Az ərbaycan Respublikasında telekommunikasiya V ə informasiya texnologiyalarının inkişafına dair Strateji Yol X



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə6/62
tarix26.11.2023
ölçüsü1,61 Mb.
#136506
1   2   3   4   5   6   7   8   9   ...   62
Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi

3. MÖVCUD VƏZİYYƏTİN TƏHLİLİ
 
3.1. Telekommunikasiya v
ə informasiya texnologiyaları üzrə 
mövcud v
əziyyət 
Az
ərbaycanda informasiya və telekommunikasiyanın (bundan sonra – İKT) 
inkişafı istiqamətində görülmüş tədbirlər bir sıra perspektiv irəliləyişlərə yol açmışdır. 
Bel
ə ki, Azərbaycanda ilk telekommunikasiya peyki orbitə çıxarılmış, yüksəksürətli 
genişzolaqlı şəbəkə xidmətlərindən istifadə səviyyəsi iki dəfədən çox artırılmış və 
genişzolaqlı şəbəkələr üzrə göstərilən xidmətlərin qiyməti 2009-cu ildən 2012-ci ilədək 
8,7 d
əfə azalmışdır.
3
Bu prosesl
ərin nəticəsi kimi, Azərbaycan İKT üzrə gələcək 
perspektiv
ə görə Dünya Bankının sıralamasında dünya ölkələri arasında ilk onluqda 
q
ərarlaşmışdır.
4
Göst
ərilən perspektivə nail olmaq üçün Azərbaycanda İKT üzrə bir 
sıra sahələrdə, xüsusən də telekommunikasiya sektorunda təkmilləşdirmə imkanları 
vardır. Bundan əlavə, İKT-dən ölkədə biznes və dövlət xidmətlərinin məhsuldarlığının 
v
ə səmərəliliyinin artırılması məqsədilə də istifadə edilə bilər.
Az
ərbaycanda telekommunikasiya üzrə mövcud tənzimləmə çərçivəsi 
Az
ərbaycanda telekommunikasiya üzrə tənzimləmə çərçivəsi bazarın həm İKT 
t
əminatçıları (provayderlər), həm də istehlakçılar və şirkətlər nöqteyi-nəzərindən 
özün
əməxsus çətinlikləri nəzərə alınmaqla, yenidən işlənə bilər.
İKT təminatçıları baxımından əsas prioritet bazar iştirakçıları arasında sağlam 
r
əqabət mühitinin yaradılmasıdır. Hazırda sabit genişzolaqlı şəbəkənin böyük hissəsi 
az sayda şirkətlərdə cəmləşmişdir. Bu bazar iştirakçıları öz bazar paylarını 2012-ci ildə 
49 faizd
ən 2015-ci ildə 66 faizədək artırmışdır. Həmçinin ölkədə beynəlxalq şlüzlərin 
80-90 faizi il
ə əlaqə üçün lisenziyalara sadəcə iki provayder nəzarət edir.
5
Dövl
ət 
mülkiyy
ətində olan bir bazar iştirakçısı “Trans-Avrasiya Super İnformasiya Magistralı” 
(TASİM) və FTT-X 
(“fiber to the X point”)
layih
ələri üzrə tədbirlər görməyi planlaşdırır. 
İstehlakçı və şirkətlər nöqteyi-nəzərindən genişzolaqlı şəbəkənin sürəti, çıxış 
imkanları və əhatə dairəsi İKT arxitekturasının inkişafında prioritet imkanlardır. 
“Akamai” şirkətinin “State of the Internet” beynəlxalq hesabatına əsasən, 2015-ci ildə 
Az
ərbaycanda bir istifadəçinin beynəlxalq şəbəkəyə orta qoşulma sürəti 3,6 
Mbit/saniy
ə təşkil etmişdir ki, bu da dünya üzrə orta göstəricidən (5,6 Mbit/saniyə) 
aşağıdır (şəkil 4). LTE standartlı əhatə dairəsi, əsasən, Bakı şəhəri və Abşeron 
rayonunu 
əhatə edir. Bundan əlavə, LTE şəbəkələri üçün cəmi 1800 MHs tezlik 
spektri ayrılmışdır ki, bu da kənd yerlərində əhatəni məhdudlaşdırır. Bu baxımdan, 
h
əm iştirakçı lisenziyalarının verilməsi, həm də tezlik spektrinin daha səmərəli 
bölgüsü m
əsələsinə baxıla bilər.
Hazırda ölkədə 39 telekommunikasiya xidmətləri göstərən müəssisə (48 
provayder) f
əaliyyət göstərir. Ölkədə sabit genişzolaqlı internetə qoşulmaların 49 faizi 
mis telefon x
ətləri vasitəsilə təmin edilir. 
3
M
ənbə: Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 
4
M
ənbə: Dünya İqtisadi Forumu
5
M
ənbə: “TeleGeography” 


12 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin