Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ


Qaynaq işlərində təhlükəsizlik tədbirləri



Yüklə 1,16 Mb.
səhifə86/114
tarix13.02.2022
ölçüsü1,16 Mb.
#114355
1   ...   82   83   84   85   86   87   88   89   ...   114
AZ rbaycan d VL t aqrar universiteti nformasiya texnologiyalari

Qaynaq işlərində təhlükəsizlik tədbirləri
Elektrik qaynağı zamanı elektrik qövsü alındığına görə görünən və görün-məyən parlaq işıq şuaları (ultrabənövşəyi və infraqırmızı) görmə orqanına kəskin tə-sir göstərir. Parlaqlığın və ultrabənövşəyi şüanın təsiri gözün tor təbəqəsini, görmə sinirlərini zədələyir, 1...3 gün müddətində davam edən kəskin ağrı hiss olunur. Əgər bu təsir uzunmüddətli olarsa, gözün xroniki xəstələnməsinə və hətta korluğa səbəb ola bilər.

İnfraqırmızı şüanın təsiri ilə dərinin açıq sahələri yanır. Digər tərəfdən elektrod yanarkən üzərindəki flüsün, qaynaq edilən metal üzərindəki yağlama materialları qalıqlarının və s. yanması nəticəsində karbon oksidi, toz və s. yaranır ki, bunlar da tənəffüs yolları vasitəsilə orqanizmə daxil olaraq zəhərlənməyə, tənəffüs orqanlarının zədələnməsinə səbəb ola bilir. Bunlardan başqa, elektrik qaynağında 70...120 V-a qədər gərginlik tələb olunduğu üçün gərginlik altına düşmək təhlükəsi ola bilər. Qaynaq zamanı elektrik qövsündən yaranan 3000...50000C istilik orqanizmə güclü təsir göstərir. Odur ki, qaynaq sahəsinin ventilyasiya sistemi elektrik qaynağı aparılarkən 1 kq elektrod sərf olunduqda 1500...2000 m3/saat hava mübadiləsini tə-min etməlidir. Qaynaq aparılan sahələrdə avadanlığın və əmək şəraitinin təşkili DÜİST 12.208 -75–in tələbinə uyğun gəlməlidir. Buna görə də bir sahədə bir neçə qaynaqçı işləməli və böyük sexin bir tərəfində qaynaq aparılmalı olduqda qaynaqçıların iş yeri qalan sahədən metal arakəsmə ilə ayrılmalıdır. Hər qaynaqçı üçün 4.4...5 m2 sərbəst sahə qalmalı və arakəsmə tavandan 0,25...0,3 m aşağı dayanmalıdır. Qaynaq stolunun və transformatorun gövdəsi yerləbirləşmə quruluşuna birləşdirilməlidir. Qaynaq edilən təkərli və ya tırtıllı maşın elektriki pis keçirən mate-rial (taxta və s.) üzərində dayansa da, gövdəsi mütləq yerlə birləşdirilməlidir. Açıq havada qaynaq ancaq çardaq altında və ya yağmursuz havada aparılmalıdır. Trans-formator kabellərinin izolyasiyası normal ПРГД və ya КРТП tipli, eləcə də elektrod tutucusu standart quruluşda olmalı, kabel qayka ilə etibarlı bağlanmalıdır. Trans-formatr dövrəyə yalnız standart avadanlıqla qoşulub açılmalıdır.

İçərisində yanacaq-yağlama materialları olan qablar 12 % -li kaustik soda məhlulu və isti su ilə yuyulub qurudulduqdan sonra qaynaq olunmalıdır.

Qaynaqçı cərəyanın qiymətinə görə ЭС-1, ЭС-2, ЭС-3 və ЭС-4 markalı mas-ka (DÜİST 12.5.035-78) və ya qara şüşəli eynək kimi fərdi mühafizə vasitələri, habelə brezent əlcək və xüsusi geyimlə təmin olunmalıdır.

İri çən və qazanların içərisində qaynaq aparıldıqda qaynaqçı rezin şlyom geyin-məli və yanında qaynaq işi qurtaranadək bir nəfər təlimatlandırılmış nəzarətçi olma-lıdır. Qaynaq nəm otaqlarda və ya nəmişlik şərairində aparılarkən qaynaqçı rezin əl-cək və qaloş geyib, rezin xalça, yaxud quru taxta ayaqaltı üzərində dayanmalıdır.

Qaz qaynağı əsasən oksigen və asetilenin qarışığı ilə aparılır. İş vaxtı qaz ba-lonunun çıxış borusuna r e d u k t o r (yüksək təzyiqi işçi təzyiqə qədər alçatmaq üçün) bağlanmalı, onun iki manometri və kranı olmalıdır. Reduktordakı mano-metrlərdən biri yüksək təzyiqi, o biri isə alçaq təzyiqi göstərir. İş zamanı balonda 19,62.104 Па təzyiq saxlamalı, yəni balon tam boşaldılmalıdır.

Qaynaq üçün asetilen ya balonlarda gətirilir, ya da asetilen generatorlardan gö-türülür. Asetilen generatorlarda kalsium karbidlə su arasında kimyəvi reaksiya ge-dərək sönmüş əhəng və asetilen alınır: CaC2 = 2H2O = Ca(OH)2 + C2H2. Beləliklə, 1 kq kalsium karbidlə 10 l su arasında gedən reaksiyadan 250 litrə qədər asetilen alınır. 16 kq kalsium karbiddən alınan asetilenin yaranmasına 5 m3 oksigen sərf olunur. İş zamanı generatorun istismar qaydasının pozulması ciddi təhlükəli partlayış törədə bilər.

Açıq havada işlədildikdə asetilen generatoru adamlar az olan sahədə, qaynaqçı-dan azı 10 m aralı yerləşdirilməlidir. Oksigen balonu isə qaynaqçıdan azı 5 m aralı olmalıdır. Qaynaq qapalı binalarda aparıldıqda isə asetilen generatoru odadavamlı materialdan tikilmiş (sərbəst hündürlüyü azı 3m olan) ayrıca otaqda yerləşdirilməli, otağın qapısı çölə açılmalı, yaxşı ventilyasiya olmalı, həcmi isə generatorun məh-suldarlığına uyğun gəlməlidir. Məhsuldarlıq 10,20,30 m3/saat olduqda otağın həcmi buna uyğun 60,80, və 100 m3 olmalıdır.

Generatorun konstruksiyasında karbit ovuntusundan istifadə üçün quruluş nəzərdə tutulmursa, həmin ovuntudan istifadə edilməməlidir. Generator karbidlə dol-durulduqdan sonra qaz buraxırsa, bunu yalnız sabunlu su ilə yoxlamaq lazımdır. Ge-riyə zərbə zamanı generatora alov daxil olarkən və ya ona düşən mexaniki qarışıqlar asetilenlə birləşərək partlayış təhlükəsi yaradarkən generatoru və onun qaz keçirən hissəsini mühafizə etmək üçün su qapayıcısı qoyulmuşdur.

Generatorda alınan sönmüş əhəng ancaq müəyyən sahədə toplanmalı və yanın-da “Oddan təhlükəlidir” sözü yazılmış lövhə vurulmalıdır.

Karbid quru binalarda saxlanmalı, istifadə zamanı qablar ehtiyatla açılmalıdır. Bu məqsədlə ancaq mis alətlərdən istifadə olunmalıdır.

Qaynaq aparılan sahələrdə iş yeri elə təşkil olunmalıdır ki, keçidlərdən və ava-danlığın tutduğu sahədən başqa, hər işçıyə 4...5 m2 sərbəst sahə düşsün. Qaynaq sahə-sindəki ventilyasiya hər 1 m3 asetilen sərf olunmasına 1000...1500 m3/saat hava mübadiləsini təmin etməlidir. Stasionar iş yerlərində isə yerli sorma sistemləri qurul-malıdır.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin