Tələbə Səfiyev Ülfət Qrup



Yüklə 1,19 Mb.
tarix22.03.2022
ölçüsü1,19 Mb.
#114934
Səfiyev Ülfət 527.21 Fizika


Tələbə
    • Səfiyev Ülfət

Qrup
    • 527.21

Fakültə
    • Energetika

Fənn
    • Fizika

Müəllim
    • Kərimov Elçin

Mövzu

Harmonik rəqslərin kinematika və dinamikası

Təbiətdə və texnikada zamandan asılı olaraq bu və ya digər dərəcədə təkrarlanan hərəkətlərə tez-tez təsadüf edilir. Belə hərəkətlər rəqsi hərəkət adlanır.

Təkrarlanan hərəkətə misal olaraq saat rəqqasının hərəkətini, radioqəbuledicinin rəqs konturunda kondensatorun köynəkləri arasındakı gərginliyin zamandan asılı olaraq dəyişməsini, kamertonun ayaqlarının rəqsini və s. göstərmək olar.

Təkrarlanan proseslərin fiziki təbiətindən asılı olaraq rəqslər: mexaniki, elektromaqnit, elektromexaniki və s. ola bilər. Burada biz ancaq mexaniki rəqsləri öyrənməklə kifayətlənəcəyik.

Rəqsi hərəkətlər zamanı cismin hərəkət halı bərabər zaman fasilələrində eynilə təkrar olunursa, belə hərəkətlər periodik hərəkətlər adlanır.

Periodik hərəkətlər içərisində ən geniş yayılanı harmonik rəqsi hərəkətdir. Harmonik rəqsi hərəkət elə hərəkətə deyilir ki, bu hərəkət zamanı cismin tarazlıq vəziyyətindən olan yerdəyişməsi sinus və ya kosinus qanununa tabe olur.

Fərz edək ki, çevrə boyunca hər hansı bir B nöqtəsi bərabərsürətlə hərəkət edir. Bu zaman nöqtənin çevrənin CE diametri üzərindəki proyeksiyası (şəkil 9.1) O nöqtəsi ətrafında harmonik rəqs edir. O nöqtəsi rəqsi hərəkət edən nöqtənin tarazlıq mərkəzi adlanır. OM=x, yəni tarazlıq mərkəzindən olan məsafə yerdəyişmə adlanır

Harmonik rəqsi hərəkət qaytarıcı qüvvənin təsirindən baş verdiyindən, bu qüvvə F=-kx  şəklində yerdəyişmə ilə mütənasibdir. Qaytarıcı qüvvə elastiki deformasiya zamanı meydana çıxan elastiki qüvvələrinə oxşadığından ona kvazielastiki qüvvə də deyirlər. 

Faza-rəqs başlayan andan periodun neçədə bir hissəsinin keçdiyini göstərən kəmiyyət olub, maddi nöqtənin rəqs halını xarakterizə edir. Harmonik rəqsi hərəkətə misal olaraq, rəqqasların hərəkətini göstərmək olar.

Zaman keçdikcə, müqavimət qüvvələrinin təsiri nəticəsində amplitudu kiçilən rəqslərə sönən rəqslər deyilir. Sönən rəqslərin amplitudunun azalma qanunu müqavimət qüvvələrinin xarakterindən asılıdır. 

 Rəqqası tarazlıq vəziyyətindən çıxarıb, sərbəst buraxsaq o, müəyyən müddətdən sonra dayanar. Rəqqasın bu cür rəqsləri məxsusi (sərbəst) rəqslər, onların tezliyi isə məxsusi tezlik adlanır.

Sönən rəqsin tənliyini çıxarmaq üçün rəqsi hərəkətin yaranmasına səbəb olan qüvvələri və müqavimət qüvvəsini yazıb cəmləmək lazımdır. Nisbətən kiçik sürətlərdə müqavimət qüvvəsi hərəkətin sürətilə mütənasib olur. 

Ədəbiyyat: https://unec.edu.az/application/uploads/2015/07/ Fizika-1-CAVAB-KOLL.pdf https://unec.edu.az/application/uploads/2015/01/fizika2211.pdf

İzlədiyiniz üçün təşəkkürlər.


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin