Azərbaycan Dillər Universiteti ilə ödənişli əsaslarla Təhsilalan arasında


Xərclərin məbləği və ödəniş qaydası



Yüklə 58 Kb.
səhifə3/6
tarix10.01.2022
ölçüsü58 Kb.
#108873
1   2   3   4   5   6
3. Xərclərin məbləği və ödəniş qaydası

3.1. Təhsil xidmətlərinə görə təhsil haqqı bir tədris ili üçün _____________________________ (sözlə) AZN həcmində müəyyənləşdirilir. Fənlər üzrə 1 kredit vahidinin dəyəri hər bir ixtisasın təhsil haqqı məbləğinə uyğun olaraq müəyyən olunur;

3.2. Birinci tədris ilində illik təhsil haqqının hamısı dərhal ödənilir, sonrakı tədris illərində isə təhsil haqqı bütünlüklə və ya I və II semestrlərin dərsləri başlayandan 2 həftə ərzində (son tarix müvafiq olaraq 1 oktyabr və 1 mart olmaqla) iki hissəyə bölünməklə ödənilir;

3.3. Müəyyənləşdirilmiş təhsil haqqı məbləğinə təkrar təhsil xidmətlərinin dəyəri daxil deyildir;

3.4. Təhsil haqqı ödənişi ADU-nun hesablaşma hesabına köçürmə yolu ilə həyata keçirilir. Ödənilmiş təhsil haqqı qanunvericilikdə nəzərdə tutulmuş hallarda geri qaytarılır;

3.5. ADU-nun maliyyə-təsərrüfat fəaliyyətindəki və ümumən respublikanın sosial-iqtisadi şəraitindəki dəyişikliklər, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının qəbul olunması ilə əlaqədar ödənilməmiş təhsil haqqı məbləğində dəyişikliklər edilə bilər.

3.6. Hər bir Təhsilalana düşən təhsil xərclərinin miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

3.7. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Təhsilalan ali təhsil müəssisəsini dəyişdirdikdə, müvafıq Müqaviləyə xitam verilir və Təhsilalanın təhsil xərclərinin maliyyələşdirilməsi Təhsilalan ilə yeni ali təhsil müəssisəsi arasında bağlanmış Müqaviləyə əsasən həyata keçirilir.

3.8. ADU-da təhsilini tam başa vurmuş tələbənin universitetə təhsil haqqı borcu qalarsa həmin tələbənin diplomu universitetdə saxlanılır.



4. Fors-major

4.1. Qarşısıalınmaz qüvvənin təsirinə tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, müvafıq qanunvericilik qərarları və digər hallar aiddir.

4.2. Qarşısıalınmaz hallara istinad edən tərəf:

4.2.1. Qeyd olunan hallar yarandığı vaxtdan 10 təqvim günü müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir və onun tələbinə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən hadisəni təsdiq edən rəsmi sənədi ona təqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və mümkün olduqda, hadisənin tərəflərin bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks etdirilməlidir;

4.2.2. Həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə digər tərəf yazılı surətdə məlumatlandırılmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Məlumatın göndərilmədiyi və ya vaxtında göndərilmədiyi təqdirdə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən tərəf müvafıq xərcləri ödəməlidir.

4.3. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilmə müddəti qarşısıalınmaz hallar mövcud olduğu müddətə uzadılır. Qarşısıalınmaz hallar 2 (iki) aydan çox davam edərsə, istənilən tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər tərəfi bu Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq poza bilər.




Yüklə 58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin