Yanma, yanmanın növləri, yanma üçün
lazım olan şərait.
Yanma havadakı oksigen və ya başqa oksidləşdiricilərlə birləşməsindən istilik ayrılması ilə işıq şüalanması müşayət olunan hər hansı kimyəvi oksidləşmə reyak-siyasına yanma deyilir. Formasına görə yanmanın iki əsas qrupa bölmək olar:
1. Alovlu yanma (bütün yanıcı mayelər, odun, ot, küləş, quru bitki qalıqları, ka-ğız və s. maddələrin yanması);
2. Alovsuz yanma (ağac kömürü, koks və s. kimi maddələrin yanması).
Yanma prosesində alov əmələ gələn sahəyə yanma zonası, yanma zonasının əha-tə etdiyi sahəyə isə yanma sahəsi deyilir.
Yanmanın alışması üçün üç vacib şərt ödənilməlidir.
1) kifayət qədər yanıcı maddənin olması; 2) ətraf mühitdə yanmanı təmin edəcək qədər oksigen və ya başqa oksidləşdirici maddələrin olması; 3, yanıcı maddənin alış-ması üçün münasib temperaturun alınması (enerjinin olması).
Yanıcı maddə bərk, maye və qaz halında ola bilər. Lakin bunların yanması və yanma prosesində özünü aparması tamamilə müxtəlif xarakterdə olur.
Qaz halında yanıcı maddələr əvvəlcə yanma sahəsinə daxil olan hava (oksigen) ilə qarışıb yanıcı qarışıq əmələ gətirir və sonra yanma zonasına daxil olaraq yanır. Buna görədə qazlarda yanma zonası yandırıcıdan aralı olur.
Mayelər yandıqda əvvəlcə xarici temperatur hesabına buxarlanıb mayenin üst səthində toplanan yanıcı buxar qarışığı alışaraq kiçik alovla yanmağa başlayır və get-gedə alov artır. Bu onu göstərirki, ilk yanmadan alınan istilik təsir göstərdikdə maye-nin üst təbəqəsi qızır, nəticədə yanma zonasına daxil olan yanıcı buxar artır. Digər tə-rəfdən mayenin qızan səth təbəqəsi get-gedə dərinləşir. Bərk cisimlər isə maye və qazlardan fərqli olaraq yanmadan qabaq müəyyən qədər qızır. Bu müddətdə müxtəlif maddələr özünü müxtəlif tərzdə aparır, çünki bəziləri qızdıqda özündəki nəmliyi və yanıcı qarışıq əmələ gətirən kimyəvi maddələri buxarlandırır, bəziləri isə əriyərək yayılır, buxarlanır, yanır və s.
Yanma sahəsində olan və yanma sahəsinə nüfuz edən oksigenində yanmanın xa-rakterinə böyük təsiri olur. Müəyyən edilmişdir ki, yanma mühitində oksigen 14-18% olduqda alovlu yanma kəsilib, tüstülənmə alınır, 8-10% olduqda isə alovsuz yanma və tüstülənmə tamamilə kəsilir.
Göründüyü kimi yanıcı maddə, oksidləşdirici və istilik yanıcı sistem təşkil edir. Bu sistemin kimyəvi bircinsli və ya mürəkkəb olmasıda yanmanın xarakterinə təsir göstərə bilir. Yanma üçün istilik mənbəyi müxtəlif ola bilər: mexaniki enerjinin istilik enerjisinə çevrilməsi, şüa enerjisi, habelə kimyəvi reyaksiyadan ayrılan istilik enerjisi və s.
Bu mənbələrindən alınan istiliyin təsiri yanıcı sistemin alışma temperaturuna çatdıqda yanma başlayır. Alışma temperaturu elə minimum temperaturaya deyilirki, bu temperaturda yanıcı istemə od yaxınlaşdırdıqda və ya bundan sonra azacıq qızdı-rıldıqda alışma baş verir. Alışma temperaturuna görə yanıcı maddələr əsasən iki sinfə bölünür. Birinci sinfə alışma temperaturu 45C0- yə qədər olan yanıcı maddələr, ikinci sinfə isə alışma temperaturu 45C0 –dən yüksək olan yanıcı maddələr (maddələr) aid edilir.
İlk yanğın söndürmə vasitələrinin miqdarı və növləri istehsalat, anbar, ictimai və yaşayış binaları üçün ilk yanğın söndürmə vasitələri normalarına uyğun olaraq müəy-yənləşdirilir. Heyvandarlıq fermalarında işləyənlərin hamısı yanğın söndürmə vasitə-lərindən istifadə etməyi öyrənib bilməlidir. Heyvandarlıq binalarında papiros çəkmək və açıq alov tətbiq etmək qadağandır. Heyvandarlıq binalarının çardaqlarında ot, küləş və digər yem saxlanılmasına aşağıdakı hallar yerinə yetirilməklə icazə verilə bilər.
Çardaqlarda açıq yerlər və elektrik xətti olmadıqda.
Çardak örtükləri möhkəm və içəri tərəfdən azı 3 sm qalınlıqda gillə suvandıqda.
Yem düşürülən yerin üstü yanmayan yaxud çətin yanan materialdan düzəldil-miş olduqda. Heyvandarlıq binalarında işləyən xidmət heyəti üçün yanğın zamanı fəaliyyət göstərməkdən ötrü vəzifə cədvəli hazırlanıb divara vurulmalıdır. Heyvandarlıq binalarında bir-birindən ən çoxu 30 m aralı tutumu azı 250 l olan su qabları (çənləri) və vedrə qoyulmalıdır. Heyvandarlıq binaları xüsusən gecələr ayrılmış şəxslərin nəzarəti altında olmalıdır.
Üzəri küləş və başqa tez alışan örtüklərlə örtülmüş binalarda qara çıraqdan isti-fadə edilməməlidir. Əgər çıraqdan işıqlanma (elektrik işıqlanması olmadıqda) məqsə-dilə istifadə etmək lazım gələrsə, o zaman çıraq (naft lampası) tavandan 70 sm; divar-dan 20 sm döşəmə və yemdən isə 1,5 m aralı qoyulmalıdır.
Binalar tikilərkən baş planda köçürülmə vaxtı, yolların eni əhalinin sayından asılı olaraq nəzərə alınmalıdır.
II və III qrup binalar üçün köçürülmə vaxtı 1,5-2 dəqiqə, IV qrup binalar üçün isə 2-2,5 dəqiqədən çox olmamalıdır. Klub və s. ictimai binalarda 1,5-2 dəqiqədən kö-məkçi binalarda isə 2-6 dəqiqədən çox olmamalıdır.
Heyvandarlıq fermalarında binaların odadavamlılıq dərəcəsindən aslı olaraq 1m çıxış eninə düşən heyvanların sayı aşağıda göstərilmişdir.
HEYVANLAR
|
Binanın odadavamlılıq dərəcəsindən asılı olaraq 1m çıxış eninə düşən hey-van sayı.
|
II və III
|
IV və V
|
İnək
Ana donuz və qaban
Cavan donuzlar
Qoyunlar
Atlar
|
30
25
250
200
25
|
20
15
150
120
15
|
Binada yanğın baş verdikdə heyvanların köçürülməsi üçün olan qapıların miq-darı
burada K – binada saxıanılan heyvanların sayını,
P – 1 m çıxış eninə düşən heyvanların miqdarını.
C – bir qapının enini (inək üçün 2 m, atlar üçün 1,5 m donuz və qoyun üçün 2,5 m götürülür) göstərir.
Binada olan insanların köçürülməsi üçün qoyulacaq qapıların (köçürülmə yolu-nun) miqdarı.
N - binada olan insanların sayını
C – bir qapının (köçürülmə yolunun) enini göstərir (qapının eni 0,8 m, hündür-lüyü 2 m az olmamalıdır).
Müəssisələrin yanğın təhlükəsi istifadə və istehsal olunan məhsulların xassələri və miqdarı ilə təyin olunur. Bu baxımdan müəssisələr SNİP.II-M.2-72 üç qrupu əha-tə edən 6 dərəcəyə bölünür:
1. Partlayış-yanma təhlükəli (A və B kateqoriyaları);
2. Yanğın təhlükəli (V, Q və D kateqoriyaları);
3. Partlayış təhlükəli (E kateqoriyası).
A kateqoriyasına – aşağı alışma həddi 65 q/m3- dən az (havanın həcminə nisbə-tən) olan yanıcı qazlar;
- buxarlarının partlama temperaturu 28-61C0 –yə qədər olan maye yanacaqlar;
- otaq həcminin 5%-dən artıq həcmdə partlayıcı qarışıq əmələ gətirən yanıcı qaz-lar və mayelər;
B – dərəcəsinə -aşağı alışma həddi 10%-dən (hava həcminə nisbətən) yüksək olan yanacaq qazları;
- buxarlarının partlama temperaturu 28C0-yə qədər olan maye yanacaqlar;
- istehsalat şəraitində partlama temperaturuna qədər və ondan artıq qızdırılan maye yanacaqlar;
- otaq həcminin 5%-dən artıq həcmdə partlayıcı qarışıq əmələ gətirən yanacaq qazları, mayeləri və tozları.
V – dərəcəsinə buxarlarının partlama temperaturu 61C0-dən yüksək olan maye yanacaqlar;
Aşağı alışma həddi 65 q/m3-dən (hava həcminə nisbətən) çox olan yanıcı toz və lifləri;
Q – dərəcəsinə isti, gözərdilmiş, yaxud əridilmiş vəziyyətdə işləndikdə istilik şüası, qığılcım və alov törədən yanmayan maddələr və materiallar;
Yandırılan və yaxud yanacaq kimi istifadə olunan bərk, maye və qaz maddələri;
D – dərəcəsinə yanmayan və yaxud soyuq halda işlədilən maddələrlə əlaqədar olan müəssisələr daxildir.
E – dərəcəsinə otaq həcminin 5%-dən çox ancaq partlayış əmələ gətirə bilən yanıcı qazlar və partlayış təhlükəli tozların qarışığı və s.
Dostları ilə paylaş: |