Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yenidən qurulması və əsaslı təmiri haqqında
MƏLUMAT
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı binası 1960-cı ildə tikilib istismara verilmişdir. Keçən 50 il müddətində teatr binası əsaslı təmir edilməmişdir.
Azərbaycan Respublikası Prezidentinin 1964 №-li 19 fevral 2007-ci il tarixli “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2009-cu il tarixli 228 №-li sərəncamlarına əsasən Dövlət Akademik Milli Dram Teatrı binasının müasir tələblər səviyyəsində tam yenidənqurulması işlərinə başlanılmışdır. Baş podratçı "Sa.NUR" MMC-dir.
Binanın təmir və yenidənqurma işləri 2010-cu il oktyabr ayında başa çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın iştirakı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təntənəli açılışı olmuşdur.
Teatr binasının 581 nəfərlik böyük zalı tam sökülərək yenidən bərpa edilmiş və zalın akustikasına xüsusi diqqət verilmişdir. Səhnə mexanikası, qurğu və avadanlıqları, eləcə də professional işıq, səs sistemləri Almaniya və Avstriya dövlətlərinin şirkətlərinə məxsus olaraq bu ölkələrin mütəxəssislərinin iştirakı ilə quraşdırılmışdır. Yeni 130 nəfərlik kiçik tamaşaçı zalı yaradılmışdır.
27 qrim otağı və 4 qrim sexi tam yeniləşdirilmiş, dekorasiya anbarı, dülgər, butafor (əlbəsə) və dərzi sexləri üçün yerləşgələr tikilmişdir. Bütün mühəndisi, xarici və daxili kommunikasiyalar (elektrik təchizatı, isitmə-soyutma, havalandırma, drenaj və s.) tam yenidən qurulmuşdur.
Yanğından mühafizə, internet şəbəkəsi, xəbərvermə və video müşahidə sistemləri quraşdırılmışdır.
Teatr müasir mebel və avadanlıqlarla təchiz edilmişdir.
Xidməti işçilər və əlillər üçün lift quraşdırılmışdır. Binanın fasadı yenidən bərpa edilmiş və ərazi tam abadlaşdırılmışdır. Ətrafda yaşıllıq salınmış və ağaclar əkilmişdir. Fasad və ərazinin işıqlandırılması tamamlanmışdır. İki ədəd fəvvarə və nasosxana yenidən qurulmuşdur.
Təmir və yenidənqurma zamanı Almaniya, Avstrya, Yaponiya, Türkiyə, İtaliya və digər ölkələrin material və avadanlıqlarından istifadə edilmişdir. Binanın memarlıq üslubu saxlanılmaqla yeni milli ornamentlərlə zənginləşdirilmişdir. Akademik Milli Dram Teatrı 2010-cu ilin oktyabr ayından fəaliyyətə başlamışdır.
Bakı şəhərində Nizami kinoteatrının binasında müasir tələblər səviyyəsində bərpa-yenidənqurma işləri barədə
məlumat
Nizami kinoteatrının binası Azərbaycanın məşhur memarları M.Useynov və S. Dadaşovun layihələri əsasında 1934-40-cı illərdə tikilmişdir. İstismara verildikdən bu günə qədər heç vaxt əsaslı təmir olunmamışdır.
Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2007-ci il tarixli, “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncamına uyğun olaraq 2008-ci ildən etibarən əsaslı təmir-tikinti işlərinə başlanılmışdır. Baş podratçı "Gilan İnşaat" MMC-dir.
Layihəyə əsasən yaradılacaq 4 kinozalda 808 tamaşaçı kreslosu quraşdırılacaqdır.
Müasir tələblərə cavab verən kino-teatrda Almaniyanın “Kinoton”, “ABD” firmasının avadanlıqları, kino və işıq sistemlərində, İngiltərənin “Martin Audio” markalı profesional avadanlıqları, səs sistemlərində Yaponiyanın “Sanyo” avadanlıqları, böyük zalda 5 dilə sinxron tərcümə sistemləri, bütün zallarda isə Video Proyektorlar nəzərə tutulmuşdur.
3D formatlı filmlərə xüsusi eynəklə baxmaq üçün rəqəmsal kino, həmçinin piratçılığa qarşı şifrələnmiş rəqəmsal kinokopiyanın peyk və ya sərt disk (HDD) vasitəsi ilə çatdırılması, yüksək keyfiyyətlə nümayiş etdirilməsi və bütün kinozalların bir məntəqədən idarə olunması nəzərdə tutulmuşdur. Binanın zirzəmi mərtəbəsi olmadığından kondisioner ventiliyasiya sistemlərinin avadanlıqları bina daxili müxtəlif mərtəbələrdə, çillerlər isə binanın damında yerləşdirilmişdir. Bu sistemlərdə quraşdırılması nəzərdə tutulan avadanlıqlar: kondisionerlər, fonkoyullar və çillerlər “Carrier” ABŞ istehsalı, nasoslar “WİLO” ventiliyatorlar “Sistemair”, qazanlar “WOLF” Almaniya istehsalıdır.
Binada su və qazla yanğınsöndürmə, xəbərvermə, tüstü sovurma, yanğın və tüstünün ilkin mərhələdə aşkar olunması, mühafizə siqnalizasiya yolları haqqında səsli xəbər vermə, yanğın hidrantları üçün 410m³ həcmində yeraltı su anbarı və nasosxana, 4 qrim otağı layihələndirilmişdir. Hal hazırda obyektdə işlər davam etdirilir.
Binanın 2011-ci ilin avqust ayında istismara verilməsi nəzərdə tutulmuşdur.
Bakı Şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində klub və
yeni kitabxana binası haqqında
məlumat
Azərbaycan Respublikası Prezidentinin 1338 saylı 27 fevral 2006-ci il tarixli sərəncamı ilə , klub və yeni kitabxana binasının tikintisi üçün layihə-smeta sənədləri” Azərmemarlayihə”DBLİ tərəfindən hazırlanmışdır. Baş podratçı "MAQ" Ltd. şirkətidir.
Plan ölçüləri 35,6x33,6 m olan klub və yeni kitabxana binası 2 mərtəbədən ibarətdir. Sahəsi 1104,27 m² olan 1-ci mərtəbədə kitabxana-oxu zalı, dərnəklər,artist otağı, bufet, 156 yerlik zal, rəsmxətt üçün dərnək və səhnə, sahəsi 958,87 m² olan 2-ci mərtəbədə isə inzibati otaqlar, musiqi və digər dərnəklər üçün otaqlar nəzərdə tutulmuşdur.
Zalda müasir tələblərə cavab verən linzalı projektorlar yerləşdirilmişdir ki, bu da səhnənin düzgün işıqlanması və səhnədə əlverişli iş rejimi yaradır.
Yükdaşıyan divarlar “kubik” daşından, arakəsmələr kərpicdən, mərtəbələrarası örtüklər monolit dəmir-betondan tavalardan yerinə yetirilmişdir. Dam örtüyü metal kirəmiddir.
Binanın istilik təchizatı ilə təmin olunması üçün muasir tələblərə cavab verən qazanxana tikilmişdir. Soyutma sistemi üçün kondisionerlər quraşdırılmışdır.
Enerji təchizatını yaxşılaşdırmaq üçün gücü 160 kVA olan transformator quraşdırılmışdır.
Binanın fasadı alkopan örtüklə üzlənmişdir. Həyətyanı sahəsi abadlaşdırılmış və yaşıllaşdırılmışdır. Dəhlizin, holun və tamburun döşəməsi və sütunları Türkiyə istehsalı olan mərmərlə, Sanitar qovşaqlar isə İtaliya istehsalı olan kafellə üzlənmişdir.Tamaşa zalının və səhnənin işıqlandırılma avadanlıqları və mebellər Türkiyə istehsalıdır.
Bina işçi komissiyası tərəfindən qəbul edilmiş, dövlət qəbul komissiyasının aktı hazırlanır. Hal-hazırda bina “Binə Mədəniyyət Mərkəzi“ adlanır. Binə Mədəniyyət Mərkəzinin tərkibində üç müəssisə fəaliyyət göstərir. 1-ci mərtəbədə klub və kitabxana, 2-ci mərtəbədə isə 24 saylı musiqi məktəbi yerləşir.
Azərbaycan Dövlət Film Fondunun yeni binası barədə
məlumat
Azərbaycan Respublikası Prezidentinin Azərbaycan kinosunun tarixini əks etdirən kinolentlərin və sənədlərin lazımi səviyyədə mühafizəsinin təmin edilməsi məqsədilə “Azərbaycan kino sənətinin inkişaf etdirilməsi barədə” 23 fevral 2007-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi üzrə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının həyətində Azərbaycan Dövlət Film Fondunun yeni 5 mərtəbəli binası inşa edilmişdir. Baş podratçı “Azkond” MMM-dir.
Yeni binasının inşası 2009-cu ilin aprel ayında başa çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın iştirakı ilə Azərbaycan Dövlət Film Fondunun yeni binasının təntənəli açılışı olmuşdur.
Binanın 3-cü və 4-cü mərtəbələrində müxtəlif illərin bütün növ kinolentlərinin qorunması üçün -16C0 -dən +18C0 qədər temperatur rejimi və 45%-dən 75%-ə qədər nəmişlik yaradılan 16 kamera yerləşir.
Kameralarda temperatur və nəmişliyi tənzimləyən avadanlıqlar Belçikanın “FRİGA-BOHN”, Almaniyanın “Danfoss” və “MUK-İUK” firmalarının istehsalıdır. Təbii gündəlik iqlimdən fərqli temperaturda və nəmişlikdə saxlanan materialların ətraf mühitə tədricən uyğunlaşdırılması üçün kameraların hər birinin girişində müvəqqəti saxlanma və adaptasiya üçün müxtəlif temperatur rejimli 2 tambur inşa edilmişdir.
Saxlanan lentlərin korlanmasının qarşısını almaq üçün kameraların yanğından mühafizəsi İtaliyanın “EİSİBİ İnpianiti” firmasının istehsalı olan qazla yanğınsöndürmə sistemi ilə həyata keçirilir.
Fondda kinolentlərin bərpası üçün laboratoriyalar, başqa lentə və ya rəqəmsal sistemə keçirilməsi üçün otaqlar ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Bütün avadanlıqlar Fransanın “STM DEBRİ” firmasının son istehsalıdır. Binada bərpa edilmiş filmlərin və yeni filmlərin qəbulu üçün hər biri ayrılıqda kinoproyeksiya avadanlığı ilə təmin edilmiş texniki nəzarət zalı və 120 yerlik tamaşaçı zalı vardır. Kinoavadanlıqlar Almaniyanın “Kinoton” firmasına məxsusdur.
Fondun binası bütün sistemlərin və fond əməkdaşlarının səmərəli işləməsi üçün ayrıca transformator yarımstansiyası, ehtiyat qida mənbəyi olan dizel qeneratoru, İtaliyanın “İ.Var” firmasının qazanları və Almaniyanın “Grunfos” firmasının nasosları, ABŞ-İtaliya “MK-Quay” firmasının soyuducu “Çiller AİSF” və “Çiller MS Smart” qurğuları və kameralarda lazımi rejimlərin tənzimlənməsi üçün avadanlıqlarla təchiz edilmişdir. Binanın içməli su və yanğından mühafizəsinin təminatı üçün hər biri 100m3 su tutumuna malik və Almaniyanın “Grunfos” firmasının nasosları ilə təmin olunmuş su anbarı inşa edilmişdir.
Binada daxili rabitə şəbəkəsi 128 portluq və 500 abonentlik ABŞ-İsrail “Coral Advantek ATS” firmasının, videonəzarət sistemi isə Yaponiyanın “SONY” firmasının avadanlıqları ilə həyata keçirilir.
Binanın daxilində Almaniyanın “Tisson” firmasının 1 sərnişin və 1 yük lifti quraşdırılmışdır.
Azərbaycan Dövlət Film Fondunun yeni binasının fasadı alkopan materialla üzlənmiş, gecə işıqlandırılması ilə təmin olunmuş, binanın ətrafında 2000m2 sahə abadlaşdırılmış və yaşıllaşdırılmışdır.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aparılmış
bərpa-yenidənqurma işləri barədə
məlumat
Bina 1969-cu ildə inşa edilmişdir. 1988-ci ildə memar Sənan Salamzadənin layihəsinə əsasən yenidən qurulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan teatr sənətinin inkişafı barədə” 19 fevral 2007-ci il tarixli sərəncamına əsasən binada bərpa-yenidənqurma işlərinə başlanmış və 2009-cu ilin aprel ayında başa çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın iştirakı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təntənəli açılışı olmuşdur. Baş podratçı Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin “Yol Qurğularının İstismarı Müəssisəsi” MMC-nin 69 nömrəli Yol İstismarı müəssisəsidir.
Binanın daxilində ikinci mərtəbənin foyesi və tamaşaçı zalı rekonstruksiya edilmişdir. Səhnə yenidən qurulmuş, 4-cü mərtəbədə 2 məşq zalı, 5-ci mərtəbədə isə kiçik tamaşaçı zalı yaradılmışdır.
22 (o cümlədən 3 VİP) qrim otağı müasir tələblər səviyyəsində təmir olunmuş, teatrın mebel və avadanlıqları tamamilə yenisi ilə əvəz olunmuşdur.
Binanın fasadı dəyişdirilərək spayder sistemli şüşə ilə örtülmüş və axırıncı mərtəbədə şüşə örtüklü kafe yaradılmışdır. Xarici fasadda panoram lifti quraşdırılmış və fasadın gecə işıqlanma sistemi yaradılmışdır.
Zalın akustik sistemi, işıqlandırma, səhnə mexanikası, səhnə səs və işıqlandırma sistemləri, professional səs sistemi, səsyazma studiyası ən müasir tələblərə cavab verən yeni sistemlərdir.
Bina üçün ayrıca qazanxana tikilmiş, “Çiller” soyuducu maşınlar və mərkəzi kondisionerlər qurulmuşdur.
Binanın elektrik təchizatı üçün transformator yarımstansiyası və ehtiyat qida mənbəyi olan dizel qenerator stansiyası inşa edilərək, avadanlıqlarla təchiz edilmişdir.
Təmir-yenidənqurma işləri zamanı Almaniyanın, Türkiyənin, İtaliyanın,ABŞ-ın müxtəlif firmalarının avadanlıq və materiallarından istifadə olunmuşdur.
Gənc Tamaşaçılar Teatrının ətrafında 1700m2 sahə abadlaşdırılmışdır.
Üzeyir Hacıbəyovun ev muzeyinin inzibati binasının
yenidənqurma işləri haqqında
məlumat
Üzeyir Hacıbəyovun ev muzeyi inzibati və muzey binası olmaqla iki korpusdan ibarətdir. Muzey binası Ş.Əzizbəyov küçəsi-67 ünvanda, inzibati bina isə Ş.Əzizbəyov69/71 ünvanında yerləşir.
Əsas bina 1898-ci ildə tikilmişdir. 2005-ci ildə əsaslı təmir olunmuşdur.
İnzibati binanın bütün konstruktiv hissələri, o cümlədən pilləkən və eyvanlar, mərtəbəarası və dam örtüyü konstruksiyaları, qapı və pəncərələr tam yararsız vəziyyətdə olduğu üçün əsaslı təmirə ehtiyac yaranmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25s nömrəli 8 fevral 2006-cı il tarixli sərəncamı ilə Üzeyir Hacıbəyovun ev muzeyinin köhnə inzibati binası hazırlanmış layihəyə əsasən tam sökülmüş, yerində yeni bina inşa edilmişdir. Baş podratçı “6-cı Mərtəbə” şirkətidir.
Binanın kürsü mərtəbəsində əsas və müvəqqəti fondlar, texniki otaq, sanitar qovşaqlar, anbar, mətbəx yerləşir.
1-ci mərtəbədə vestibul, direktor otağı, katibə otağı, elmi işlər otağı, dəftərxana yerləşir. Yeni inzibati binanın fasadı mövcud binanın fasadının aqlay elementlərinə uyğun işlənilmişdır.
2007-ci ilin sentyabr ayının 18-də dahi bəstəkar Üzeyir Hacıbəyovun 122 illik yubleyinə tövhə olaraq Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin iştirakı ilə yeni inzibati binanın açılışı olmuşdur.
Heydər Əliyev Sarayının əsaslı təmir və yenidən qurulması haqqında
məlumat
Heydər Əliyev sarayı 1972-ci ildə tikilib istismara verilmişdir. Keçən 35 il müddətində bina əsaslı təmir edilməmişdir.
Azərbaycan Respublikası Prezidentinin 1964№li 19 fevral 2007-ci il tarixli “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 42s 19 fevral 2006-cı il tarixli sərəncamına əsasən Heydər Əliyev sarayının binasının əsaslı təmiri və yenidənqurma işlərinə başlanmışdır. 2100 yerlik tamaşaçı zalı tam sökülərək yenidən bərpa edilmiş və zalın akustikasına xüsusi diqqət verilmişdir. Səhnə mexanikası, qurğu və avadanlıqları, eləcə də professional işıq, səs sistemləri, avtomatik su və qazla yanğısöndürmə, mərkəzi toz təmizləmə, mərkəzi kondisioner və havalandırma sistemləri, elektrik təhcizatı və tam güclə çalışan generator, 5 dillə sinxron tərcümə və sair sistemlər yenidən qurulmuşdur. Baş podratçı "Azəraqrartikinti" ASC və "PİM Proje Yönetim İnşaat Mimarlık Sanayi və Ticaret Anonim Şirketi"nin tam ortaqlığı şirkətidir.
Yanğından mühafizə, internet şəbəkəsi, xəbərvermə və video müşahidə, baş fasad pəncərələrində videoproeksiya sistemi quraşdırılmışdır. Xidməti işçilər və əlillər üçün liftlər quraşdırılmışdır. Binanın fasadı yenidən işlənmiş fasad işıqlanması və ətraf sahə tam abadlaşdırılmışdır.
Təmir və yenidənqurma zamanı Türkiyə, Almaniya, Finlandiya, İtaliya, ABŞ, Rusiya və digər ölkələrin material və avadanlıqlarından istifadə edilmişdir.
Heydər Əliyev sarayı 2008-ci ilin oktyabr ayında istismara təhvil verilmişdir.
Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində aparılan bərpa və əsaslı təmir işlərinin vəziyyəti haqqında
məlumat
R. Mustafayev adına Dövlət İncəsənət Muzeyi kompleksi üç binadan ibarət olacaqdır. Muzeydə əsaslı təmir işləri Niyazi küçəsi-11 və 9 ünvanında yerləşən iki bina və bu iki bina arasında tikintisi davam edən keçid korpusu ilə yekunlaşacaqdır.
Niyazi küçəsi-11 ünvanında yerləşən muzey binası 1885-1887-ci illərdə tikilmişdir. R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydiyyata salınmışdır.
Uzun illər istismar olunmuş bina heç vaxt əsaslı təmir olunmamış və nəticədə məsul konstruksiyalar, əsas divarlar, kommunikasiya xətləri və sair elementlər keyfiyyətini itirmişdir. Eyni zamanda muzeyin vəziyyəti müasir tələblər səviyyəsindən fərqli dərəcədə geri qalırdı.
Niyazi küçəsi-11 ünvanda yerləşən binanın ümumi sahəsi zirzəmi daxil olmaqla 5189,0 m2- dır.
Nazirlər Kabinetinin 2006-cı il tarixli 8 fevral 25s saylı sərəncamına əsasən muzey kompleksində əsaslı təmir işləri başlanmışdır. Baş podratçı "Azəraqrartikinti” ASC-dir.
Hazırda davam edən yenidənqurma işlərinin 1-ci mərhələsi tam yekunlaşmışdır. Belə ki, zirzəmi və üç mərtəbədən ibarət, sahəsi 5189,0 m2 olan 11 saylı muzey binası tam əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Binanın 1-ci mərtəbəsində ekspozisiya zalları, fotolaboratoriya, sərgilərin təşkili şöbəsi, bələdçilər otağı və digər köməkçi xidmətlər yerləşir. 2- ci mərtəbə bütövlükdə ekspozisiya zallarından ibarətdir. 3- cü mərtəbədə ekspozisiya zalları, muzeyin inzibati sahəsi, çini məmulatlar, boyakarlıq, tikmə, qiymətli metal, qrafika şöbələri, kompüter zalı, kitabxana və sair texniki otaqlar yerləşir. Binanın zirzəmi hissəsi əsasən fondların saxlanması və xidməti otaqlar üçün nəzərdə tutulmuşdur.
Muzey kompleksinin ərazisində yeni transformator y/stansiyası, qazanxana, yanğınsöndürmə su anbarı, mərkəzi kondisionerləşmə, isitmə və soyutma sistemləri quraşdırılmışdır. Muzey binasında bakteroloji və məişət tozlarını təmizləmək üçün mərkəzləşmiş toz təmizləmə sistemi quraşdırılmışdır. Binada xaricdən və daxildən video müşahidə, eksponatların fərdi mühafizə sistemi, yanğından xəbərvermə sistemi, səsləndirmə və sair sistemlər quraşdırılmışdır. Ərazi tam abadlaşdırılmışdır.
Muzey binasını təchiz edən bütün avadanlıqlar, qurğular, cihazlar və sistemlər normalara uyğundur və qabaqcıl xarici ölkələrin istehsalı olaraq, avropa standartlarına tam cavab verir. Muzeyin Niyazi küçəsi -11 ünvanında yerləşən binasında əsaslı təmir işləri tam başa çatmış, 2009-cu il sentyabr ayının 25-də ölkə prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə muzey binasının açılışı olmuşdur.
Azərbaycan Dövlət Kukla Teatrının binasında müasir tələblər
səviyyəsində bərpa-yenidənqurma işləri barədə
məlumat
Bina 1910-cu ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa etdirilmişdir. 1923-cü ildən bina müxtəlif təyinatlar üçün, 1931-ci ildən isə kukla teatrı kimi istismar edilməyə başlamışdır.
Binada bərpa-yenidənqurma işləri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 19 fevral 2007-ci il tarixli sərəncamına əsasən həyata keçirilmişdir. Baş podratçı "EMBAVVOOD İnşaat" MMC-dir.
Bərpa-yenidənqurma işləri 2007-ci ildə başlamış və həmin ilin dekabr ayında başa çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın iştirakı ilə Kukla Teatrının təntənəli açılışı olmuşdur.
Burada səhnə mexanikası, səhnə səs və işıq sistemləri, professional səs sistemləri ən müasir tələblərə cavab verən avadanlıqlarla yenidən qurulmuşdur.Səhnə və 200 yerlik tamaşaçı zalı, həmçinin qrim otaqları tam təmir olunmuşdur. 2-ci mərtəbədə eyni zamanda kiçik tamaşaçı zalı kimi də fəaliyyət göstərə bilən məşq zalı yaradılmışdır.
Binanın damı yenidən qurulmuş, fasadı bərpa edilmişdir. Dənizin yaxınlığı nəzərə alınaraq kürsü hissəsi ağlay daşla üzlənmişdir. Kukla teatrının binasının fasadı xarici işıqlandırma ilə təmin olunmuşdur.
Binanın birinci mərtəbəsində Toğrul Nərimanbəyovun məşhur 260 m2 pannosu müəllifin özü tərəfindən bərpa olunmuşdur.
Bina ən müasir isitmə-soyutma sistemləri, müasir tələblərə cavab verən yanğınsöndürmə sistemi, siqnalizasiya sistemi və videomüşahidə sistemi ilə təmin olunmuşdur. İşməli su tələbatını və yanğınsöndürmə sistemini təmin etmək üçün ayrı-ayrı su hövzələri qurulmuşdur.
Binanın tarixi abidə olduğu nəzərə alınaraq bərpa-yenidənqurmə işləri zamanı tələb olunan qaydalara maksimum riayət olunmuşdur.
Beynəlxalq Muğam Məkkəzinin yeni binası barədə
məlumat
Beynalxalq Muğam Mərkəzinin yeni binası Dənizkənarı Milli Parkın ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyun 2006-cı il tarixli, 167s nömrəli sərəncamı ilə inşa edilmişdir. Baş podratçı "AİKON SPİT" MMC-dir.
Binanın inşası 2006-cı ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təməlqoyma mərasimi ilə başlanmış və 2008-ci ilin dekabr ayında başa çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin yeni binasının təntənəli açılışı olmuşdur.
Binanın görünüşü tarın böyük çanağı və qolu, kamançanın çanağı formasındadır.
Fasadlar spayder tipli şüşədən və alkopan materialdan, damlar isə yenə şüşədən və paslanmaz dəmirdən ibarətdir.
Bina öz görünüşünə görə dünyanın ən gözəl binalarından biridir. Bina, ətrafında yaradılmış və yaşıllaşdırılmış 6000 m2 sahə ilə tam vəhdət təşkil edərək zövqləri oxşayır. Sanki daş dövrünün qabaldaş musiqisindən başlayan musiqi nuru müasir 7 muğamımıza axıb gəlir.
Binanın 360 yerlik tamaşaçı zalı akustik həllinə görə nümunəvidir.
Səhnə qalxıb enəndir, görkəminə və quruluşuna görə təkrarolunmazdır.
Baxmayaraq ki, binanın divarlarının və damının xeyli hissəsi şüşədəndir, isitmə və soyutma məsələləri tam şəkildə həll olunub. Belə ki, ayrıca qazanxana, soyuducu qurğular, havalandırma üçün mərkəzi kondisionerlər bütün texniki tələblərə cavab verən ən aparıcı istehsalçıların istehsalıdır. Bina üçün ayrıca transformator yarımstansiyası və ehtiyat qida mənbəyi olan dizel qeneratoru qurulub.
İşıqlandırma, professional səs və işıq sistemləri, səhnə səs və işıq sistemləri bütün tələblərə tam cavab verir.
Binada müasir yanğınsöndürmə sistemi və videomüşahidə sistemi qurulmuşdur. İçməli su və yanğınsöndürmə sistemi zirzəmidə tikilmiş 300m3 su hövzəsindən təmin olunur. İstifadə olunan su 4 mərhələli filtr sistemindən süzülür.
Tikintidə ABŞ, İtaliya, Almaniya, Türkiyə və digər ölkələrin müasir avadanlıq və materiallarından istifadə olunmuşdur.
Beynalxalq Muğam Mərkəzi bəşəriyyətin şifahi və qeyri-maddi irsinə dair “Dünya İrs siyahısı”na daxil edilmiş Azərbaycan muğamına dəyərli töhfədir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı
binası haqqında
məlumat
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.02.05 ci il tarixli 33S saylı sərəncamı ilə Azərbaycan Dövlət Rus Dram Teatrı binasında bərpa -gücləndirmə işlərin layihəsi yekunlaşmış və obyektin tikintisi 25 dekabr 2006 cı il tarixində başlanmışdır. Baş podratçı "Nurgün İnşaat Ltd" Firmasıdır.
S.Vurğun adına Dövlət Rus Dram teatr binası 20-ci əsrin əvvələrində tikilmiş 32,2x38,8 m ölçülü 3 mərtəbəli hissədən və sonralar 20-ci əsrin 60-cı illərində tikilmiş ölçüləri 12,2x36 m olmaqla 6 mərtəbəli və planda ölçüləri 8,9x16,6 m olmaqla 2 mərtəbəli hissələrdən ibarət olub və 2006-cı ilə qədər əsaslı təmir olunmamışdır.
Binanın təmir və yenidənqurma işləri 2008-ci ilin aprel ayında başa çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın iştirakı ilə Səməd Vurğun adına Dövlət Rus Dram Teatrını təntənəli açılışı olmuşdur.
Teatr binası 547 yerlik tamaşaçı zalı tam sökülərək yenidən bərpa edilmişdir. Səhnə mexanikası, qurğu və avadanlıqları, eləcə də profesional işıq və səs sistemləri, Almaniya və Avstriya dövlətlərinin avadanlıqları ilə təchiz olunmuşdur.
22 qrim otağı və qrim sexləri tam yeniləşdirilmiş, dekorasiya anbarı, dülgər, butafor və dərzi sexləri yeni avadanlıqlarla və bütün mühəndisi, xarici və daxili kommunikasiyalar (elektrik təchizatı, isitmə soyutma, havalandırma, drenaj və s.) tam yenidən qurulmuşdur.
Yanğından mühafizə, internet şəbəkisi, xəbərvermə və video müşahidə sistemləri quraşdırılmışdır.
Teatr müasir mebel və avadanlıqlarla təchiz edilmişdir.
Təmir və yenidənqurma zamanı Almaniya, Avstriya, Yaponiya, Türkiyə, İtaliya və digər ölkələrin material və avadanlıqlarından istifadə edilmişdir.
Bina dövlət qəbul komissiyası tərəfindən qəbul edilmiş və istismara verimişdir.
Siyəzən şəhər Uşaq İncəsənət Məktəbinin tikintisi haqqında
məlumat
Siyəzən şəhər Uşaq İncəsənət məktəbinin tikintisinə Azərbaycan Respublikasının Prezidentin 3 avqust 2005-ci il tarixli, 935 nömrəli “Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlər haqqinda” sərəncamının yerinə yetirilməsinin icrası olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.02.2008-ci il tarixli 44 s saylı sərəncamı ilə 2008-ci ilin dekabr ayında başlanmışdır. Baş podratçı "Azərbərpa" MMC-dir.
Musiqi məktəbinin binası yeni tikili olaraq ümumi sahəsi 571.08 .0 m2 olan iki mərtəbədən ibarətdir. 200 nəfərlik musiqi məktəbində 16 sinif otağı , 84 nəfərlik akt zalı, yeməkxana və mətbəx, direktor otağı və müəllimlər otağı, qəbul otağı, sanitar qovşaqları və s.köməkçi otaqlar vardır.
Ərazidə müstəqil qazanxana , nasosxana, 50 m3-luq içməli su anbarı, 100 m3-lik yanğınsöndürmə su anbarı inşa edilmiş, məktəb binası yanğınsöndürmə, yanğından mühafizə siqnalizasiyası ilə təmin edilmişdir. Məktəbin həyətyanı sahəsində abadlıq işləri aparılmış ,asfalt örtük döşənmişdir, qazon örtük salınmış, ağaclar əkilmişdir.
Məktəb binası 2010-cu ildə istifadəyə verilmişdir.
Zərdab şəhər Uşaq İncəsənət Məktəbinin tikintisi haqqında
məlumat
Zərdab şəhər Uşaq İncəsənət məktəbinin tikintisinə Azərbaycan Respublikasının Prezidentin 3 avqust 2005-ci il tarixli, 935 nömrəli “Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlər haqqında” sərəncamının yerinə yetirilməsinin icrası olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.06.2007-ci il tarixli 168 s saylı sərəncamı ilə dekabr 2007-ci ildə başlanmışdır. Baş podratçı “Təsərrüfat Hesablı İxtisaslaşdırılmış İstehsalat Müəssisəsi” MMC-dir.
Musiqi məktəbinin binası yeni tikili olaraq ümumi sahəsi 571.08 m2 olan iki mərtəbədən ibarətdir. 200 nəfərlik musiqi məktəbində 16 sinif otağı , 84 nəfərlik akt zalı, yeməkxana, müəllimlər otağı, sanitar qovşaqları və sair köməkçi otaqlar vardır. Otaqlar mebel və avadanlıqlarla təchiz olunmuşdur.
Ərazidə müstəqil qazanxana, 100 m3-lik içməli su və yanğınsöndürmə su anbarı tikilmişdir. Məktəb yanğından mühafizə siqnalizasiyası ilə təmin edilmişdir.
Məktəbin həyətyanı sahəsində abadlıq işləri aparılmış, asfalt örtük döşənmiş, qazon örtük salınmış, güllər əkilmişdir.
Məktəb binası 2009-cu ildə istifadəyə verilmişdir.
Dostları ilə paylaş: |