Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ


Yığım maşınlarında işləyərkən təhlükəsizlik tədbirləri



Yüklə 1,16 Mb.
səhifə87/114
tarix13.02.2022
ölçüsü1,16 Mb.
#114355
1   ...   83   84   85   86   87   88   89   90   ...   114
AZ rbaycan d VL t aqrar universiteti nformasiya texnologiyalari

Yığım maşınlarında işləyərkən təhlükəsizlik tədbirləri
Məlumdur ki, məhsul yığımında müasir və mürəkkəb konstruksiyalı maşınlar işlədilir. Belə maşınlardan düzgün istifadə edilmədikdə və ya istifadə edərkən təhlü-kəsizlik tədbirləri yerinə yetirilmədikdə işçilər ağır zədələnir və peşə xəstəliklərinə tutulur.

Ümumiyyətlə , yığım maşınlarında işləmək üçün 18 yaşından yuxarı xüsusi ha-zırlıq kursu keçmiş, maşını yaxşı idarə edə bilən, ixtisas komissiyasına imtahan verə-rək vəsiqə almış sağlam işçilər qəbul olunmalıdır. Həm də onlar yalnız təlimatlan-dırıldıqdandan sonra işə buraxılmalıdır. Əgər müəssisənin öz mexanizator kadrla-rından mövsümlə əlaqədar yığım maşınında işləməyə keçirilərsə, bu, idarə hey-yətinin qərarı və ya təsərrüfat rəhbərinin əmri ilə sənədləşdirilməlidir. İşə başla-mazdan əvvəl işçilər işin xarakterinə uyğun fərdi mühafizə vasitələri və xüsusi ge-yimlərlə təmin olunmalıdır.

İşçilər qıpçaq geyinməli, paltarlarının yaxud yaxa və qollarını düymələməli, qadınlar əlavə olaraq saçlarını da qıpçaq yığaraq ləçəklə bağlamalıdır.

İşə başlayarkən maşının traktorla etibarlı birləşməsi (əgər maşın traktora qoşu-landırsa), kardan ötürmələrində örtüklərin olması və birləşmələrin, siqnalların sazlığı (əgər aqreqatla bir traktorçu xidmət edərsə) və traktorun vəziyyəti yuxarıda deyilən qaldada yoxlanmalıdır.

Maşın özüyeriyəndirsə, onun ümumi vəziyyətini nəzərdən keçirib, bütün bir-ləşmələrini yoxlamalı, tormoz sisteminə, sükan idarəsi mexanizminə, ilişmə mufta-sına və s. diqqət yetirilməlidir.

Pambıqyığan maşınlarda hərəkətötürücü quruluşların eləcə də yığıcı aparatın örtüyü, aparatın qəbul kamerasındakı yoxlama pəncərələri qapaqlarının asan hərəkət etməsi mühərrikin qidalanma sistemindən yanacağın axıb-axmadığı, elektrik avadan-lığının vəziyyəti yoxlanmalı, mühərrikin xaricetmə kollektorunun örtüyü zibildən təmizlənməli, maşında qığılcımsöndürənin sazlığına və kimyəvi köpüklə işləyən od-söndürənin (OУ-2 və ya OУ-5) olmasına yəqinlik hasil edilməlidir. Bundan sonra mühərrik işə salınaraq aparatın hidravlik sistemi, habelə transportyorların vəziyyəti yoxlanmalıdır. Quru tozlu havadırsa, qoruyucu eynək taxmalı və sahədə elə vəziyyət seçilməlidir ki, külək həmişə işçinin üzünə vursun.

İş zamanı maşını yalnız ona təhkim olunmuş sürücü idarə etməli, küçələrdə, yollarda çox yüksək sürətlə sürməməli, küçə hərəkəti qaydalarına danışıqsız riayət etməli, döngələrdə, enişli-yoxuşlu yollarda ehtiyatlı olmalı, maşında hər hansı nasaz-lıq hiss edildikdə O dayandırılıb mühərrik söndürüldükdən sonra təmir və ya təmiz-ləmə işi aparılmalıdır.

Şpindellərdə, transportyorlarda və başqa hərəkətli hissələrdə yığım məhsuldar-lığının , bitki qalığının və s. yığılması nəticəsində tutulma alındıqda maşın dayandırıl-malı, sürətlər qutusunun və reduktorun dəstəkləri neytral vəziyyətdə qoyularaq, mühərrik söndürüldükdən sonra tutulan hissələr ağac dəstəkli metal şotka, çəngəl və s. vasitəsilə təmizlənməlidir.

Yığılan məhsul boşaldılarkən maşın üfüqi vəziyyətdə saxlanmalı və bunker tədricən qaldırılmalıdır.

Pambığın zibil və çirkdən təmizlənməsi üçün УПХ-15 markalı təmizləyici maşınlardan da geniş istifadə edilir.

Maşın sahədə üfüqi vəziyyətdə saxlanıb, təkərləri bağlanmalıdır. Ona xidmət işi bu maşınlarda kifayət qədər səriştəsi olan işçilərə tapşirila bilər. Hərəkət traktorun gücayırma valından qayışla ötürüldükdə qayışın hərəkət zonası müvəqqəti çəpər-lənməli və kənar işçilərin qayışa yaxınlaşmasına icazə verilməməlidir.

Maşının işçi orqanlarında hər hansı pozğunluq baş verdikdə, bu , yalnız maşın dayandırılıb hərəkətötürən qayış çıxarıldıqdan sonra, yardımçı avadanlıqla təmizlənib sazlanmalıdır.

Taxılyığan kombaynlar daha mürəkkəb yığım maşınlarıdır, bunların idarə olunması kombaynçı vəsiqəsi olan ixtisaslı mexanizator kadrlarına tapşırıla bilər.

Kombaynları idarə edən mexanizatorlar və onların köməkçıləri təlimatlandı-rılmalı, qoruyucu eynək, əlcək və xüsusi geyimlə təmin olunmalıdırlar. İşçilər qıpçaq geyinməli, qadınlar saçlarını yığıb ləçəklə bağlamalıdırlar.

Kombayn işə hazırlanarkən kombaynçı mühərrikin qidalanma sistemindən yanacaq axmasını, hərəkətötürən qayış və zəncirlərin vəziyyətinin, nizamlanmasını, hidravlik sistemin birləşmələrini, tormozları, sükan idarəsi mexanizmini, nərdivan-ların, meydançaların, məhəccərlərin, hərəkət ötürən hissələrin mühafizə örtüklərinin varlığını və etibarlı bərkidilməsini, habelə yanğına qarşı mübarizə avadanlığını, ilk yardım apteçkasını, küləş sarınan yerləri təmizləmək üçün qarmağı, metal şotkanı, bunkerdən dəni itələmək üçün ağac kürəyi və s. yoxlamalıdır.

Mühərrikin yanacağı, yağı, suyu, elektrik avadanlığı, biçən aparatda, trans-portyorda kənar avadanlığın, iş əşyalarının olmadığı yoxlanıb mühərrik işə salınmalı, kombaynın döyən aparatı işə qoşulmalı, boş hərəkətdə və müxtəlif iş rejimlərində bütün mexanizm və qovşaqların işi yoxlanmalıdır. Bundan sonra kombayna kotman-layıcı qoşulur və xəbərdarlıq siqnalı verilməklə sürülüb sahəyə gətirilir. Bu zaman ehtiyatlı olmalı, hərəkət edən nəqliyyat vasitələrindən 30...35 m, qarşıdan gələn nəqliyyat vasitələrindən isə 2...2,5 m ara məsafəsi saxlanmalı, döngələrdə 1,1

m/san sürətlə hərəkət etməli, enişli-yoxuşlu yollarda sürəti dəyişdirməməli, əgər məc-buri olaraq sürəti dəyişdirmək lazım gələrsə, onda bu iş mütləq maşın tormoz-landıqdan sonra görülməlidir.

Sahədə işləyərkən yerin relyefi nəzərə alınmalı, yoxuşluğu 10...150–dən artıq olan sahələrdə biçin yalnız dağ kombaynları ilə aparılmalıdır.

İş zamanı kombaynçı diqqətli olmalı, aqreqatın bütün mexanizmlərinin işini izləməli, maşında qoyulan siqnalizasiya sisteminin işarələrinə diqqət yetirməlidir. Sahədən elektrik xətti keçirsə, məftil ilə kombaynın ən yuxarı nöqtəsi arasındakı məsafə buraxılabilən həddə olmalıdır.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin