocağınm ətrafmda bərabər səviyyədə yerləşir. Onlar sağlam toxumalardan kəskin sərhədlə ayrılır və böyü-dükcə ətraf toxumaları sıxırlar (ekspansiv böyümə). İnfiltrativ üsulla böyüyən şişlərin hüceyrələri ayrı-ayrı qruplar şəklində ətraf toxuma-ların dərin qatlarına nüfuz edir. Onlar toxumalararası boşluqlar, ya-rıqlar, sinir və damar yataqları vasitəsilə ətrafa yayılır və orqanlarm tamhğım pozurlar. Bu şişlərin aydm nəzərə çarpan hüdudları olmur. Onları operativ yolla orqanizmdən tamamilə təcrid etmək çox çətin-dir. Bu şişlərdə olan hüceyrələr qruplar şəklində aynlaraq, limfa və qan dövranı vasitəsilə başqa orqanlara keçə bilir (metastaz).
Şişlərin təsnifatı və nomenklaturası. Şişlər klinik gedişi-nə görə, 2 qrupa bölünür: 1) xoşxassəü və 2) bədxassəli. Bəzi hallarda xoşxassəli şiş bədxassəliyə çevrilə bilir. Bu proses maliqnizasiya adla-nır. Bəd- və xoşxassəli şişlər bir-birindən toxumalarmm xassələrinə və inkişaf üsullarma görə fərqlənir. Onların əsas fərqi aşağıdakılardır:
Bədxassəli şişlərdə həm toxuma, həm də hüceyrə atipiyası müşa-hidə edilir. Yəni şiş toxumasmm strukturu adi toxumalardan fərqlə-nir və o, yetişməmiş hüceyrələrdən ibarət olur. Xoşxassəli şişlərdə yal-nız toxuma atipizmi olur. Yəni onlann hüceyrəİəri normal hüceyrələ-rə bənzəyir, İakin toxuma quruluşları adi toxurnalardan fərqlənir;
Xoşxassəli şişlər normal toxumadan kapsulla aynlır, bədxassəli şişlərdə isə kapsul olmur;
Bədxassəli şişlər infiltrativ, xoşxassəlilər isə ekspansiv üsulla bö-yüyür. Yəni bədxassəh şişlər toxumalarm arasına kök atır, xoşxassəli-lər isə böyüdükcə sağlam toxumalan srxışdırır, lakin onlarm daxili qatlarma nüfuz etmir;
Xoşxassəli şişlərdə maddələr mübadiləsi sağlam toxumalarda-kmdan fərqlənmir, bədxassəlilərdə isə mübadilə təhrif olunmuş yolla gedir;
Bədxassəli şişlərin metastaz vermək qabiliyyəti vardır, xoşxassə-lilər isə metastaz vermir. Çünki, xoşxassəli şişlərdə hüceyrələr bir-biri-lə möhkəm birləşir və şişin kapsulu bu hüceyrələrin kontakt yolu ilə ətraf toxumalara keçməsinə mane olur;
Bütün şişlər residiv verə büər (yəni cərrahi yolla müalicədən son-ra şişin yerləşdiyi nahiyədə yenidən eyni xassəli şiş yarana bilər). La-kin xoşxassəli şişlərin residivlərinə az təsadüf edilir;
Bədxassəü şiş orqanizmi kaxeksiyaya uğradır, xoşxassəli şiş olaıı orqanizmdə kaxeksiya yaranmır. Xoşxassəli şişlər orqanizmə toksik təsir göstərmir. Onların orqanizmə göstərdikləri zərərli təsir ətraf to-xuma və orqanlarm sıxılması ilə əlaqədardır. Buna görə, xoşxassəli şişlərin nəticələri prosesin lokalizasiyasmdan asıhdır. Həyat üçün yüksək əhəmiyyətli orqanlarm (xüsusən beynin) xoşxassəli şişləri tez-liklə orqanizmin məhvinə səbəb olur. Deməli, bu şişlər histoloji cəhət-dən xoşxassəli olsalar da, orqanizmə təsirlərinə görə, bədxassəlidir.
Bəzi şişlərin xüsusi adları vardır. Məsələn, epitel toxumasımn bədxassəli şişləri xərçəng və ya karsinoma adlanır; birləşdirici toxumanm bədxassəli şişi-nə sarkoma deyilir. Bəzi şişlərin adı yarandığı toxuma və ya orqanm admdan götürülmüşdür (meningioma, lıepatoma, timoma və s.)