Az rbaycan dilind i g zar v akademik kommunikasiya kursun m q (1)
Təqdimat» sözü ərəb mənşəli olub, “təqdim” sözündəndir. “Təqdim” sözü ərəb dilində çoxmənalıdır: 1) irəli sürmək, irəli çəkmək; 2) bir şəxsin hüzuruna bir şeyi, bir nəfəri gətirmək; 3) bir adamı başqasının hüzuruna çıxararaq onları görüşdürmək, tanış etmək.
Təqdimat rəsmi sənəd olaraq aşağı vəzifəli şəxsin yuxarı vəzifəli şəxs qarşısında hər hansı bir məsələni qaldırması, irəli sürməsi, xahiş eiməsi zərurətində yazılır. Təqdimat ərizə və tələbnamə deyil. Təqdimat ərizədən yuxarı, tələbnamədən aşağıda dayanan bir xahişnamədir. Məsələn, bir nəfərin mükafata, təqaüdə, vəzifəyə təqdim edilməsi. Təqdimat yalnız xoş niyyətlər üçün yazılmır. Eyni zamanda, hər hansı bir səbəbdən işçi yuxarı qurumun rəhbəri qarşısında məsələ qaldırır – təqdimat yazır. Cəza tədbiri əmr formasında icra edildikdə əmrdə kimin təqdimatı əsasında cəza verildiyi göstərilir. Və yaxud yuxarı qurumun iclasında müzakirə edildikdə, təqdimatın tam mətni oxunur. Təqdimatın forması təxminən ərizə kimidir.
HESABAT. "Hesabat" ərəbcə "hesab" sözünün cəmi olmaqla müəyyən tapşırığın yerinə yetirilməsi və ya görülmüş işin nəticəsi haqqında məsul şəxsə, təşkilata yazılı və ya şifahi şəkildə verilən rəsmi məlumatdır. Hesabat inandırıcı olmalı, faktlar və rəqəmlər dəqiq göstərilməlidir. Hesabatın əvvəlində onu yazan şəxsin (kollekivin, təşkilatın) kimliyi haqqında qısa məlumat qeyd edilir, altındakı sətrin ortasında böyük hərflərlə "hesabat" sözü yazılır, sonrakı sətirdə abzasdan hesabatın mətni verilir. Mətndən sonra imza qoyulur və tərtib edildiyi tarix göstərilir.
Tələbnamə haqqında məlumat verməklə nümunə
“Tələbnamə” ərəb mənsəli “tələb” (istəmək, tələb etmək) və fars mənsəli “namə” (məktub, əsər, bəzən də yazı) sözlərinin birləsməsindən yaranıb. Bir seyin verilməsi və ya bir isin görülməsi, yaxud bir səxsin müəyyən adamın sərəncamına göndərilməsi haqqında rəsmi yazılı xahisdir. Tələbnamə hər hansı bir seyi tələb etmək, istəmək məqsədilə yazılmıs sənəddir. Tələbnamə ərizədən fərqli olaraq, yalnız xahis-istəmə məqamında yazılır. Onların tərtib formaları, demək olar ki, eynidir.
Bakı səhəri Mənzil – Kommunal Təsərrüfatı Birliyinə
47 saylı orta məktəbin direktoru İ.Səfərovdan
TƏLƏBNAMƏ
Son günlər hava səraitinin kəskin dəyisməsi ilə əlaqədar dolunun yagması nəticəsində məktəbimizin dam örtüyü yararsız hala düsmüsdür. Təmir–tikinti briqadasını göndərərək bu problemin aradan qaldırılmasında bizə yardımçı olmanızı xahis edirik.
7 nömrəli dəftərxana magazasının direktoruna
TƏLƏBNAMƏ
Asagıdakı dəftərxana ləvazimatlarını köçürmə yolu ilə buraxmagınızı xahis edirik: