İnformasiyanın kodlaşdırılması Bayramov SeyfullstrreplN


İnformasiya kodlaşdırma nəzəriyyəsinin vəzifələri



Yüklə 16,12 Kb.
səhifə2/2
tarix02.10.2023
ölçüsü16,12 Kb.
#129625
1   2
İnformasiyanın kodlaşdırılmas1 Seyfulla

İnformasiya kodlaşdırma nəzəriyyəsinin vəzifələri
Obyektlər arasında informasiyanın ötürülməsindən danışarkən adətən, ya bütövlükdə obyekt haqqında, ya da onun ayrı-ayrı elementlərinin vəziyyətinə dair məlumatlar kompleksi nəzərdə tutulur. Obyekt (informasiya mənbəyi) haqqında alınan konkret məlumatlar xəbər adlanır. Xəbərlər siqnalların köməyi ilə ötürülür. Siqnal—zamanda və məkanda informasiya daşıyıcısıdır. Siqnalların bir neçə növü vardır:
 görünən siqnal (televiziya təsvirləri)
 səs siqnalı (zəng)
 elektrik siqnalı (müsbət və mənfi impulslar)
 radio siqnalı və i.a.
Bir siqnal başqa siqnala səbəb ola bilir. Siqnallar bir-biri ilə həm məkanca, həm də zamanca əlaqədə ola bilirlər. Siqnalobyektin vəziyyətinin dəyişilməsinin nəticəsidir.
İnformasiya ötürmə prosesində obyektin vəziyyətinin dəyişilməsi qanunları kod adlanır. Xəbərlərin siqnallara yüklənməsi aşağıdakı mərhələlərdən keçir:
a) dəyişdirmə (xəbərin kodlaşdırmaya uyğun şəkilə gətirilməsi);
b) kodlaşdırma (xəbər elementlərinin müəyyən qanun üzrə qurulması);
v) modulyasiya (kodlaşdırılmış xəbəri siqnala çevirmək üçün ötürücü mühitə təsir edilməsi).
Siqnallar zamandakı vəziyyətinə görə: statik və dinamik olur. Statik siqnal obyektin vəziyyətinin dayanıqlı dəyişikliyini göstərir. Dinamik siqnal obyektin vəziyyətinin kəsilməz dəyişilməsini əks etdirir.
Rabitə kanalının girişindəki hərflər, işarələr və keyfiyyət əlamətləri ardıcıllığı giriş kod sözü, çıxışdakılar isə çıxış kod sözü adlanır. Giriş kod sözlərindən tərtib edilən xəbərlər ilkin, çıxış kod sözlərindən tərtib edilən xəbərlər isə ikinci xəbər adlanır. Bu halda kodlaşdırmaya ilkin xəbərlərdən ikinci xəbərlərə keçid kimi baxılır ki, burada da kod həmin keçidin həyata keçirilməsi alqoritmi kimi təsəvvür edilir.
Xəbərlər və siqnallar quruluşuna görə 2 növə bölünür: kəsilməz və diskret. Əgər siqnal (xəbər) amplitudaların sonlu intervalında ixtiyari qiymət alırsa, bu, kəsilməz, məhdud sayda qiy- 45 mətlər alırsa, bu, diskretdir. Kəsilməz siqnallara nisbətən diskret siqnallar informasiyanın ötürülməsində daha geniş istifadə edilir. Çünki, diskret siqnallar rabitə kanalındakı maneələrə daha davamlıdır, səhvlər asan aşkar olunur və ən başlıcası, kompüterdə asan işlənir. Kəsilməz siqnallar kvantlaşdırma metodu ilə diskret siqnallara gətirilə bildiyindən, biz yalnız diskret siqnallara diqqət yetirəcəyik.
Diskret xəbərin vahidləri diskret verilişlər adlanır. Bu verilişlər müxtəlif fiziki xassələrə malikdir ki, buna da keyfiyyət əlamətləri deyilir. Keyfiyyət əlamətlərindən: qütb, amplituda, zaman, tezlik və tezlik-zaman əlamətlərini misal göstərmək olar.
Qütb əlaməti mənfi və müsbət impulslara əsaslandığından, keyfiyyətlərin sayı m  2 -dir.
Amplituda əlaməti nəzəri olaraq sonsuz olsa da, təcrübədə yalnız iki əlamətdən istifadə edilir: siqnal var, siqnal yoxdur.
Zaman əlamətinin sayı m  2-dir. Elementar verilişin uzadılması maneələrdən qorunmağın geniş yayılmış vasitəsidir. Tezlik əlaməti dedikdə, verilənin tamamlanma tezliyi nəzərdə tutulur.
Çox zaman bir-neçə keyfiyyət əlamətindən birgə istifadə edilir. Bu, ötürmənin etibarlılığını yüksəltməyə imkan verir. Ən geniş yayılmış qarışıq əlamətli kod tezlik-zaman əlamətli koddur. Bu cür kod müəyyən uzunluqlu, çox tezlikli verilənlərdən təşkil edilir. Elementar verilənlər zamana görə sıralanır.

Ədəbiyyat
https://unec.edu.az/application/uploads/2019/09/Bayram-m.-nformasiyan-n-i-v-kod.pdf
Yüklə 16,12 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin