Hipertrofiya və Hİperplaziya toxuma və ya orqanm həcminin böyüməsi hipertrofiya


Şişlərin metastazvermə qabiliyyəti



Yüklə 32,41 Kb.
səhifə9/10
tarix10.01.2022
ölçüsü32,41 Kb.
#106480
1   2   3   4   5   6   7   8   9   10
Şişlərin metastazvermə qabiliyyəti. Bədxassəli şiş hüceyrəiərinin ümumi toxumadan ayrılıb, başqa orqaniara keçmək və yeni şişlər tö-rətmək qabiliyyəti vardır. Bu yolla yaranan şişlərə metastazlar deyilir. Şiş hüceyrələri 3 yolla metastaz verə bilir: 1) hematogen; 2) limfogen; 3) toxuma yolu (yəni toxumaarası sahələr vasitəsilə bir nahiyədən digə-rinə və ya bir-birilə təmasda olan orqanlarm birindən digərinə).

Metastazlar limfogen yolla daha çox yayıhr. Buna görə, onlara re-gionar limfa vəzilərində tez-tez təsadüf edilir. Məsələn, süd vəzisi xər-çənginə tutulmuş adamda ilk metastazlar döş əzələlərinin arasmda və qoltuqaltı çuxurun limfa vəzilərində əmələ gəlir; alt dodağm xərçəngi çənəaltı limfa vəzilərinə daha çox metastaz verir. Şiş hüceyrələri limfa və qan damarları vasitəsilə embollar şəklində yayılır. Lakin bu em-bollarm hamısı metastaza çevrilmir (çox hissəsi tələf olur). Onlarm metastaza çevrilməsində həm şiş hüceyrəİərinin xassəİərinin, həm də orqanizmin reaktivliyinin rolu vardır. Emboİ metastaza çevrilmək üçün ilk növbədə damar divarma daxil olmaiıdır. Adətən diferensiasi-ya dərəcəsi aşağı olan şiş hüceyrələri damar divarmdan daha asanlıq-la keçir. Metastazlarm inkişafmda şiş embollarmm damar divarma yapışmaq qabiliyyətinin də müəyyən əhəmiyyəti vardır. Böyük həcmli şiş embolları xırda damarlarda ilişib qalır. Bundan əlavə, şiş və endo-tel hüceyrələrinin səthlərində olan mukoprotein təbəqələri onlarm bir-birinə yapışmasmı asanlaşdırır. Şiş emboüarı damar divarlarma yapışmaqla qanm hərəkətini ləngidir. Bunun nəticəsində damarlarm daxilində tromb əməiə gəlir. Fibrin lifləri şiş hüceyrələrini damar di-varına daha da möhkəm yapışdırır və metastazlarm inkişafına şərait yaradır. Metastazlann yarannıası həm də şiş hüceyrəsinin düşdüyü orqan və ya toxumanm vəziyyətindən, yəni onun şişə qarşı nə dərəcə-də müqavimət göstərməsindən asıhdır. Buna görə, dalaqda metastaz-lar nisbətən çətinliklə inkişaf edir; əzələlərin daxilində də xərçəng me-tastazlarma az təsadüf edilir. Çox vaxt müəyyən bir nahiyənin şişi se-çici surətdə bəzi orqaniara daha asanlıqla metastaz verir. Məsələn, döş, prostat və qalxanabənzər vəzilərin şişləri regionar limfa düyünlə-rinə və sümüklərə, ağciyər xərçəngi isə beynə və böyrəküstü vəzilərə daha asanhqla metastaz verir. Metastazm əmələ gəlməsində şiş em-bollarmm tərkibindəki hüceyrələrin saymm da müəyyən rolu vardır. Eksperimental yolla müəyyən edilmişdir ki, eyni nəsildən olan siçan-larm birindən digərinə süd vəzisi xərçəngi köçürmək üçün ən azı 10 min xərçəng hüceyrəsi götürülməlidir. Deməli, şiş embolunun şişə çev-rilməsi üçün onun tərkibində müəyyən minimal miqdarda hüceyrə ol-malıdır.

Şişin inkişaf prosesində əldə etdiyi bütün dəyişikliklərin cəmi


Yüklə 32,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin