Azərbaycan Dövlət Neft və Sənaye Univeristeti Fakültə: İnformasiya texnalogiyaları və idarəetməsi



Yüklə 1,38 Mb.
tarix10.04.2022
ölçüsü1,38 Mb.
#115221
Radioelektron lahiyələndirmə

Azərbaycan Dövlət Neft və Sənaye Univeristeti

Fakültə: İnformasiya texnalogiyaları və idarəetməsi

İxtisas: Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

Qrup: 623.18

Fənn: Radioelektron qurğularının layihələndirilməsi

Müəllim: Məmmədov Azər

Tələbə: İsayev Şahmurad

Mövzu: Parametrik və kompensasiyalı gərginlik stabilizatorları

Parametrik və kompensasiyalı gərginlik stabilizatorları

Elektron sxemlərin çıxışındakı gərginlik müəyyən faktorların təsiri ilə dəyişə bilər. İdeal halda bu gərginliyin yükdəki cərəyanın dəyişməsi hesabına dəyişdiyini hesab edirik. Real halda isə bu dəyişmələrə səbəb müəyyən xarici təsirlər də ola bilər. Bu təsirlərə temperaturun, şəbəkə gərginliyinin dəyişməsini misal çəkmək olar.


Bu cür dəyişmələr elektron sxeminin iş rejimini pozduğundan onun qarşısını almaq üçün xüsusi qurğulardan istifadə edilir. Bu qurğular süzgəclə yük arasına qoşularaq yükdəki gərginliyin (cərəyanın) qiymətinin stabil saxlanmasını yerinə yetirir. Belə qurğulara stabilizatorlar deyilir.

Stabilizatorları iki yolla xarakterizə etmək mümkündür:

Stabilləşdirilən kəmiyyətə görə:

gərginlik

cərəyan

Stabilləşdirmə metoduna görə:

parametrik

kompensasiyalı

Parametrik stabilizatorlarda çıxış gərginliyinin stabilliyi yarımkeçirici elementin məxsusi qeyri-xəttiliyi hesabına təmin edilir. Belə stabilizatora nümunə olaraq stabilitronda yaradılan qurğunu göstərmək olar.

Bu sxemdə çıxış gərginliyinin stabilliyini təmin etmək üçün VD1 stabilitronunun əks elektrik deşilməsi zonasından istifadə edilir.

Parametrik gərginlik stabilizatoru

Parametrik gərginlik stabilizatorun volt amper xarakteristikasının təyini

Gərginlik oxunda giriş gərginliyinin Ugir.max və Ugir.min qiymətləri qeyd edilir və bu nöqtələrdən ballast Rb müqavimətinin qiyməti ilə təyin olunan bucaq altında düz xətlər çəkilir. Stabilitronun xarakteristikasının bu xətlərlə kəsişmə nöqtələri qurğunun çıxış gərginliyinin qiymətlərini müəyyən edir. Burada İb=İst və Ry >> Rb qəbul edilir.

VAX-nın qeyri-xəttiliyi üzündən giriş gərginliyinin



U gir =U gir.maks -U gir.min dəyişməsi çıxış gərginliyinin

Uçıı =Uçıı .maks -Uçıı .min dəyişməsinə uyğun gəlir, belə ki,

U gir >> Uçıı olur.

 

Qurğunun stabilləşmə əmsalını U gir >> Uçıı = 0 və Ryük = const



şərtlərinə görə təyin etmək olar.

Bu halda İgir = U gir / RbUçıı = İ gir rd



rd – stabilitronun diferensial müqavimətidir.

Uçıı / ugir = İ gir rd / İgir Rb ;

(Ku )st = (U gir /U gir )/(Uçıı /Uçıı ) =Uçıı Rb /(U gir rd )

burada U gir =(U gir maks +U gir min )/ 2.

Parametrik stabilizatorun hesablanması Ist min Ist Ist maks şərtində aşağıdakı ifadələrlə yerinə yetirilə bilər

( Ugir.min – Uçıx ) / Rb = Uçıx / Ryük.min + İst.min;

( Ugir.max – Uçıx ) / Rb = Uçıx / Ryük.max + İst.max.

 

Kompensasiyalı gərginlik stabilizatoru.

Kompensasiyalı stabilizatorunun iş prinsipi mənfi əks əlaqə dövrəsindən istifadə olunmasına əsaslanmışdır. Bu prinsipin yerinə yetirilməsi üçün qurğuda tənzimləyici elementdən (TE) başqa ölçü elementindən (ÇE), müqayisə elementindən (ME) və etalon gərginlik mənbəyindən (Uet) istifadə edilir.

Kompensasiyalı stabilizatorun struktur sxemi

Ölçü elementinin stabilləşdirilən parametrə mütənasib olan çıxış gərginliyi etalon mənbəyin gərginliyi ilə müqayisə edilir. Müqayisədən alınan xəta (fərq) gərginliyi (Ux=Uet – Uölçü) tənzimləyici elementin ötürmə əmsalını idarə edir.

Çıxış parametrinin azalması ilə Ux gərginliyinin artması tənzimləyicinin ötürmə əmsalını artırır ki, bu da çıxış gərginliyinin ilkin qiymətinin qərarlaşmasını təmin edir. Çıxış gərginliyinin artması isə xəta (fərq) gərginliyini azaldaraq tənzimləyici elementin ötürmə əmsalını azaldır.

Tənzimləyici elementin növündən asılı olaraq kompensasiyalı stabilizatorlar 2 yerə bölünür:


  • fasiləsiz
  • açar tipli

  • Fasiləsiz kompensasiyalı stabilizatorlarda tənzimləyici element kimi aktiv iş rejimində işləyən bipolyar və sahə tranzistorlarından istifadə edilir.

    Açar tipli kompensasiyalı stabilizatorlarda tənzimləyici element kimi açar rejimində işləyən impuls güc gücləndiricilərindən istifadə edilir.


Diqqətinizə görə təşəkkürlər


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin