Ritorika və onun başqa elmlərlə əlaqəsi
Çox vaxt ritorika (bəlağətli nitq) ilə nitq mədəniyyətini eyniləşdirmişlər. Ritorika yunanca natiqlik haqqında elm deməkdir, geniş mənada isə bədii nəsr – bədii oxuma sənəti mənasında işlədilir. Qədim Yunan və Roma natiqləri S.Siseron, Kvantilian ritorikanı 5 hissədən ibarət hesab etmişlər: materialın tapılması (seçilməsi); yerləşdirilməsi (ardıcıllıq); sözlərlə ifadəsi (yüksək orta və aşağı üslubda ifadə etmək), habelə sözlərin seçilməsi; yadda saxlamaq (yada salmaq) və nitqin ifadəsi.
Bu qədim sənət növü insanlara böyük hörmət gətirirdi. Sonralar isə V.Hüqodan başlayaraq ritorika gurultulu ifadələr, mənasız sözlər yığını, hay-küy mənasında işlənmişdir. Nitq mədəniyyəti isə başlıca olaraq ritorikanı özündə əks edirir. Başqa sözlə, ritorikasız nitq mədəniyyəti ola bilməz.
Məlumdur ki, heç bir elm təkcə öz qanunları əsasında, təcrid olunmuş şəkildə inkişaf edə bilməz. Bu. bütün təbiət və cəmiyyət hadisələrinə aiddir. Hər bir fərd cəmiyyətin üzvü kimi yaşayır və inkişaf edir. Cəmiyyətin başqa üzvləri ilə əlaqəsini itirmiş adam sosial həyatın fəal üzvü ola bilməz. Beləliklə, cəmiyyət struktur sistemindən çıxmış olar. Amma bu, o demək deyil ki, hər bir adam bütün insanlarla əlaqədə və münasibətdə olmalıdır. İnsan yalnız yaxın adamlarla təşkil olunmuş cəmiyyətin fəal üzvü olub, cəmiyyətin bütün adamları ilə əlaqə və münasibət qura bilər.
Elm də belədir. Hər bir elm öz obyekt və predmetini və sərhədlərini müəyyən etdikdən sonra başqa elmlərin elmi uğurlarından istifadə etməklə daha da inkişaf edir. Burada da hər bir elmin özünə yaxın – uyğun olan elmlərlə əlaqəsi daha möhkəm, başqa elmlərlə əlaqəsi isə nisbətən zəif olur. Ritorika da humanitar elm sahəsi olduğu üçün ilk öncə bu elmlərlə əlaqədardır: 1) Dilçilik; 2) Ədəbiyyat – Ədəbiyyatşünaslıq; 3) Üslubiyyat; 4) Tarix; 3) Etika; Estetika; 7) Psixologiya; 8) Pedaqogika; 9) Fiziologjya; 10) Məntiq və s.
Dostları ilə paylaş: |