İnşaat konstruksiyalarının odadavamlığı.
Bina və tikililərin yanğın təhlükəsizliyi onların odadavamlığı il təyin olunur. Bu isə onları təşkil edən əsas inşaat konstruksiyalarının yanma qabiliyyətindən və odada-vamlığından asılıdır.
Yanğın şəraitində inşaat konstruksiyalarının öz yükdaşıma və çəpərləmə qabiliy-yətini mühafizə etməsi odadavamlıq adlanır. İnşaat konstruksiyasının “Yanğın şəra-itində yükdaşıma qabiliyyətini itirməsi” dedikdə. Onun uçulması və dağılması nəzər-də tutulur.
İnşaat konstruksiyalarının “Yanğın şəraitində çəpərləmə qabiliyyətini itirməsi” dedikdə isə onun qonşu otaqdakı maddələri alovlandıra bilən istiliyə qədər qızması və yanma məhsulları keçə bilən çatların əmələ gələbilməsi nəzərdə tutulur. Müəyyən edilmişdir ki, çəpərləyici konstruksiyaların 150...180S0 –yə qədər qızması müxtəlif bərk və maye maddələri alovlandıra bilər. (pambıq, sellyloz və s.). təcrübə göstərir ki, istilik mənbəyinin təsiri kəsildikdən sonra belə konstruksiyaların daxili qatlarının və qızdırılmayan səthinin istiliyi artmaqda davam edir. Konstruksiyanın qızdırılmayan səthinə müxtəlif materiallar söykənmişsə onun qızma təhlükəsi artır.
Kənd təsərrüfatında yanğına səbəb aşağıdakılardır:
1. Odla ehtiyatsız davranma.
2. Qızdırıcı cihazların istismar qaydasının pozulması.
3. Elektrik avadanlıqlarının binanın dərəcəsinə uyğun seçilməməsi və istismar qaydasının pozulması.
4. Maşınların işlək hissələrinə lifli materialların sarınması və yağlama pejiminin pozulması.
5. Mühərrikin ixrac borusuna qığılcım söndürənin qoyulmaması.
6. Kənd təsərrüfatı məhsullarının qızışaraq öz-özünə yanması.
Baş verən yanğın xalq malını və avadanlığı külli miqdarda məhv edir. Buna gö-rədə hər bir t/t işçisi yanğın əlehinə mübarizədə təbliğatçı olmalı və yanğın söndürmə avadanlıqları ilə davranma qaydasını bilməlidir.
Kənd təsərrüfatı tipli müəssisələrdə ictimai əsaslar üzrə işləyən könüllü yanğın söndürmə manqaları təşkil edilir.
Hər bir manqanın 5 ÷ 7 nəfər üzvü olmalıdır. Hər bir manqa üzvü t/t-da fərqlə-nən olmaqla öz iş texnikasını daima yüksəltməli, yanğın söndürmə hallarında əhalini təşkil etməyi bacarmalı və yanğın söndürmə avadanlığından istifadə etməyi bacarma-lıdır. Manqa üzvülərinin maddi marağını artırmaq məqsədilə hər bir yanğın söndür-mə hallarınada fərqlənənlərə pul mükafatı verilir. Bundan başqa t/t-da bəzi güzəştlər edilir və idarənin hesabına həyatı sığortalanır. Baş verən yanğınları söndürmək üçün rayon mərkəzlərində, şəhərlərdə xüsusi yanğın söndürmə dəstləri təşkil edilir.
Belə dəstələrə yanğın söndürmə avadanlıqları, avtosisternilər və s. verilir. Yanğı-nı söndürmək üçün tətbiq edilən vasitələr aşağıdakılardır:
1. Kimyəvi vasitələr.
2. Texniki vasitələr.
Kimyəvi vasitələrə su, kimyəvi od söndürənlər, torpaq və s. daxildir.
Suyun yanğını söndürmək məqsədilə tətbiqi bəzi hallar müstəsna olmaq şərtilə bütün hallarda məsləhət görülür. Məs: yanacaq, yağlama materiallarının yanmasında və elektrik avadanlıqlarının yanmasında sudan istifadə etmək olmaz bunlardan başqa bütün hallarda sudan istifadə edilir.
Suyun belə geniş tətbiqinin əsası onun yanma prosesində çoxlu buxar yarada bilməsidir. 10 sudan 1700 l buxar ayrılır ki, buda yanan materiallardan oksigenin yo-lunu izolə edərək yanğının sönməsini sürətləndirir.
Kimyəvi od söndürənlərə OXΠ, OBΠ-10 OU və OУB seriyalı və karbon qazı generatorlarını göstərmək olar.
OУ- od söndürən karbon qazlı.
OУБ ___ ___ ___ ___ ___ ___ ___brometilenli.
OУБ - yalnız elektrik şəbəkələri üçün nəzərdə tutulur.
OУ- od söndürənlərin OXΠ-10-dən fərqi odur ki, zərbəyə davamlıdır. Bunun içərisində sınan şüşə yoxdur. Buna görədə bu seriyadan (OУ) olan od söndürən səyyar maşınlarda tətbiq edilir.
OXΠ-10 od söndürənin texniki xarekteristikası aşağıdakı kimidir.
Balonun tutumu ______________10l.
Sınaq təzyiqi ________________2500 Πa.
İşçi təzyiq həcmi ______________500Πa.
Metal stəkanda qoyulan turşunun çəkisi _________235q.
Yanğın söndürmə sahəsi ___________50-100 m2.
Boşalma müddət ____________ 60san-65 san.
Ən uzağa vurma məsafəsi ___________ 6-8m.
Reyaksiya məhlunun həcmi ___________ 50l.
Yanğın söndürmə sahəsi ___ 25÷50m2-dir.
Yanğın üçün lazım olan su hovuzunun həcmi aşağıdakı kimi hesablanır:
Dostları ilə paylaş: |