Azərbaycan Arxeologiyası 000 Azerbaijan Archeology Vol.: Num.: 3-4



Yüklə 168,54 Kb.
tarix21.10.2017
ölçüsü168,54 Kb.
#8514

86

Azərbaycan Arxeologiyası 2000

Azerbaijan Archeology Vol.: 2 Num.: 3-4

RƏŞİD GÖYÜŞOV - VƏTƏNPƏRVƏR ALlM



Qara Əhmədov (Azərbaycan EA Arxeologiya Etnoqrafıya tnstitutu)
Rəşid Bahadur oğlu Göyüşov 1930-cu il dekabrın 5-də Ağdam rayonunun Boyəhmədli kəndində anadan olmuşdur. Orta təhsilini öz doğma kəndlərində aldıqdan sonra, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji institutuna qəbul edilir və 1953-cü ildə oranı müvəffəqiyyətlə bitirir. Onda tarixə maraq hələ uşaqlıq illərindən baş qaldırmışdı. Rəşidin böyüyüb, boya-başa çatdığı Boyəhmədli kəndi tarixi abidələrlə olduqca zəngin bir yerdir. O, hər gün bu abidələrin arası ilə məktəbə gedir, möhtəşəm Govurqala şəhər xarabalıqları, iri daş heykəllər və nəhəng antik dövr məbədinin qalıqları daim onun diqqətini cəlb edir, balaca Rəşid uşaq həvəsi ilə bu abidələrin sirrini öyrənməyə çahşırdı.



R.B.Göyüşov ali təhsilini başa vurduqdan sonra təyinatla Salyan, Ağdam və Ağcabədi rayonlarında müəllim, tədris hissə müdiri və orta məktəb direktoru vəzifələrində çalışır. Lakin arxeologiya elminə olan həvəs onu 1959-cu ildə Azərbaycan EA Tarix Institutuna gətirib çıxarır. Həmin ildə o, arxeologiya ixtisası üzrə institutun aspiranturasına qəbul olunur. Rəşid Göyüşov öz elmi fəaliyyətinə böyük təcrübə sahibi qocaman alim S.M.Qazıyevin rəhbərliyi ilə Azərbaycanın qədim paytaxtı Qəbələ şəhərindən başlamışdır. Burada о, öz müəllimindən qazıntı aparmağın sirlərini öyrənmiş, ona təklif olunmuş «Qəbələ şəhərinin dulus məmulatı (1-Х əsrlər)» adh dissertasiyasına aid material toplamış, həmin materialı qazıntıların gedişində izləmək imkanı əldə etmiş və dərindən tədqiq etmişdir. Ən kütləvi material kimi gil mə-mulatı şəhərin iqtisadi və ictimai tarixini işıqlandırmaqda, xüsusilə sənətkarlığı öyrənməkdə boyük əhəmiyyət kəsb edir.

R.B.Göyüşov həmin əsəri vaxtında başa çatdırır və 1962-ci ildə Tarix institutununun elmi şu-rasında müvəffəqiyyətlə nami-zədlik dissertasiyası kimi müdafıə edir. Yadımdadır, rəsmi appo-nentləri akademik Ə.Ə.Əlizadə, G.Ə.Əbilova və hətta görkəmli Qafqazşünas alim K.V.Trever onun əsərinə çpx yüksək qiymət vermişdilər. Çox təəssüf ki, bu əsər hələ də çap olunmamışdır.

Qarabağda arxeoloji tədqi-qat işlərini ardıcıl olaraq davam etdirən R.B.Göyüşov Alban katolikosluğunun iqamətgahı olmuş, həmçinin alban memarlığının incisi sayılan Xəznədağ (Qanzasar) məbədində apardığı tədqiqatların nəticəsində özünün «Qanzasar məbədinin dini, etnik mənsubiyyətinə dair» adlı məqaləsini yazıb nəşr etdirir. Bu məqalə Qanzasarı erməni abidəsi hesab edən və hətta onu erməni memarlığının incisi adlandıran erməni və ermənipərəst alimlər arasında böyük narazıhğa səbəb olmuş və buna görə o, 1970-ci


Azərbaycan Arxeologiyası 2000

Azerbaijan Archeology Vol.: 2 Num.: 3-4

illərdə erməni elmi ədəbiyyatında ciddi tənqidlərə məruz qalmışdı. Lakin bu heç də onu ruhdan salmır, əksinə bu mövzunu davam etdirərək, zəngin arxeoloji, epiqrafik materiallar və yazılı mənbələr əsasında öz mövqeyini ciddi şəkildə müdafıə edir və 1986-cı ildə rus dilində «Qanzasar alban abidəsidir» adlı kitabçasmı çapdan buraxır. Ümumiyyətlə, 1960-cı illərin sonlarından R.B.Göyüşov «Qafqaz Albaniyasında xristianlıq» mövzusu istiqamətində tədqiqatlar aparmağa başlayır və bu məqsədlə o, ilk Alban rahibinin dəfn olunduğu və ilk orta əsr Alban memarlığınm ən böyük abidələrindən Ağoğlan məbədinin yerləşdiyi Amaras şəhər yerində fasiləsiz olaraq arxeoloji qazıntı işləri aparır.

Məlum olduğu kimi, erməni alimləri Amarası Şərqi Ermənistan ərazisində yerələşən erməni şəhəri kimi qələmə almışlar, hətta R.B.Göyüşov onlardan bir qmpunun qeyri-qanuni qazmtı işləri apararaq ilk Alban rahibi Qriqorisin qəbrini dağıtdıqlarmı müəyyən etmişdir. R.B.Göyüşov 10 ilə yaxın Amarasda apardığı qazıntılar zamanı şəhərin tarixinə, onun iqtisadi və sosial həyatına dair xeyli maddi mədəniyyət qalıqlan aşkara çıxarmış, nəticə olaraq, qazmtı materialları və yazılı mənbələr əsasında 1975-ci ildə özünün «Amaras-Ağoğlan» adlı monoqrafıyasmı nəşr etdirmişdir. Bu əsərə görə də erməni müəllifləri onu tarixi saxtalaşdırmaqda günahlandırmışlar.

1976-cı ilin sentyabrmda R.B.Göyüşov SSRI EA Dağıstan filialının Q.Dadasi adına tarix, dil və ədəbiyyat institutu tərəfmdən Cənubi Dağıstan arxeoloji ekspedisiyasına dəvət olunur. Burada о, 2 ay müddətində Dərbənd, Məhərrəmkənd, Qasımkənd və Axtı rayonları ərazilərində xristian abidələri ilə tanış olur və bu barədə özünün geniş hesabatını yazır.

1976-cı ildə R.B.Göyüşov özünün «Qafqaz Albaniyasında xristianlıq» adh doktorluq işini başa çatdırmış və onu uzun müzakirələrdən sonra, erməni alimlərinin ciddi və böhtançı çıxışlarına baxmayaraq 1979-cu ildə Gürcüstan EA Tarix institutu nəzdindəki Ixtisaslaşdırılmış Elmi Şurada müvəffəqiyyətlə müdafıə etmişdir. R.B.Göyüşov öz dissertasiya işini bir qədər də təkmilləşdirərək, 1985-ci ildə onu mo-naqrafıya kimi rus dilində (azərbaycan və ingilis dillərində xülasə ilə) nəşr etdirmişdir.

1970-1980-cı illərdə Azərbaycan bir növ nəhəng tikintilər meydanma çevrilmişdi. Ona görə də hələ 1970-ci ilin ikinci yansından başlayaraq R.B.Göyüşov institutda «Yeni tikinti sahələrinin arxeoloji tədqiqi» üzrə xüsusi şöbənin yaradılması ideyasıni irəli sürür və 1980-ci ildə məqsədinə nail olur, Azərbaycan EA Rəyasət heyətinin qərarı ilə həmin şöbə yaradılır və R.B.Göyüşov onun rəhbəri seçilir. Bu sahədə R.B.Göyüşov qızğın işlər aparır: Naxçıvanda Araz su qovşağı tikintisi zonasınm, Xudafərin və Qızqalası su qovşaqlarının, Yenikənd və Şamxor SES-nin, Mozdok - Qazıməmməd qaz kəməri çəkilişi zonası və digər böyük tikinti zonalarınm arxeoloji abidələri məhz onun rəhbərliyi ilə öyrənilmişdir.

Azərbaycanda arxeologiya elminin sürətli inkişafı və ali məktəblərdə həmin sahənin tədris edilməsində böyük ehtiyacı nəzərə alaraq 1986-cı ildə R.B.Göyüşov özünün «Azərbaycan arxeologiyası» adh dərs vəsaiti kimi nəzərdə tutulmuş ümumiləşdirici əsərini nəşr etdirir. Əsər elmi ictimaiyyət tərəfındən yüksək qiymətləndirilmişdir.

R.B.Göyüşov 1964-cü ildən başlayaraq respublikamızda (Bakı, Dəvəçi, Yevlax, Göyçay, Biləsuvar, Şəki, Qazax, Ismayıllı) və keçmiş Ittifaqm şəhərlərində (Moskva, Leninqrad, Səmərqənd, Alma-ata, Tbilisi, Yerevan, Novosibirisk və s.) çağırılan sessiya, konfrans və simpoziumlarda müntəzəm olaraq çıxışlar etmiş, apardığı tədqiqatların



Azərbaycan Arxeologiyası 88 Azerbaijan Archeology
2000 Vol.: 2 Num.: 3-4
nəticələri ilə elmi ictimaiyyəti yaxmdan tanış etmiş, dəvət olunduğu ali məktəblərdə (Kemerovo, Moskva, Tbilisi və Daşkənd şəhərlərində) mühazirələr oxumuşdur. Ali məktəblərlə əlaqə, onda, SSRl arxeologiyası dərsliyində Azərbaycanın da lazımı dərəcədə əks olunması fıkrini doğumr. Bu şərəfli işi yerinə yetirmək üçün akademik A.I.Martınovla əməkdaşlıq edir. 1989-cu ildə onların şərikli yazdıqları «SSRt arxeologiyası» dərsliyi nəşr olunur. R.B.Göyüşov bu kitabda türkdilli xalqların arxeologiyasına daha geniş yer verilməsinə səy gostərmiş və buna nail olmuşdur.

Qarabağ abidələrinin tədqiqatçısı kimi, R.B.Göyüşovu ömrünün son illərində erməni tarixçilərinin saxtakarlıq hərəkətləri daha çox narahat edirdi. Odur ki, onlara cavab olaraq və eyni zamanda Qarabağın abidələrini geniş kütlə arasında təbliğ etmək məqsədilə 1993-cü ildə «Qarabağm keçmişinə səyahət» adlı elmi-kütləvi kitabçasını nəşr etdirmişdir. Bundan əlavə Azərbaycan mətbuatında və xarici ədəbiyyatda yüksək elmi səviyyədə və obyektiv yazılmış 100-dən çox məqalələri ilə çıxışlar etmiş, Qarabağ abidələrinin dağıdılmasının qarşısını almaq üçün oz vətəndaşlıq mövqeyini bildirmiş, vaxtında tədbir gorülməsi qayğısına qalmışdır. R.B.Göyüşov ümumiyyətlə Azərbaycan abidələrinin qorunması, saxlanması və təbliği işinə boyük diqqət yetirən yorulmaz alimlərimizdən biri idi. Allah ona rəhmət eləsin!


R.B.GÖYÜSOVTJN NƏŞR OLUNMUS ƏSƏRLƏRlNtN SıYAHISI
1961

  1. Qəbələ şəhəri qazıntılarından tapılmış gil qazanlar haqqında. Azərb. SSR EA Məruzələri. XYII cild, №7.

  2. Qəbələnin gil çıraqlan. Azərb. SSR EA Məruzələri. XYII cild, №10.

1962

  1. Керамика города Кабалы (1-Х вв.). Автореферат канд. диссертации. Баку.

  2. Su altında Qala. Elm və həyat. №8.

  3. Qəbələnin gildən hazırlanmış su qabları. Azərb. SSR EA Xəbərləri. lctimai elmlər seriyası. №4.

  4. Qəbələnin saxsı məmulatı. Azərb. SSR EA Tarix institutu aspirantlannın IX elmi konfransmm materialllan. Bakı.

1963


7. 1-Х əsrlərdə Qəbələ şəhərinin dulus məmulatının inkişaf mərhələləri (Səlbir materiallan
əsasmda ). Azərb. SSR EA Məruzələri. XIX cild, №12.

1964


  1. Arxeologiya və din. Elm və həyat. №3.

  2. Arxeologiya və din. 1963-cü ilin arxeoloji qazıntılarmın yekunlanna həsr olunmuş sessiya, məruzə və məlumatların tezisləri. Bakı.

1965

  1. Arxeologiya və din. AMM. YI cild. Bakı.

  2. Dulusçuluq sənətində gil qablann anqoblanması üsulu haqqında. AMM YI cild, Bakı.

  3. Azərbaycanm ilk orta əsr maddi mədəniyyət tarixinə dair qiymətli tədqiqat əsəri. AMM. YI cild, Bakı.

  4. Azərbaycan arxeoloqlannın birinci sessiyası. AMM. Bakı.

  5. Археологические обследования городища Ана-Шехер и крепости Чараберд. Материалы сессии, посвящ. итогам археолог, и этнограф, исследований 1964 г. в СССР. Тезисы докладов. Баку.

  1. Azərbaycan arxeoloqlarınm birinci sessiyası. Elm və həyat. №8.

  2. Arxeoloq və etnoqrafların Ümumittifaq elmi sessiyası (xronika). Azərb. SSR EA Xəbərləri. Ictimai elmlər seriyası. №4 (Ş.A. Quliyevlə şərikli).

  3. Arxeologiya və din. Baki.

  4. Azərbaycanın ilk orta əsr maddi mədəniyyət tarixinə dair qiymətli tədqiqat əsəri. AMM. VI cild. Baki.

  5. Qəbələ şəhəri gil qablarmın hazırlanması üsulları. Azərb. SSR EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası. №2.

  6. Qaya üzərində şəhər. Elm və həyat. №1

  7. Ana şəhər. Elm və həyat. №8.

1966

  1. Yeni tipli daş bütlər. Azərb. SSR EA Məruzələri. XXII cild, №6.

  2. Об этнической истории населения Нагорного Карабаха. Материалы семинара по проблеме этногенеза азербайджанского народа. Баку.

  3. О некоторых особенностях истории материальной культуры Нагорного Карабаха (IY-XIII вв.). Пленум Института археологии (АН СССР) 1966 г. Секция, "Археология Кавказа", тезисы докладов. Москва.

1967

25. Dağlıq Qarabağda çoxtəbəqəli abidə. Azərb. SSR EA Məruzələri. XXIII cild, №10.

1968

26. Sığnaq yaşayış yerindən aşkar edilmiş məişət təsvirli xaç daş. Azərb. SSR EA Xəbərləri,


tarix, fəlsəfə və hüquq seriyası. №4.

1969


27. Раскопки на городище Амарас. АО 1968. Москва.

1970


28. О могиле Григориса, Каталикоса Кавказской Албании. ТД СПИПАЭИА 1969 г.
Москва.

1971


  1. О начале распростронения христианства в Кавказской Албании. МСПИПАЭИА 1970. Баку.

  2. О пещерном храме Кавказской Албании. ТД СПИПАЭИА 1970. Баку, (в соавторстве с Н.М. Гулиевым).

  3. Армянская надпись о построении купольной базилики Хотаванкского комплекса. ДАН Азерб. ССР т. XXYII, №2.

  4. Исследование комплекса монастыря Егише Аракел. АО 1970. Москва.

  5. Раскопки на храмовом участке средневековой Барды. (Азербайджан). ТД СПИПАИ 1970. Археолог. Секции. Тбилиси.

1972

  1. Xotavəng məbədi və onun yazıları haqqında. Azərb. SSR EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası. №3.

  2. Основные этапы образования и развития христианской церкви в Кавказской Албании. Краткие тезисы докладов конференции Ближний Восток, Кавказ, Средняя Азия. Проблема взаимосвязи культур в эпоху средневековья. Ленинград.

  3. Храм Елисей в Азербайджане. ТД СПИПАИ 1971. Археолог. Секции. Москва.

  4. Храм Елисей в Азербайджане. ТД СПИПАЭИА 1971. Баку.

  5. Kovurqalada arxeoloji qazıntılar. 1971-ci ildə Azərbaycanda aparılmış arxeoloji və etnoqrafık tədqiqatlar. Bakı.

1973

  1. Городище Говуркала. АО 1972 г. Москва.

  2. Orta əsr Bərdə-Dvin ticarət yolu haqqında. AMM. YII cild. Baki (N.M. Quliyevlə şərikli).



Azərbaycan Arxeologiyası 90 Azerbaijan Archeology
2000 Vol.: 2 Num.: 3-4

  1. О типологии и закономерностях развития погребальных обрядов Кавказской Албании (IY-YIII вв.). Итоги полевых арх. и этногр. исследований за 1972 г. в Азерб. ССР. Баку.

  2. Dağlıq Qarabağın xristian abidələrində təsadüf edilən "xat" sözü haqqında. AMM. YII cild. Bakı.

  3. О конфессионально-этнической принадлежности Гандзасарского монастыря. МКА. т. YII. Баку.

1974

  1. Новые находки каменных баб в Азербайджане. АО 1973 г. Москва (в соавторстве с Р.М.Ваидовым, Н.М.Гулиевым).

  2. Работа Гавуркалинского археологического отряда (Агдамский район). АЭИА 1973. Баку.

1975

  1. Исследования городища Шахри-Шарифан и его окрестностей. НОСА ТД. Киев.

  2. Худаферинская комплексная экспедиция. АО 1974 г. Москва (в соавторстве с А.Б.Нуриевым, Э.А.Керимовым, А.А.Рахмановым, Г.Д.Агаевым).

  3. Amaras-Ağoğlan. Baki.

  4. Итоги археологического исследования зоны Худаферинского Гидроузла. АЭИА 1974 г. Баку (в соавторстве с А.Б.Нуриевым).

1977

50. Тенденция развития культуры Кавказской Албании и среднеазиатские паралелли (по


данным культовых памятников). Раннесредневековая культура Средней Азии и
Казахстана. ТВК. Душанбе.

1978


  1. Поселение Татлы. АЭИА 1975 г. Баку (в соавторстве с А.Б.Нуриевым).

  2. Христианство в Кавказской Албании ( по данным археологии и писменных источников). Автореферат докторской диссертации. Тбилиси.

  3. Работы на городище Гявуркала. АО 1977 г. Москва.

1979

54. Раскопки городище Торпаггала. АО 1978 г. Москва (в соавторстве с Р.М.Ваидовым,


Н.М.Гулиевым).

1980


  1. Naxçıvan şəhərində arxeoloji qazıntılar. AMM.IX cild. Baki. (R.A.Məmmədovla şərikli).

  2. Стекловарная печь у Амарасского монастыря. МКА. т. IX. Баку (в соавторстве с А.Б.Нуриевым).

  3. Археологические работы на участке IY городища Торпаггала. АЭИА 1977 г. Баку (в соавторстве с P.M. Ваидовым, Н.М.Гулиевым, Э.А.Касимовым).

1981

58. Работы Ширван-Шабранской экспедиции. АО 1980 г. Москва.

1982

59. Работы Ширван-Шабранской экспедиции. АО 1981 г. Москва.



1984

  1. Христианство в Кавказской Албании. Баку.

  2. Ширван-Шабранская экспедиция. АО 1982 г. Москва.

  3. О традиции и инновации погребальных памятников Кавказской Албании. Об этногенеза азербайджанского народа. Баку.

1985

  1. Средневековый город Шабран. Баку.

  2. Исследования городища Шабран. АО 1983 г. Москва.

1986

  1. Azərbaycan arxeologiyası. Baki.

  2. Гандзасар - памятник Кавказской Албании. Баку.




  1. Каменные изваяния раннесредневековой Албании. Баку (в соавторстве М.Д.Хал иловым).

  2. Археологические исследования II участка городища Шабран 1980-1981 г. АЭИА 1980-1981 гг. Баку.

  3. Основные итоги археологических исследований и их переспективы на новостройках за 1985 г. АЭИА 1985 г. Баку.

1987

  1. Kovurqalanın şüşə məmulatı. AMM. X cild, Baki. (A.B.Nuriyevlə şərikli).

  2. Обследование зоны строительства Кирзанского гидроузла. 1986 г. Баку.

  3. SSRI arxeologiyasi (Ali məktəblər üçün dərslik).

1993

  1. Qarabağın keçmişinə səyahət. Bakı.

  2. Qarabağ III-XIII əsrlərdə. Azərbaycan Sənaye Institutu professor-müəllim və tələbə heyətinin XIX Elmi konfransınm Tezisləri. Sumqayıt.

1994

  1. Şərqi Anadoluya iki aylıq elmi ezamiyyətin nəticələri haqqında. Görkəmli Azərbaycan arxeoloqu Saleh Mustafa oğlu Qazıyevin anadan olmasının 100 illiyinə həsr edilmiş elmi sessiyanın materialları. Bakı.

  2. Ilk orta əsrlər Qafqaz Albaniyası tarixinin bəzi məsələləri haqqında. Azərb. SSR EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası №1-4. Bakı.

  3. Arpaçay vadisində ilk tunc dövrünə aid qəbir abidəsi. AMM. XI cild. Bakı (V.H.Əliyevlə şərikli).

  4. Araz çayı üzərində tikilən Xudafərin və Qız Qalası su qovşaqları zonasının arxeoloji xəritəsi. Görkəmli Azərbaycan arxeoloqu Saleh Mustafa oğlu Qazıyevin anadan olmasınm 100 illiyinə həsr edilmiş elmi sessiyanın materialları. Bakı.

  5. Qarabağ ərazisində erməni saxtakarlığı. Eltural. 1-2.

  6. Novruz bayramı ideyalarınm arxeoloji materiallarda təsviri. Novruz bayramına həsr olunmuş elmi konfransm materiallan. Bakı.

  7. Azərbaycan tarixinə dair dərsliklərdə arxeoloji materiallardan istifadə olunmasının vəziyyətinə dair. "Azərbaycan tarixinin problemləri, müasir tədris və elmi nəşrlərdə onların əksi". Elmi konfransının materiallan. Bakı.

1996

82. Şəki rayonunun tarix və mədəniyyət abidələri probleminin tədqiqinin təşkili və bu


abidələrin ümumi Azərbaycan tarixinin öyrənilməsində yeri. Şəki şəhərində tarix və
mədəniyyət abidələrinin qorunması, tədqiqi və istifadə olunması problemlərinə həsr
olunmuş elmi-praktik konfransın materiallan. Bakı-Şəki (A.A.Abbasovla şərikli).
Yüklə 168,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin