Müvəqqəti təlimata görə diaqnostik qiymətləndirmənin aparılması qaydaları
Formativ qiymətləndirmənin əsas xüsusiyyətləri, üsul və vasitələri və tətbiqi qaydaları.
Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparilmasina dair müvəqqəti təlimata görə rubriklərin hazırlanması qaydaları
Summativ qiymətləndirmənin əsas xüsusiyyətləri
Qiymətləndirmə standartları
Summativ qiymətləndirmənin üsul və vasitələri və qiymətləndirmə vasitələrinin hazırlanması prinsipləri
Müvəqqəti təlimata əsasən summativ qiymətləndirmənin aparılması qaydaları
İmtahan sualları
Proqressivist yanaşma baxımından təlim prosesində öyrənənin və öyrədənin rolu
Taksonomiyanın növləri
Summativ qiymətləndirmənin nəticələrinin hesablanması üçün təlimatda edilən dəyişiklik
2.1.1. Öyrəndiyi nitq modellərindən məqsədyönlü istifadə ediralt standartını komponentlərə bölün və bilik kateqoriyasını, fəaliyyətin növünü (taksonomiyalara görə) müəyyənləşdirin.
Üç dost nəyi xoşladıqları haqqında söhbət edir. Anar deyir: “Mən bağda gəzməyi, quşların şən nəğmələrini dinləməyi, heyvanlara qulluq etməyi çox xoşlayıram”. Vüsal deyir: “ Mən idmanı çox sevirəm. Məktəbimizdəki idman dərnəyinə yazılmışam”. Elnur isə deyir:”Mən isə internetdə işləməyi çox xoşlayıram. Internet vasitəslə müxtəlif filmlərə baxmaq, maraqlandığın hər şeyin şəklini tapmaq mümkündür” dostların dərketmə üsullarını müəyyən edin.
Perennialist yanaşmaya əsasən təhsilin məqsədi
Təhsil ehtiyaclarının təmin edən hüquqi sənədlər, valideynin hüquq və vəzifələri
Müvəqqəti təlimata görə diaqnostik qiymətləndirmənin aparılması qaydaları
3.1.2. Mətni uyğun ton, temp, ritm və fasilə ilə oxuyur alt satndartı ilə “Kəşflər” mövzusuna əsasən təlim məqsədləri tərtib edin.
Yuxarıda tərtib etdiyiniz məqsədlər bazasında quracağınız dərs üçün motivasiya və tədqiat sualı yazın.
Təlim prosesinin keyfiyyətli təşkilində təhsil fəlsəfəsinin rolu və əhəmiyyəti
Perspektiv planlaşdırma aparmaq üçün müəllm üçün zəruri hesab edilən bacarıqlar
Gündəlik təlim planının mərhələləri
Bir gün qovaq agacına sarılmış qabaq özünü saxlaya bilməyərək, qovaq ağacından neçə ay ərzində belə boy atdığını soruşur.“On ildə”, – deyə qovaq ağacı cavab verir. “On ildə?” – qabaq təəccüblənir, gülür və çiçəklərini sallayır:
Mən demək olar ki, iki ayda sənin kimi olmuşam!
Doğrudur, – deyə qovaq ağacı cavab verir.
Günlər ötür, payızın ilk yelləri əsdikcə qabaq üşüməyə, sonra isə yarpaqlarını tökməyə başlayır. Nəhayət, qabağın “boyu” alçalmağa başlayır. Bunu görən qabaq narahatlıq içərisində qovaq ağacından soruşur:
Ay qovaq, mənə nə olur?
Ölürsən, – deyə qovaq ağacı dillənir.
Nə üçün?
Çünki sən mənim on ildə gəldiyim yerə iki aya gəlməyə çalışdın. Bax, buna görə, – qovaq köksünü ötürür. “Ucadan düşün” strategiyasının fəaliyyət ardıcıllığı ilə mətnin suallarını tərtib edin
5. 3.1.4. Mətndəki əsas fikri müəyyən ediralt standartını komponentlərə bölün və bilik kateqoriyasını müəyyənləşdirin.
Müxtəlif üsullarla dərketmənin təlimin təşkilinə təsiri
“Düzgün oxuma”meyarına görə rubriklər hazırlayın
3.1.4. Oxuduğu mətnin məzmununa münasibət bildirir alt standartının
fəaliyyət hissəsinin növünü və səviyyəsini müəyyənləşdirin
Essensialistlərə görə təhsilin vəzifələri
Məzmun standartlarının bilik komponentləri
Summativ qiymətləndirmənin üsul və vasitələri və qiymətləndirmə vasitələrinin hazırlanması prinsipləri
“20 yanvar” mətnində faktlara yazılı münasibət bildirir.
Həmin mətndə faktlara yazılı münasibət bildirir məqsədlərinə meyarlar hazırlayın.
Yuxarıda qeyd olunan məqsədlərə nail olmaq üçün təlim tapşırıqları hazırlayın.
Öyrədənin hüquq və vəzifələıri
Məzmun standartlarının fəaliyyət komponentləri və onların praktiki əhəmiyyəti
“Ucadan düşün” strategiyasının fəaliyyət ardıcıllığı
Oxuduğu“Yeni il gəlir” mətnində məntiqi ardıcıllığı müəyyən edir.
Həmin mətni məntiqi ardıcıllıqla danışır məqsədləri bazasında hazırladığınız dərsdə yaradıcı tətbiqetmə mərhələsi üçün tapşırıq tərtib edin.
“Məntiqi ardıcıllıqla oxuma” meyarına əsasən rubriklər hazırlayın.
Məzmun standartlarının müəyyən olunmasında taksonomiyaların rolu
Təlimin təşkilinə verilən əsas tələblər
Oxunun təşkili formaları
2.1.2. Müxtəlif mövzularda müzakirələr (təbiət, cəmiyyət, ailə, məktəb) aparır alt standartı və “Təbiəti qoruyaq” movzusu əsasında təlim məqsədləri tərtib edin.
Tərtib etdiyiniz məqsədlərə nail olmaq üçün müvafiq iş forması və iş üsulları müəyyən edin, inteqrasiya imkanları müəyyənləşdirin (fənnin adını qeyd etməklə)
Müasir qiymətləndirmənin əsasları və onun ənənəvi qiymətləndirmədən fərqli cəhətləri
Pişik pəyənn yanında yatmışdı. Bir sərçə onun qarşısına qondu. Pişik onu tutdu. Sərçə çırpındı, çırpındı, ancaq pişiyin pəncəsindən qurtula bilmədi.Əlacsız qalan sərçə pişiyə dedi:
Ay pişik, sən nə pintisən. Bax, burnuna da palçıq yapışıb.
Pişik pəncəsi ilə üzünü təmizləmək istəyəndə sərçə uçdu.Pişik sərçənin sözünə baxdığı üçün peşman oldu. Mətni strateji oxunun“Səbəb və keyfiyyət” forması baxımından təhlil edin
3.1.3. Mətnin məzmununa uyğun plan tuturalt standartının aid olduğu bilik kateqoriyasını müəyyənləşdirin
Təhsil fəlsəfəsi anlayışı
Təlimin təşkili formaları
Tədris vahidlərinin və mövzuların ardıcıllıq prinsipləri
3.1.1. Söz və ifadələri qrammatik-semantik xüsusiyyətlərinə görə fərqləndirirstandartı bazasında tədqiqat sualı və təlim tapşırırqları tərtib edin
Formativ dəftərçənizdəki qeydlərinizi təhlil edərkən belə bir faktla üzləşdiniz. şagird “mətnin məzmununu hissələrə ayırma” bacarığına görə ayrı – ayrı zamanlarda fərqli nailiyyətlər nümayiş etdirmişdi. Bəzən rubriklərin birinci səviyyəsinə, əsasən ikinci səviyyəyə, tək bircə dəfə isə üçüncü səviyəyə uyğun dəyərləndirilib. Bu fakt sizə hansı qənaətə gəlməyə əsas verir. Pedaqoq olaraq vəziyyəti dəyişmək üçün hansı addımları atardınız?
Öyrənənin hüquq və vəzifələri
Taksonomiya anlayışı
Perspektiv planlaşdırma aparmaq üçün müəllm üçün zəruri hesab edilən bacarıqlar
1.1.2 Dinlədiyi mətndəki əsas fikri müəyyən edir alt standartına “Mənim ailəm” mətninə uyğun təlim məqsədləri və qiymətləndirmə meyarları tərtib edin.
Şagird summativ qiymətləndirmələrdə I ksq-də 4, II ksq-da 3, III ksq-da 5 qiymətləri, bsq-da isə 4 qiyməti almışdır. Şagirdin yarımillik qiymətini düstura əsasən hesablayın.
Müxtəlif üsullarla dərketmə (Hovard Qardner nəzriyyəsi)
Təlimin təşkili üsulları
Planlaşdırmanın növləri
3.1.2. Mətndəki sözləri düzgün vurğu ilə oxuyur alt standartını biliyə və fəaliyyətə ayırın.
Şagird summativ qiymətləndirmələrdə I bsq-da 4, II bsq-da 3qiyməti almışdır. Şagirdin illik qiymətini summativ qiymətləndirmənin nəticələrinin hesablanması üçün təlimatda edilən dəyişiklik əsasən hesablayın.
Oxu strategiyaları anlayışı
Gündəlik təlim planının mərhələləri
Diaqnostik qiymətləndirmənin əsas xüsusiyyətləri, üsul və vasitələri
Şagirdlərə “Mənim ailəm” mövzusunda şifahi mətn qurmağı tapşırmısınız. Hansı dərketmə üsuluna aid olan şagird bu tapşırığın icrasında daha uğurlu nəticə göstərə bilər?Fikirinizi əsaslandırın.
2.1.2 Müxtəlif mövzulu dialoqlarda iştirak edir alt standartının təlim prosesində reallaşması üçün hansı iş üsuluna üstünlük verırdiniz? Səbəbi qeyd edin.
4.1.1.Verilmiş sözləri məna və qrammatik cəhətdən əlaqələndirərək cümlələr
qurur alt standartının bilik kateqoriyasını müəyyənləşdirin. Bu standartın reallaşması üşün təlim tapşırırqları tərtib edin.
Təlim prosesi zamanı mütəmadi keyfiyyət nümayiş etdirməyəyn şagirdin təhsilində keyfiyyəti təmin etmək üçün hansı qərarları verərdiniz? Sizcə hansı məqamlar tədqiq olunmalıdır?
Proqressivist yanaşma baxımından təlim prosesində öyrənənin və öyrədənin rolu
Əsas standart və alt standartların funksiyaları
Motivasiyanın mərhələləri və onların icrası üçün seçilmiş üsullar
I ksq 3, II ksq 4, III ksq 3 və bsq-dan 4 alan şagirdin movcud vəziyyəti hansı qənaətə gəlməyə əsas verər? Onun yarımillik qiymətini düstura əsasən hesablayın.
Adil bir neçə gün idi ki, dərsə gəlmirdi. Anası Mehdi müəllimə zəng edib oğlunun xəstələndiyini bildirmişdi. Sinif rəhbəri şagirdlərə xəstə yoldaşını ziyarət etməyi təklif etdi. Dərsdən sonra Mehdi müəllim və uşaqlar Adilin sevdiyi şokaladdan alıb onlara getdilər. Qapıda onları Adilin anası qarşıladı. O, uşaqları qonşu otağa dəvət etdi. Özü isə Mehdi müəllimə pıçıltı ilə nəsə dedi. Mehdi müəllim uşaqlara məlumat verdi ki, Adil qızılca olub və uşaqların onun otağına keçməsi doğru olmaz. Xəstə öz otağının qapısından boylanıb gələnlərə təşəkkür etdi. Amma müəllimin və yoldaşlarının onu ziyarəti Adilə xoş təsir bağışlamışdı. mətni strateji oxunun “Ardıcıllıq” forması baxımından təhlil edin.
Eksistensialist baxışlara əsasən məktəbin rolu
Gündəlik təlim planının mərhələləri
Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparilmasina dair müvəqqəti təlimata görə rubriklərin hazırlanması qaydaları
4.1.3 Sözlərdə böyük və kiçik hərflərin yazılış qaydalarına əməl edir alt standaratı və “R r” hərfinin yazılışı mövzusus əsasında təlim məqsədləri tərtib edin. Siz bu standartın reallaşması üçün hansı iş formasına üstünlük vürərdiniz? Seçiminizi əsaslandırın.
Şagird nailiyyətini qiymətləndirməkdə müəllimin əsas məqsədi nədir? Formativ dəftərçənizdə apardığınız qiymətləndirmədə afişa və dəvətnamə yazma bacarığına görə mütəmadi zəif, mətnin tərkib hissələri arasındakı mənitiqi ardıcıllığı müəyyən etmə bacarığına görə isə həmişə yüksək nəticə nümayiş etdirən şagirdinizin hansı dərketmə qabiliyyəti yüksəkdir, hansı isə inkişaf etdirilməlidir? Fikirinizi əsaslandırın.
Valideynin hüquq və vəzifələri
Gündəlik planda mərhələlər arasında əlaqə
Məktəbdaxili qiymətləndirmənin tərkib hissələri və əsas xüsusiyyətləri
3.1.4. Mətndəki əsas fakt və hadisələri seçir, qruplaşdırıralt standartının fəaliyyət növünü və taksonomik səviyyəsini müəyyənləşdirin.
“Qruplaşdırma” meyarına görə dörd səviyyədə rubriklər tərtib edin
Taksonomiyanın növləri
Yaradıcı tətbiqetmə mərhələsinin əhəmiyyəti
Formativ qiymətləndirmənin əsas xüsusiyyətləri, üsul və vasitələri və tətbiqi qaydaları.
Diaqnostik qiymətləndirmə nəticəsində bəlli oldu ki, şagirdlərinizin böyük qismi reallaşdırmağı nəzərdə tutduğunuz alt standartın tələbin artıq cavab verir, az sayda şagirdiniz isə bu tələbi ödəmir. Dərsin doğru təşkili üçün hansı qərarları verərdiniz? Qərarınız əsaslandırın.
2.1.3 Fikirlərini müqayisələr aparmaqla izah edir standartının bilik kateqoriyasını müəyyənləşdirin. Bu standartın reallaşması üçün üsulları müəyyən edin. Seçiminizi əsaslandırın.
Cari planlaşdırmanın aparılması qaydaları
Summativ qiymətləndirmənin əsas xüsusiyyətləri
Müxtəlif üsullarla dərketmə (Hovard Qardner nəzriyyəsi)
1.1.1. Müraciətdə ifadə olunan fikrə münasibət bildiriralt standartını fəaliyyətin növü və taksonomik mərhələsi baxımından təhlil edin.“Ad günü” mövzusu və həmin alt standart bazasında təlim məqsədləri tərtib edin.
“Ucadan düşün” üsulu ilə oxunun təşkili zamanı müəllimin üzərinə düşən funksiyaları qeyd edin. Sizcə bu üsul hansı kateqoriyaya aid oxucunun yetişməsinə xidmət edəcəkdir. Fikrinizi əsaslandırın.
Müvəqqəti təlimata əsasən summativ qiymətləndirmənin aparılması qaydaları
Strategiya ilə oxuda tətbiq olunan üsullar
Tapşırıqları ardıcıl icra etmə meyarına əsasən dörd səviyyədə rubriklər hazırlayın.
1.1.2. Dinlədiyi mətnin məzmununu hissələrə ayırır satandartının reallaşması üçün təlim tapşırığı tərtib edin. Sizcə bu standart reallaşarkən hansı dərketmə qabiliyyəti iti olan şagirdlər daha yüksək keyfiyyət əldə edəcəkdir? Fikrinizi əsaslandırın.
Məzmun standartlarının bilik komponentləri
Summativ qiymətləndirmənin nəticələrinin hesablanması üçün təlimatda edilən dəyişiklik
Təlimin təşkilinə verilən əsas tələblər
Şagirdin nailiyyət göstəriciləri aşağıdakı kimidir:
I ksq – 4, II ksq – 5, III ksq – 3. Pedaqoq olaraq bu vəziyyəti necə tədqiq etməyi düşünürsünüz? Yenidən keyfiyyəti təmin etmək üçün hansı addımları atmaq qərarı verərdiniz? Fikrinizi əsaslandırın.
2.1.2. Müzakirələrdə mövzu ilə bağlı fikirlərini bildirir standartının reallaşması istiqamətində hansı iş üsulu və iş forması seçmək daha məqsədəuyğun olardı? Seçiminizi əsaslandırın.