Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ


İNŞAAT VƏ MELİORASİYA İŞLƏRİNDƏ TƏHLÜKƏSİZLİK TEXNİKASI



Yüklə 1,16 Mb.
səhifə106/114
tarix13.02.2022
ölçüsü1,16 Mb.
#114355
1   ...   102   103   104   105   106   107   108   109   ...   114
AZ rbaycan d VL t aqrar universiteti nformasiya texnologiyalari

İNŞAAT VƏ MELİORASİYA İŞLƏRİNDƏ TƏHLÜKƏSİZLİK
TEXNİKASI

Meliorasiya və hidrotexniki tikintilərdə suvarma, qurutma şəbəkələrinin və su anbarlarlarının inşaasında, bəndlərin ucaldılması, sahələrin hamarlanması, dərin çala və karxanaların işlənməsində torpaq işləri əsas yer tutur. Bu işlər çox vaxt mürəkkəb və əlverişsiz şəraitlərdə aparıldığı üçün melioratorların əməyində təhlükəsizlik məsələlərinin həllinə ciddi diqqət verilməlidir.

Torpaq işlərində zədələnmələrin əsas texniki səbəbləri çuxurların uçulmasıdır. Çünki bu işlərdə çuxurlar əvvəlcə yumşaldılır, nəticədə onların strukturu pozulur, hissəciklər arasındakı əlaqə itir və xüsusi tədbirlər görülmədikdə torpaq kütləsi uçub-aşır. Qazma dərinliyi artdıqda bu təhlükə də artır. Torpaq işlərində bədbəxt hadisələr maşın və mexanizmlərin təhlükəsiz istismar qaydalarının pozulması nəticəsində də baş verə bilər.

Torpaq işlərində suxurların dayanıqlığını təmin etmək üçün iki üsuldan istifadə edilir: yamacların qurulması və bərkidicilərin qoyulması.

Mürəkkəb hidrogeoloji şəraitdə (qrunt sularının səviyyəsi yüksək olduqda, su-xurların sürüşdüyü və çökdüyü zonalarda) torpaq işləri yalnız fərdi icra layihələri əsasında aparılmalıdır.

Torpaq işləri görülən sahədə işləyən yeraltı kommunikasiyalar (elektrik kabeli, qaz xətti və i.a.) vardırsa, işə başlamaq üçün onları istismar edən təşkilatlardan yazılı icazə və kommunikasiyaların yerləşmə sxemi alınmalıdır. Kommunikasiyaların yeri iş sahəsində müvafiq nişan və yazılarla göstərilməlidir.

İstismarda olan yeraltı kommunikasiyaların təsir zonasında torpaq işləri ustanın və ya iş icraçısının bilavasitə rəhbərliyi altında aparılmalıdır. Gərginlik altında olan elektrik kabellərinin və istismarda olan qaz xətlərinin mühafizə zonalarında isə bundan əlavə, işin gedişini elektrik və ya qaz təsərrüfatının nümayəndəsi də müşahidə etməlidir.

Torpaq işləri zamanı qarşıya sxemdə göstərilməmiş yeraltı kommunikasiya və ya zəhərli qaz çıxarsa, iş rəhbəri işi saxlayıb işçiləri təhlükəli zonadan kənar etməlidir. Yalnız aşkar edilmiş maneənin xarakteri müəyyən edildikdən və uyğun təhlükəsizlik tədbirləri görüldükdən sonra həmin yerdə torpaq işlərini davam etdirmək olar.

Torpaq işləri zamanı təsadüfən aşkar edilmiş yeraltı qazların təhlükəliyini qaz analizatoru və ya şaxtaçı lampası ilə yoxlayırlar.

Yeraltı kommunikasiyaların bilavasitə yaxınlığında qazma işlərinin mexanizm-lərlə, zərbə alətləri ilə (ling, külüng, pnevmatik alət) aparılmasına icazə verilmir. Burada qazma işləri yalnız kürək vasitəsilə, zərbəsiz hərəkətlərlə görülməlidir.

Müxtəlif profilli qazıntılar (xəndək, çala) yamaclı və şaquli divarla (divarları bərkidilmədən və bərkidilərək) qazıla bilər. Bütün hallarda xüsusi təhlükəsizlik şərt-lərinə əməl edilməlidir.

Qruntun yamaclı işlənməsi. Dərin xəndək və çalaların yamaclı qazılması daha əlverişlidir. Burada qazıntı yamaclarının dayanıqlığı yamaclıq bucağının (yamacın istiqaməti ilə üfüqü müstəvi arasındakı bucaq) qiymətindən, qazıntının dərinliyindən və qruntun xarakterindən asılıdır.

Xəndək və çala işlənməzdən əvvəl yamacların təhlükəsizliyini təmin edən diklik təyin edilməli və yamacın formalaşdırılma üsulu seçilməlidir. Dərinliyi 5 m-ə qədər olan qazıntılarda təhlükəsizliyi təmin etmək üçün yamacın buraxılabilən və böyük dikliyini qruntun növündən asılı olaraq təyin edirlər.

Torpaq işləri müxtəlif qruntlu laylarla aparıldıqda yamacın bütün laylar üçün ümumi dikliyini ən zəif qrunta görə seçirlər.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin