V=3,6·q·t·Z.m3.
q - verilən norma l/san.
t - yanmanın davam etmə müddətdir.
t=2÷3 saat olur.
Z - eyni vaxtda baş verən yanğınların sayıdır. Ən azı Z=2 götürülür.
Texniki vasitələrə aşağıdakılar aiddir.
1. Əl ilə işlədilən avadanlıq (kürək, lom, vedrə balta, qarmaq və s.).
2. Nasaslar.
buraya
ΠH- 100
ΠH- 120
M- 600
MΠ- 800 A
MM- 1200
MM- 1400
MM- 1600.
3. Xüsusiləşdirilmiş avtosisternalar və bəzi kənd təsərrüfat maşınları.
ΠH- 100 əl ilə işləyən köçürmə tiplidir məhsuldarlığı dəqiqədə 200 l-ə qədər.
ΠŞH- 3- köçürmə tipli olub avtomobillə hərəkət gətirilir.
M- 600 nasosunda 8,82 kBT. gücündə iki taktlı Karburatorlu mühərrik qoyulur və köçürmə tiplidir.
Məhsuldarlığı dəqiqədə 600 l-dir, sorma hünsürlüyü 5m. yaratdığı təzyiq 600 kΠa.-dır.
MM -1200 - bir oxlu iki təkərli yumuşaq asğılı çərçivəsi olan qoşma tipli nasos-dur. Dördtaktlı karburatorlu mühərriklə hərəkətə gətirilir.
Məhsul-qı dəq. 1200l.
Müh. gücü 33,1 kBT.
Sorma hündürlüyü 3,5 m.
Təzyiqi 800 kΠa.
Avtosisterialar quraşdırılan avtomobilin tipi ilə adlanır.
Məs: ZİL-130, ZİL- 150, QAZ- 63 və s.
Belə sisterialı maşında komanda heyətinin oturması üçün ikinci kabinə, mərkəz-dən qaçma nasosu, toxunma parçadan su borusu, hidravlik nərdivan və ehtiyat su cəni ilə təchiz edilir.
Bunlardan başqa kənd təsərrüfatında süni yağış yağdırılan qurğulardan, çiləyiç-lərdən və avtomosisternalardan bu məqsədlə istifadə etmək olar.
Texniki vasitələr qrupuna qığılcım söndürənləridə daxil etmək olar. Bunların aşağıdakı tipləri var.
1. Avtomatik tipli.
2. Su və ya stasionar işlər üçün tətbiq edilən.
3. Xüsusi kameralı tipli.
Kimyəvi od söndürənlərə köpüklənən OΠ-5, kimyəvi köpüklənən OXΠ- 10, kar-bon qazlı OУ-2, OУ-5, OУ-8, karbon qazlı brometilenli OУБ-7 od söndürənlər daxil-dir. Bundan başqa yanğın zamanı odu söndürmək üçün kimyəvi və mexaniki-hava köpüyündən geniş istifadə edilir. Kimyəvi köpük, su və köpük tozundan ΠΓ-50, ΠΓ-100 və başqa köpük generatorlarında alınır.
Gərginlik altında olan elktrik avadanlıqlarının yanğınlarını köpüklənən od sön-dürənlərlə söndürmək olmaz. Çünki, köpük elektrik cərəyanını yaxşı keçirir.
Elektrik avadanlıqlarında baş verən yanğınları və yanacaq- yağlama materialla-rında baş verən yanğınları söndürmək üçün karbon qazlı od söndürənlərdən istifadə edilir.
Köpüklənən od söndürənin doldurma tərkibi iki hissədən ibarətdir: qələvi və tur-şu. Qələvi hissə 400 q. Natirium bikarbonat və 50 q. Biyan şirəsinin 8,5 l. suda qarşı-lığıdır. Turşu hissə isə 120 q. kükürd turşusu və 115 q. Dəmir oksidi qarışığıdır.
Reaksiya vaxtı od söndürəndə alınan köpük, həcmini (doldurulma həcminə nəzə-rən) 5 dəfə artırır.
Od söndürəni işlətmək üçün əl dəstəyini 180° çevirərək od söndürənin aşağı his-səsini yuxarı çevirmək lazımdır. Belə halda turşu olan stəkanın ağzı açılır və turşu qə-ləvi ilə birləşir və aşağıdakı kimyəvi reaksiya alınır:
Fe2 (SO4)3+ 6 NaHCO3→2Fe (OH)3+3 Na2SO4+ 6CO2.(1).
Od söndürənin işçi təzyiqi 500 Ta, uzağa vurma məsafəsi 6-8 m, təsir müddəti 60-65 san.-dir. Sulu qələvi məhlulun donma temperaturası -1C0-dir.
Karbon qazlı od söndürən iki cür olur: gəzdirilən (əllə) və köçürülən tipli. Gəzdi-rilən tipli od söndürənlərə OУ-2, OУ-5 və OУ-8 markalı, köçürülən tipli od söndü-rənlərə УΠ-1M və УΠ -2 markanı göstərmək olar. УΠ -1M markalı od söndürənində balonun tutumu 27 l-dir. УΠ -2 markalı od söndürən iki balondan ibarətdir və hər biri-nin tutumu 40 l-dir.
Gəzdirilən (əl) tipli karbon qazlı od söndürən istənilən markası tökmə polad ba-londan, hansı ki, maye karbon qazı saxlanılır; işə buraxma tərtibatı; diffüzor, bərk karbon qazı alınması üçün xidmət edir.
Bu od söndürəndən istifadə etmək lazım gəldikdə, o yanğın yerinə gətirilir, ge-nişləndirici (diffuzor) horizontal vəziyyətə qaldırılır, sağ əl ilə ventil- bağlayıcının çarxı saat əqrəbinin əksinə axıra qədər açılır və sol əl ilə diffuzor yanğın yerinə çevrilirki, qaz ora düşə bilsin. Odsöndürən işləyən zaman ventil və diffuzor çox soyuyur. Ona görə odsöndürəni şaquli vəziyyətdə əl dəstəyindən tutmaq lazımdır.
Yanğını söndürmək üçün lazım olan suyun (xarici yanğını) miqdarı aşağıdakı düsturla təyin edilir.
Dostları ilə paylaş: |