24
Azərbaycan Arxeologiyası 2006
Azerbaijan Archeology Vol.: 8 Num.: 1-4
NAXÇIVAN-URMİYA-SƏRQl ANADOLU: İLK TUNC DÖVRÜ PARALELLƏRİ
SəfərAşurov
(Azərbaycan MEA Arxeologiya və Etnoqrafıya Institute)
Tuncun mənimsənilməsi və onun təsərrüfatın müxtəlif sahələrinə tətbiqi qədim cəmiyyətlərin intensif inkişafına şərait yaratmaqla yanaşı insanlar və onların müxtəlif səviyyədə olan ictimai birlikləri arasında iqtisadi-mədəni və həmçinin siyasi əlaqələrin genişlənməsinə təkan vermis oldu. Zəngin mis, obsidian, duz yataqlarına və istehsal təsərrüfatımn müxtəlif istiqamətlərini inkişaf etdirmək üçün əlverişli təbii coğrafı şəraitə malik Naxçıvan - Urmiya -Şərqi Anadolu ərazisində yaşamış tayfalar tunc dövrünün başlanğıcmda yaratdıqları özünəməxsus mədəniyyətlə Qədim Şərq mədəniyyətlərinə müəyyən təsir etmişlər.
Kiçik Qafqaz sıra dağlarının ətəklərindən başlanan bu ərazi coğrafi ba-xımdan sanki digər ərazilərdən ayrılmışdır. Məhz bu amil çox güman ki, qədim mədəniyyətlərin lokal variantlarının yaranmasına səbəb olmuşdur. Ilk tunc dovrünün Kür-Araz mədəniyyəti, onun eneolit mədəniyyəti ilə varislik əlaqəsini izləmək baxımından bölgənin arxeoloji abidələri həlledici rol oynaya bilər.
Naxçıvan ərazisində ilk tunc dövrünün I və II Kültəpə, Ovçular təpəsi, Aşağı Daşarx, I və II Maxta, Xələc, Ərəbyengicə, Qulalıtəpə kimi yaşayış məskənləri, Qarabulaq və Xornu nekropolları qeydə almmışdır.
I Kültəpədə O.H.Həbibullayev tərəfındən aparılan arxeoloji qazıntılar Naxçııvan ərazisində ilk tunc dövrü abidələrinin tədqiqinin başlanğıcını qoy-du. Mədəni təbəqələrin sayına və qalmlığına görə Qafqazda nadir abidə olan I Kültəpə bir çox müxtəlif arxeoloji problemlərin həllində önəmli rol oynamışdır.
V.H.Əliyev tərəfmdən tədqiq olunmuş II Kültəpə abidəsinin arxeoloji materialları əsasmda isə Kür-Araz mədəniyyətinin müxtəlif mərhələləri ara-sında əlaqəni izləmək mümkün olmuşdur.
1988-1989-cü illərdə V.Əliyev və S.Aşurov tərəfındən I Maxta qədim yaşayış yerində aparılan tədqiqatlar Kür-Araz mədəniyyətinin son mərhə-ləsinin və bu mədəniyyətin orta tunc dövrü mədəniyyəti ilə əlaqəsini izləmək baxımından önəmli rol oynadı.
2001-ci ildən Naxçıvan ərazisinin ilk tunc dövrü abidələrinin tədqiqində yeni mərhələ başlanmışdır. Şərur rayonu ərazisindəki Ovçular təpəsi, Aşağı Daşarx qədim yaşayış yerlərində S.Aşurov tərəfındən aparılan arxeoloji qazıntdarla yanaşı ilk dəfə olaraq Naxçıvan ərazisində ilk tunc dövrünə aid
Azərbaycan Arxeologiyası 2006
Azerbaijan Archeology Vol.: 8 Num.: 1-4
qəbir abidələri və dəfh adətini öyrənmək mürnkün olmuşdur.
Şərqi Anadolu ərazisində ilk tunc dövrünə aid yaşayış yerləri kifayət qədər çox sayda qeydə alınmışdır. Karaz, Pulur, Pulur II, Gəlincik təpə, Norşuntəpə, Qorucu təpə, Təpəcik, Horum Höyük (16) Gümüşpinar, Dilqaya və bir sıra digər yaşayış yerləri məhz ilk tunc dövrünə aiddir.
Gümüşpinar, Dilqaya abidələrində apanlmış qazmtılar nəticəsində ilk tunc dövrünün Naxçıvan tipli yanmşır qulpları və həmçinin deşiksiz qulpları (rudimentar) olan saxsı məmulatı əldə olunmuşdur.
Pulur (Sakyol) abidəsində isə qara cilalaı qabların əksəriyyəti basma relyef naxışları ilə bəzədilmişdir. Bu abidə e.ə. IV minilliyin sonlarına aid edilir. (1,92)
Van gölü hövzəsindəki Evditəpə, Tepe Şürki yaşayış yerlərindən də Naxçıvan tipli qulplar əldə olunmuşdur. Ərazinin saxsı məmulatının özəllik-lərindən biri kimi naxışlı qablann azhğı bildirilir. Bəzi qablarm ağız səthləri çərtmələrlə bəzədilmişdir (2). Tepe Şürki arxeoloji materiallar əsasında ilk tunc dövrünün II-III mərhələlərinə (e.ə.2900-2200) aid edilir.
Aynur Özfirat və Katerina Marro tərəfındən Doğubəyazitdə tədqiq olunmuş digər bir ilk tunc dövrü abidəsi olan Sağlıksuyu Höyügündə əldə olunmuş qabların yuxarısında cızma, aşağısında isə basma naxışlar çəkilmişdir. (3,17)
Müəlliflərin fıkrinə görə tədqiq olunan mərhələdə boyanın istifadə olunması Transqafqazya üçün xarakterik deyildir. Qabların üzərlərində və ağız kənarlannın daxilində boyadan istifadə olunması Ağrı Dağı bölgəsinin bir özünəməxsusluğu kimi qeyd olunur (3,18).
Cənubi Azərbaycan ərazisində Goytəpə, Yanıqtəpə, Gərgər, Qodin təpə, Qaratəpə, Gültəpə və bir sıra başqa abidələr qeydə alınmışdır.
Urmiya hovzəsində öyrənilmiş ilk tunc dövrü abidələrindən Göytəpə və Yanıqtəpəni xüsusi qeyd etmək olar. Bu abidələrin hər ikisində ilk tunc dövrü mədəni təbəqəsi eneolit təbəqəsi üzərində yerləşir. Arxeoloji cəhətdən daha yaxşı öyrənilən Yanıq Təpə abidəsinin 9 tikinti qatı iki mərhələyə bölünür. (6;7;8) Yanıqtəpənin üst təbəqələri ilk tunc dovrünün sonlarma aid edilir (15,67).
Kür-Araz mədəniyyətinin Urmiya gölündən cənuba və şərqə doğru yayılmasını isə Qodin təpə və Qaratəpə abidələrinin materialları əsasında iz-ləmək mümkündür. Bu hər iki abidə Kür-araz mədəniyyətinin son mərhə-lələrinə aid edilir (15,67).
Araz çaymdan cənubda yerləşən və ilkin materiallar toplanılan başqa bir abidə - Gərgər haqqında isə yalnız yerüstü materiallar əsasmda fikirlər söyləmək mümkündür. Yerli əhali tərəfindən Kültəpə adlandınlan bu abidə
Azərbaycan Arxeologiyası 2006
Azerbaijan Archeology Vol.: 8 Num.: 1-4
Cənubi Azərbaycanın Culfa şəhərindən 7-8 km. cənubda yerləşən Ələmdar kəndi ərazisindədir. Abidənin salamat qalmış hissəsinin hündürlüyü 7 m.-dən artıqdır. Toplanılmış materiallar əsasən ilk və orta tunc dövrünə aiddir. Ilk tunc dövrü qabları üzərində rast gəlinən qulplar əsasda ovalvaridir və bu xüsusiyyəti ilə abidə I Kültəpənin alt mədəni qatları ilə eyniyyət təşkil edir. (5,3-9) Son illər Cənubi Azərbaycanın bu hissəsində daha bir neçə ilk tunc dövrü abidəsi qeydə alınmışdır (Məlumatı Katerina Marro vermişdir.)
Maraqlıdır ki, Araz çayının sağ sahilində Ağrı dağı ətrafı qalın lava qatları ilə örtülmüşdür. Məhz bu səbəbdən burada heç bir abidə qeydə alınmamışdır. Urmiya hövzəsi äbidələrinin ilk tunc dövrü saxsı məmulatı üzərində cızma naxışlara tez-tez rast gəlinir. Bu naxışlar qablar bişirildikdən sonra çəkilmişdir (6,138-148). Qeyd etmək lazımdır ki, məhz bu tip naxışlanma üsulu I Maxta, Şenqavit, Karaz abidələrində daha çox tətbiq edilmişdir. Qablann üzərinin müxtəlif üsullarla naxışlanması abidələrin tarixi xronologiyasını müəyyən etməyə imkan verir.
Şimali Qafqazdan Suriya-Fələstinədək geniş bir coğrafı ərazidə yayılmış Kür-Araz arxeoloji mədəniyyətinin uzun illərdən bəri araşdınlmasına baxmayaraq, bir sıra problem məsələlərin müzakirəsinə dönə-dönə qayıdılma-sına ehtiyac vardır. Bu problemlərin ən ümdəsi mədəniyyətin tarixi çərçivəsi, ilkin yaydma arealı və miqrasiya problemləri ilə bağlıdır.
A.A.lessen Urmiya yaxmlığındakı Göytəpə və Ərzurum yaxınlığındakı Karaz abidələrinin də əks etdirdiyi bu mədəniyyəti e.ə. III minilliyə (e.ə. XXVIII - XXI əsrlər) (18,336), K.X.Kuşnareva və T.N.Çubinişvili e.ə. 3000-2000 illərə (14,179), Q.S.Ismayılov e.ə. 3200-2300-cü illərə aid edir (12,31). K.X.Kuşnareva sonrakı tədqiqatlardan sonra ilk tunc dövrünü 4 mərhələyə bölməyin düzgün olduğu qənaətinə gəlmiş, birinci mərhələni e.ə.3500-3200 kimi tarixləndirərək buraya I Kültəpənin alt qatlarını aid etmişdir (15,89) Onun fıkrincə, Kür-Araz mədəniyyəti ilə eyni zamanda Cənubi Qafqazın qərbində nisbətən geridə qalmış bir mədəniyyət yayılmışdır. Müəllif bunu iqlim dəyişiklikləri ilə izah edir (15,90). Q.L. Kavtaradze özünün son araşdırmalarına əsaslanaraq bu mədəniyyətin ilkin mərhələsinin e.ə. IV minilliyə təsadüf etdiyini söyləyir.
Tədqiqatçılar Kür-Araz mədəniyyətinin ilkin yaydma arealı barədə də yekdil fıkirdə deyillər. A.A.lessen Şərqi Anadolu, Cənubi Gürcüstan və Qərbi Ermənistanı (13,16), O.M.Çaparidze Kür-Araz çayları arasını (daha dəqiq Kvemo-Kartli) (10,20; 11,6), E.V.Xanzadyan Ermənistan yaylasını, (14,141), B.Braun Azərbaycan və Gürcüstanı (10,49), C.Barney Türkiyənin Elyazıq vilayətini (6,169), Q.S.Ismaydov (12,35), V.H.Əliyev(4,54) və I.H.Nərimanov (19,51) isə Azərbaycanın bu mədəniyyətin ilkin yayılma ərazisi olduğunu
Azərbaycan Arxeologiyası 2006
Azerbaijan Archeology Vol.: 8 Num.: 1-4
iddia ediıiər. Djavaxaşvilinin fıkrincə, Kür-Araz mədəniyyətinin yaranma-sında e.ə.IV minilliyin ortalarında Kiçik Asiyanm şimal-şərq ərazilərindən Cənubi Qafqaza doğru olan miqrasiya prosesləri boyük rol oynamışdır (7,370).
Son illər Naxçıvanın Ovçular təpəsi, Aşağı Daşarx, I Maxta abidələrində apanlmış arxeoloji qazıntüar və həmçinin Iran Islam Respublikasının Culfa bəxşinin Ələmdar kəndi ərazisində yerləşən Kültəpə yaşayış yerindən məlum olan arxeoloji tapıntılar Kür-Araz mədəniyyətinin tarixi çərçivəsi və ilkin yayılma arealı barədə yeni elmi fikir irəli sürməyə imkan verir. Ilk növbədə bu ərazidə yerləşən abidələrdə ilk tunc dövrü mədəni təbəqəsinin qalınlığı diqqəti cəlb edir. I Kültəpə 9,5 m, II Kültəpə 10 m, Aşağı Daşarx 7 m, I Maxta 4,6 m, Karaz 9 m, Yanıqtəpə 8 m, Göytəpə 6 m, Gərgər-Ələmdar 7 m-lik mədəni təbəqəyə malikdir.
Kömürün analizinə və həmçinin saxsı məmulatının tədqiqinə əsasən I Kültəpənin ilk tunc dövrü təbəqəsinin e.ə. 3300-cü ildən gec olmayaraq formalaşdığını söyləmək olar. II Kültəpənin I-III laylarınm saxsı məmulatı öz arxaikliyinə görə I Kültəpə materiallarından fərqlənir və buna görə e.ə. 3600-3400-cü illərə aid edilə bilər. Lakin bu abidələrin hər ikisində müəyyən arxaik əlamətlərin olmasına baxmayaraq, ilk tunc dövrünün erkən mərhələsini əks ctdirən arxeoloji materiallar əldə olunmamışdır.
Ovçular təpəsinin analoji materiallanmn təhlili son eneolit və ilk tunc dövrlərinin əlaqəsini izləməyə imkan verir və məhz bu materiallardan çıxış edərək Kür-Araz mədəniyyətinin e.ə. IV minilliyin əvvəlindən formalaşmağa başladığını söyləmək olar. I Maxta, Aşağı Daşarx (Naxçıvan), Karaz, Zülfübulaq, Çaldıran düzü abidələri (Türkiyə) və Göytəpənin (Iran) arxeoloji materialları (yalançı qulplar, üçbucaq formalı çıxıntılar, cızma naxışlar, qırmızı və qəhvəyi boya izləri və s.) ilk tunc dövrünün inkişaf etmiş orta və son mərhələlərini əks etdirir. Göytəpənin məhz deşiksiz qulplar tapümış К təbəqəsindən götürülmüş kömür analizi e.ə. 2574±146-cı il tarixini göstərir. Bu faktlara söykənərək Kür-Araz mədəniyyətinin e.ə. IV minilliyin başlanğı-cından e.ə. Ill minilliyin sonlannadək uzun bir tarixi mərhələ keçdiyini söyləyə bilərik.
Ovçular təpəsinin saxsı məmulatlarının eneolit və ilk tunc dövrü xüsu-siyyətlərini özündə birləşdirən əlamətlərinə əsaslanaraq (bir sıra hallarda bu oxşar əlamətlər I, II Kültəpə, Xələc abidələrində də izlənilir) Naxçıvanın Kür-Araz mədəniyyətinin ilkin meydana çıxdığı və formalaşdığı ərazilərdən olduğıınu söyləmək mümkündür.
Kür-Araz mədəniyyətinin müəyyən inkişaf mərhələsində yanmköçəri mal-daılığın inkişafı ilə əlaqədar bu mədəniyyəti özündə əks etdirən tayfaların Şimal-Şərqi Azərbaycan, Gürcüstan, və Suriya-Fələstinə doğru yer
dəyişmələri başlamışdır. Arxeoloji qazıntdar zamanı I Kültəpənin alt qat-larında iribuynuzlu qaramal sümükləri üstünlük təşkil etdiyi halda, üst qatlarda və həmçinin I Maxta yaşayış yerinin osteoloji materialları içərisində xırdabuynuzlu qaramal sümükləri üstünlük təşkil edir. Məhz ilk tunc dövrünün inkişaf etmiş mərhələlərində Naxçıvanın nisbətən dağlıq əraziləri Kür-Araz tayfalan tərəfindən yaylaq maldarlığında on plana keçmişdir. Son zamanlar Culfa rayonu ərazisində qeydə alınmış Xornu nekropolu bu fıkri təsdiq edir.
Kür-Araz mədəniyyətinin sonlarma yaxın kurqan tipli qəbir abidələrinin qeydə alınması artıq tayfalararası və tayfadaxili əmlak bərabərsizliyinin hakim olduğunu təsdiq edir.
Maraqlıdır ki, əksər tədqiqatçılar Kür-Araz mədəniyyətinin saxsı raəmu-latına müraciət edərkən Naxçıvan tipli qabları xüsusi qeyd edirlər. Istər Azərbaycan və istərsədə Kür-Araz mədəniyyətinin yayddığı digər ərazilərdə bu tip keramika digərlərindən seçilir. Kür çayından sola doğru bu tip keramika olduqca az rastlamr və əldə olunan materiallar əsasən ilk tunc dovrünün son mərhələlərinə aiddirlər. Əvəzində bu bölgədə Sərkərtəpə tipli keramika üstünlük təşkil edir. О cümlədən Dağıstan, Gürcüstan və Şimali Qafqazın ilk tunc dövrü keramikası da Naxçıvan materiallarından seçilir. Tədqiqatçıların bir qismi bunu eyni bir mədəniyyətin lokal variantları kimi qəbul edir.
Bütövlükdə Kür-Araz mədəniyyəti keramikasının oxşarlığını e.ə. IV-III minilliklərdə böyük bir ərazidə məskunlaşmış əhalinin iqtisadi və mədəni əlaqələri ilə izah etmək düzgün olardı. Kür-Araz mədəniyyətinin Naxçıvan tipli saxsı məmulatının Kür çayınm sol sahilinə nisbətən zəif yayılması məsələsi də aktualdır. Son illər Azərbaycanın qərb bölgələrində Leylatəpə tipli bir sıra abidələr qeydə alınmış və tədqiqatlar aparılmışdır. Bu abidələrin materialları Naxçıvanın həmdovr materiallarından kəskin fərqlənir və daha çox Mesopotamiya ilə uzlaşır. Bu abidələrin tədqiqatçıları onların dövrü və tarixləndirilməsi məsələlərində yekdil fıkirdə deyillər. Bu abidələri N.Ə.Müseyibli Ubeyd, T.I.Axundov Ubeyddən Uruka keçid mərhələsinə, F.E.Quliyev və B.Lyonnet isə Uruk arxeoloji mədəniyyətinə aid edirlər. Lakin müəllıflərin hamısı bu abidələri e.ə.IV minillik çərçivəsində tarixləndirirlər.
A.Özfırat və K.Marronun fıkrincə e.ə. IV minilliyin ilk yarısında Trans-qafqazda yerli gee eneolit materiallarının Suriya-Mesopotamiya materialları ilə birlikdə yayıldığı bir ikili mədəniyyət mövcud olmuşdur. (3,21; 17).
Bu faktlardan çıxış edərək Naxçıvan tipli keramikanm Kürün sol sahillərinə gec və nisbətən zəif yayılması məsələsinə aydınlıq gətirmək olar. E.ə. IV minillikdə Mesopotamiyadan Azərbaycan ərazisinə böyük bir miqrasiya prosesi başlanmışdır. Ehtimal ki, bu miqrasiya yolları Urmiya gölünün cənubu vasitəsilə və Muğan və Mil düzü ilə olmuşdur. Istər abidələrin sıxlığı və
istərsə də qəbir abidələrinin çoxsaylı olması təsdiq edir ki, bu tayfalar Azər-baycan ərazisində uzun müddət yaşamışlar. Məhz bu tayfalarla toqquşma-lardan yan keçmək zərurətindən Naxçıvan tipli Kür-Araz mədəniyyəti saxsı məmulaü Kürün sol sahilinə yayılmamışdır. Əksinə Kür-Araz mədəniyyəti tayfaları cənub-qərb istiqamətdə hərəkət edərək Kiçik Asiyaya yayılmışlar. Şübhəsiz, istər Naxçıvan və istərsədə Anadolu ərazisində aparılacaq gələcək tədqiqatlar bu hərəkət istiqamətlərinin daha dolğun izlənilməsinə imkan verəcəkdir.
ƏDƏBlYYAT
Anadolu Medeniyyetleri. Istanbul 1983, səh 92.
Aynur Özfırat, Caterine Marro. 2003 yılı Van, Ağn ve Iğdır illeri yüzey araştırması. 22. Araştırma sonuçlan toplantısı 2 cilt, 24-28 mayıs 2004, Konya.
Aynur Özfırat, Catherine Marro 2002 yıh Van, Ağrı ve Şğdır illeri yuzey araştırınası. 21.Araştırma sonuçları toplantısı. 1 cilt, 26-31 mayıs 2003, Ankara.
Əliyev V.H. Qədim Naxçıvan. Bakı, 1979.
Əliyev V., Aşurov S. Gərgər-qədim yaşayış yeri. Pedaqoji Universitet Xəbərləri, №4,2001.
Bumey C.A. Eastern Anatolia in the Chalcolitic and Early Bronze Age. AS, vol.VIII, 1958.
C.A.Burney. Excavtions at Yanik tepe, North-vest Iran. Iraq, Vol.XXIII, 1961.
C.A.Burney. Excavtions at Yanik tepe Azerbaijan, 1961. Iraq 1962, Vol.24, P.2
C.A.Burney. Excavtions at Yanik tepe Azerbaijan, 1962. Iraq 1964, Vol.26, P.l.
Джавахишвили А.И. Строительное дело и архитектура поселений Южного Кавказа в V- III тыс.до.н.э. Тбилиси, 1973.
Джапаридзе О.М. К истории грузинских племен на ранней стадии медно-бронзовой культуры. - Автореф. дисс. докт. ист. наук, Тблиси, 1962.
Джапаридзе О.М. Культура раннеземледельческих племен на территории Грузии (VII Международный конгресс антропологических и этнографических наук). - Москва, 1964.
Исмаилов Г.С. Раннебронзовая культура Азербайджана (по материалам раннебронзовых памятников Юго-Восточных склонов Малого Кавказа). Автореф. дис. докт. ист. наук, Тбилиси, 1983.
Иессен А.А. Из исторического прошлого Мильско-Карабахской степи. - В кн.: Труды Азербайджанской экспедиции. МИА СССР, №125, Москва -Ленинград, 1965.
Кушнарева К.Х., Чубинишвили Т.Н. Древние культуры южного Кавказа (V-III тыс. до н.э.). - Ленинград, 1970.
Кушнарева К.Х. Южный Кавказ в IX-II тыс. до н.э. Этапы культурного и социально-экономического развития. Санкт-Петербург, 1993.
Catherine Marro, Aksel Tibet, Rifat Ergeç. Horum Höyük 1998 çalışmaları. 21 Kazı sonuçları toplantısı 1 cilt, 24-28 mayıs 1999, Ankara 2000.)
Azərbaycan Arxeologiyası Azerbaijan Archeology
2006 30 Vol.: 8 Num.: 1-4
Marro, C, 1997. La culture du Haut-Euphrate au Bronze Ancien: essai dinterp-retation a partir de la ceramique peinte de Keban (Turquie), Varia Anatolica VIII, Paris, De Boccard
Научная сессия по Археологии Дагестана. - СА, №4, 1959.
Нариманов И.Г. Археологические исследования поселения Шомутепе в 1963 г. - АИА (Сб.статей), Баку, 1965.
Dostları ilə paylaş: |