Az ərbaycan Respublikasında telekommunikasiya V ə informasiya texnologiyalarının inkişafına dair Strateji Yol X



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə12/62
tarix26.11.2023
ölçüsü1,61 Mb.
#136506
1   ...   8   9   10   11   12   13   14   15   ...   62
Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi

4.3. 2025-ci ild
ən sonrakı dövr üçün hədəf baxış 
İnformasiya və kommunikasiya sektoru üzrə 2025-ci ildən sonrakı dövr üçün 
h
ədəf baxış uzunmüddətli perspektivdə İKT sahəsində regionda lider ölkəyə 
çevrilm
ək, güclü potensialı olan İKT sənayesi, cəmiyyətin artan tələbatını təmin edən 
telekommunikasiya infrastrukturu yaratmaq, sabit v
ə mobil genişzolaqlı şəbəkə 
vasit
ələrinin əhatə dairəsini 95 faizə çatdırmaq, təhsil sistemində texnologiyayönümlü 
strukturlaşmanın, o cümlədən rəqəmsal iqtisadiyyatın daha da inkişafına şərait 
yaratmaq, ölk
ədə bank, maliyyə, təhsil, tibb və s. sosial sahələrdə artıma təkan vermək 
v
ə elektron xidmətlərin daha geniş tətbiqinə nail olmaqdır.
H
ədəf baxışın şərhi
Bu m
əqsədə nail olmaq üçün ölkədə güclü əhatə dairəsi və yüksək sürəti olan 
keyfiyy
ətli genişzolaqlı şəbəkə infrastrukturunun qurulması hədəflənir. Həmin 
infrastrukturun 
əsasında ölkənin təhsil sistemində texnologiyayönümlü proqram 
vasit
əsilə innovativ davranışların inkişafı təmin ediləcəkdir. Texnologiya savadlılığı 
yüks
ək olan məzunlar və investisiya axınları Azərbaycanda maliyyə, səhiyyə və təhsil 
kimi mühüm xidm
ət sektorlarında təkmilləşmə və inkişafa təkan verən güclü elektron 
xidm
ətlərin təminatçısı olacaqdır.
Uzunmüdd
ətli perspektivdə ölkədə keyfiyyətli genişzolaqlı şəbəkəyə çıxış 
imkanı verən güclü telekommunikasiya infrastrukturunun yaradılması, xüsusən də 
sabit v
ə mobil genişzolaqlı şəbəkə texnologiyaları vasitəsilə genişzolaqlı şəbəkənin 
əhatə dairəsinin 95 faizə çatdırılması hədəflənir. Həm fiber-optik şəbəkənin əhatə 
dair
əsinin genişləndirilməsi məqsədilə infrastrukturun daha da təkmilləşdirilməsi, həm 
d
ə simsiz şəbəkənin əhatə dairəsi üçün tezlik spektrindən səmərəli istifadənin təmin 
edilm
əsi bu hədəfə çatmağa imkan verəcəkdir. Məlumat trafikindən istifadə 
s
əviyyəsinin getdikcə artmasını nəzərə alaraq, bu artımın zəruri potensial əsasında və 
sür
ətlə təmin edilməsi məqsədilə investisiya qoyuluşları müvafiq qaydada 
planlaşdırılacaqdır.
H
əm sabit, həm də simsiz genişzolaqlı şəbəkənin əhatə dairəsi ilə bağlı 
texnoloji infrastruk
turun qurulması digər ölkələrdə istehsal edilən məhsullardan 
asılılığı və idxalı azaldacaqdır. Bununla yanaşı, qlobal miqyasda sürətlə yeni 
texnologiyaların yarandığını nəzərə alaraq, avadanlığın davamlı şəkildə yenilənməsi 
v
ə təkmilləşdirilməsi tələb olunacaq ki, bu da, öz növbəsində, yeni idxal meyilləri 
yarada bil
ər. Odur ki, uzunmüddətli perspektivdə ölkədən valyuta axınını azaltmaq 
m
əqsədilə əsas texnologiya məhsullarının yerli istehsalının artırılması planlaşdırılır. 
H
əmçinin bu cür sektorların inkişafını təmin etmək məqsədilə infrastruktur üzrə milli 
kontentl
ə bağlı tələblər müəyyən ediləcəkdir. Görüləcək tədbirlər nəticəsində 
şəbəkənin təkmilləşdirilməsi üzrə xərclərin azaldılması və ölkə iqtisadiyyatında 
yaradılan əlavə dəyərin artırılması hədəflənir ki, bu həm də informasiya təhlükəsizliyi 
s
əbəbindən bir sıra həssas avadanlığın ölkə daxilində yerli istehsalının 
prioritetl
əşdirilməsi məqsədi daşıyır.
2025-ci ild
ən sonrakı dövrdə Azərbaycanda qabaqcıl rəqəmsal tətbiqetmə 
proqramlarının gündəlik həyata inteqrasiyası genişlənəcəkdir. Artıq əksər dövlət 
s
ənədlərinin və proseslərinin rəqəmsallaşdırıldığı bir dövrdə, uzunmüddətli 
perspektivd
ə ölkədə kağızsız sənədləşməyə keçid təşviq ediləcəkdir. Bu hədəf baxış 
əməliyyatların kağızsız aparıldığı və elektron xidmətlərin geniş yayıldığı rəqəmsal 
bankçılıq sistemini nəzərdə tutur. Azərbaycanda banklar, rəqəmsal ödəniş sistemləri, 


19 
mobil pul kis
əsi, onlayn alış-veriş platformaları və hətta sosial şəbəkələr də daxil 
olmaqla, müxt
əlif maraqlı tərəflərin qarşılıqlı əlaqədə olduğu tam rəqəmsal bankçılıq 
t
əcrübəsinin yaradılması planlaşdırılır. Güclü bank və kommunikasiya infrastrukturu 
bu dövrd
ə pərakəndə satışdan xidmətlərə qədər müxtəlif sahələrdə elektron ticarət 
imkanını gücləndirəcəkdir. Həmçinin bu dövrə qədər qurulmuş e-səhiyyə xidmətləri 
əsasında ölkənin səhiyyə sektorunda bütün proseslər rəqəmsallaşdırılacaq, 
pasiyentl
ərin xəstəlik vərəqələri üzrə məlumat bazası genişləndiriləcəkdir.
Bu dövrd
ə ölkədə daxili əməliyyatlarda tədricən daha güclü rəqəmsal həllərdən 
istifad
əyə keçid təmin ediləcək və bu məqsədlə həm dövlət, həm də özəl sektorda 
aparılan əməliyyatların optimallaşdırılması ilə bağlı böyükhəcmli verilənlər formatında 
r
əqəmsallaşdırma təmayülündən əsas vasitə kimi istifadə ediləcəkdir. Şirkətlər 
müştərilərin tələblərinin daha yaxşı öyrənilməsi məqsədilə bu konsepsiyaya 
investisiya qoyacaq v
ə nəticələrdən məqsədli marketinq fəaliyyətində istifadə 
ed
əcəklər. Həmçinin bu müəssisələr məlumatların saxlanılması və emalı məqsədilə 
“bulud” hesablama texnologiyalarından istifadə edəcəkdir. Simsiz rabitə operatorları 
öz müştəriləri üçün “bulud” hesablama texnologiyalarına əsaslanan həllər təklif 
ed
əcəklər.
Bu kontekstd
ə “maşınla öyrənmə” və maşınlararası kommunikasiya (
“M2M”

c
əmiyyətin həyatında mühüm elementə çevriləcəkdir. Göstərilən sistemlər inkişaf 
etdikc
ə və “Əşyaların interneti” (
“IoT”
) konsepsiyası təkmilləşdikcə, Azərbaycanda bu 
texnologiyalar daha geniş tətbiq ediləcəkdir. Bu texnologiyalardan həm keyfiyyətli 
r
əqəmsal xidmətlər üçün bazis konsepsiyası, həm də müxtəlif resurslardan əldə edilən 
m
əlumat mənbələri kimi istifadə ediləcəkdir. Misal üçün, uzunmüddətli perspektivdə 
Az
ərbaycanda bütün kommunal xidmət sayğaclarının rəqəmsal sayğaclarla əvəz 
edilm
əsi planlaşdırılır ki, bu da həm istehlaka nəzarət və kommunal haqların 
öd
ənilməsi sahəsində, həm də əldə edilmiş məlumatların təhlili yolu ilə paylanmada 
t
əkmilləşdirmələrin aparılmasına imkan verəcəkdir. Nəzərdə tutulan bu irəliləyişlər 
Az
ərbaycan üzrə “ağıllı” şəhər konsepsiyasına daxil ediləcəkdir. Dövlət xidmətləri üzrə 
real vaxt rejimind
ə məlumatlara çıxış xidmətlərin keyfiyyətini artırmaqla, vətəndaşlar 
v
ə dövlət qurumları üçün əlverişli mühit formalaşdıracaqdır.
Bu dövrd
ə təhsil müəssisələrinin innovasiyayönümlü məzunları potensial 
innovasiyayönümlü biznes subyektl
əri kimi ölkəyə böyük fayda verəcəklər. Bu cür 
istedadlı sahibkarlar yüksək texnologiyalar parklarında təmin edilmiş düzgün stimullar 
v
ə ümumi innovativ davranışlar vasitəsilə uğurlu rəqəmsal startaplar yaradacaq, yerli 
v
ə xarici investisiyaları cəlb edəcəklər. 


20 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin