İnformasiyanın kodlaşdırılması Bayramov SeyfullstrreplN



Yüklə 16,12 Kb.
səhifə1/2
tarix02.10.2023
ölçüsü16,12 Kb.
#129625
  1   2
İnformasiyanın kodlaşdırılmas1 Seyfulla


İnformasiyanın kodlaşdırılması

Bayramov Seyfulla

P L A N
1.İnformasiyanın kəmiyyətcə ölçülməsinin nəzəri əsasları
2.İnformasiya kodlaşdırma nəzəriyyəsinin vəzifələri

İnformasiyanın kəmiyyətcə ölçülməsinin nəzəri əsasları
İnformasiya anlayışı və onun süni və təbii sistemlərdə oynadığı rol birdən-birə dərk edilməmişdir. Bu, fizika, biologiya, fəlsəfə, rabitə nəzəriyyəsi və s. kimi elm sahələrində əldə edilmiş biliklərin nəticəsi olaraq formalaşmışdır.
1877-ci ildə L. Bolsman termodinamik entropiyanı “çatışmayan informasiya” kimi xarakterizə edərkən, onu heç kim başa düşmədi.
1948-ci ildə K.Şennon informasiya nəzəriyyəsini yaradarkən, onun entropiya üçün verdiyi düstur ilə Bolsmanın düsturunun oxşarlığı qızğın mübahisələrə səbəb oldu. L.Brillyuen “neqentropiya prinsipi” ilə bütün mübahisələrə son qoydu.
Həmin problemə fəlsəfi idrak nəzəriyyəsi tamamilə başqa tərəfdən gəlib çıxdı. Fəlsəfə informasiyanı materiyanın təməl xassəsi elan etdi.
Fizika üçün enerji anlayışı nədirsə, kibernetika və bütövlükdə sistemologiya üçün də informasiya anlayışı eynidir. Təsadüfi deyildir ki, A.N.Kolmoqorov: “kibernetika — informasiyanı qəbul edə, saxlaya, işləyə və idarəetmə və tənzimləmə üçün istifadə edə bilən ixtiyari təbiətli sistemləri öyrənən elmdir”- deyir.
Kibernetika informasiyanın kəmiyyətcə ölçülməsinin mümkünlüyünə söykənir.
Bəs informasiya nədir? Məlum mənbələrə görə, informasiya (informacio) latın sözüdür, izah etmək mənasına gəlir. Lakin bizim fikrimizcə, informasiya — in (mövcud olan) + 40 for/fər (kişi) + ma (qadın) + si/su (məkan) + ya (için açılması), yəni “mövcud olan kişi və qadının məkanda öz içini açması, izah etməsi, xəbərləşməsi, söhbət etməsi” mənasına gələn çox qədim bir cümlədir.
İzah etmək, ilk növbədə, insana məxsus keyfiyyət kimi qavranıldığından, informasiya prosesləri uzun illər boyu yalnız insan psixikası ilə əlaqədar proses kimi dərk edilmişdir. Bu, bir də onunla bağlıdır ki, “informasiya” sözü “İnformasiya nəzəriyyəsi” meydana gəlməzdən çox-çox əvvəl işlədilmiş və mənası məlum sayılan söz olmuşdur. Həm də heç kim fikir verməmişdir ki, bu sözü harada işlətmək olar, harada olmaz. Elə ki, kibernetika meydana çıxdı, insanla-insan, insanla-heyvan, insanla-maşın, heyvanla-heyvan, maşınla-maşın... arasında qeyri-maddi əlaqəni müəyyənləşdirmək lazım gəldi, o zaman “informasiya” anlayışı olduqca mürəkkəbləşdi və onu ümumi şəkildə müəyyən etmək mümkün olmadı. Nəticədə, bu işlə məşğul olanların hərəsi informasiyaya bir tərif verməyə başladı.
Beləliklə, informasiya – xəbərin məna yüküdür. Xəbərötürülən məlumatdır. Xəbər mənbədə hasil edilir, ünvanda istehlak olunur. Xəbər mənbəyi dedikdə, özündən informasiya şüalandıra bilən obyekt nəzərdə tutulur. Xəbər ünvanı isə informasiya qəbul edə bilən obyektdir.
Xəbər simvol, mətn və şəkil formasında ötürülə bilir. Simvol forması — hərf, rəqəm, işarə və s.-dən ibarət ən sadə formadır. Buna görə də simvol forması yalnız sadə siqnalların ötürülməsində istifadə edilə bilir. Siqnal — elementar xəbərdir. Mətn forması informasiyanın nisbətən mürəkkəb təqdimat formasıdır. Mətn formasında da simvollardan istifadə edilir. Lakin burada simvolların kombinasiyaları geniş tətbiq olunur. Bu isə mətn formasının geniş tətbiqinə imkan yaratmışdır. Ən mürəkkəb forma şəkilötürmə formasıdır. Çunki bu forma həddən çox informasiya tutumludur. İnformasiyatutumluluq anlayışı göstərir ki, informasiyanın həcmi və miqdarı vardır.
Beləliklə, informasiya-yaddaşlar arasında mövcud olan dillərin məna yüküdür. Dilin yaddaşı, yaddaşın da dili var.
İnformasiyanın saxlanması və ötürülməsi üçün istifadə edilən daşıyıcıların minimal sayı 2-dən az ola bilməz. Çünki müqayisə üçün azı 2 element lazımdır. Beləliklə, informasiyanın ən sadə və universal təqdimat forması 2-lik formadır. Bu, "hə" və "yox" kimi elementar münasibət bildiricilərinin yükləndiyi 1 və 0 rəqəmləridir. 1-elektrik çərəyanı var, 0-cərəyan yoxdur — deməkdir.

Yüklə 16,12 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin