Azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ magistr dissertasiyasinin yazilmasi və QİYMƏTLƏNDİRİLMƏSİ qaydalari baki- 2019



Yüklə 0,88 Mb.
səhifə10/11
tarix01.01.2022
ölçüsü0,88 Mb.
#102932
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11
Qrafiklərin siyahısı


Qrafik 1. Beynəlxalq Turist Axını...................................................................

25

Qrafik 2. Qaytarılan məhsullar........................................................................

35

Qrafik 3. ÜDM-in dinamikası..........................................................................

64






  1. Dissertasiyanın müdafiəyə hazırlanması və qiymətləndirilməsi

6.1. Qaydaların bu bölməsi yalnız hesabatların qiymətləndirilməsi və plagiat yoxlaması zamanı müvəffəq göstəricilərə nail olan dissertasiyalara aid edilir. Dissertasiyanın plagiat nəzarətindən keçirilməsi UNEC-in “Plagiat qaydaları” əsasında aparılır.



6.2. Magistrant müdafiə üçün dissertasiyanın qısa məzmununu əks etdirən referat tərtib etməli və onu imzalamalıdır. Referat dissertasiyanın yazıldığı dildə, A4 vərəqdə, 12 ölçülü Times New Roman şrifti ilə, 1,5 intervalla yazılmalı və onun həcmi 2 səhifədən çox olmamalıdır.

6.5. Dissertasiyanın ilkin müdafiəsi kafedra müdirinin qərarı ilə yaradılan ilkin müdafiə qrupunda təşkil edilir. İlkin müdafiənin məqsədi dissertasiyanın məzmun və tərtibatının, bu Qaydaların 6.8-ci bəndində göstərilmiş sənədlərin (rəsmi rəyçinin qiymətləndirmə blankı istisna olmaqla) müəyyən olunmuş tələblərə uyğunluğunun yoxlanılması, eləcə də magistrantın əsas müdafiəyə hazırlığının dəstəklənməsidir.

Dissertasiya kafedranın yekun rəyi və digər aidiyyəti sənədlərlə birlikdə BMDM-in direktoruna təqdim olunur.

BMDM-in direktoru magistrantı dissertasiya müdafiəsinə buraxmağı mümkün hesab etmədikdə bu məsələyə elmi rəhbərin iştirakı ilə baxılır.

6.6. Müdafiəyə buraxılmış dissertasiyalar kafedra tərəfindən müdafiəyə ən azı 15 gün qalmış rəsmi rəyçiyə göndərilir.

Rəsmi rəyçi UNEC-in elmi dərəcə və ya elmi ada malik olan əməkdaşları ilə yanaşı, digər ali təhsil və elm müəssisələrində, dövlət orqanlarında və digər təşkilatlarda çalışan aparıcı mütəxəssislər sırasından da (elmi dərəcəsi olan) təyin oluna bilər.

6.7. Rəsmi rəyçi dissertasiyanı aldıqdan sonrakı 10 gün ərzində qiymətləndirməni bu Qaydaların 17 saylı əlavəsində göstərilmiş formada aparır, qiymətləndirmə blankının bir nüsxəsini magistranta, digərini isə kafedraya təqdim edir.

6.8. Magistrant müdafiəyə ən azı 3 gün qalmış İxtisaslaşdırılmış Şuranın katibinə aşağıdakı sənədləri təqdim etməlidir:

- ərizə (BMDM-in direktorunun müvafiq dərkənarı ilə) (əlavə 14);

- elmi rəhbərin qiymətləndirmə blankı;

- magistr dissertasiyası – 1 nüsxə (müdafiədən sonra kafedrada saxlanılır);

- referat – İxtisaslaşdırılmış Şura üzvlərinin sayı qədər nüsxədə çap edilir (müdafiədən sonra bir nüsxəsi kafedrada saxlanılır);

- rəsmi rəyçinin qiymətləndirmə blankı;

- magistrantın fərdi iş planının surəti (Əlavə 15);

- dissertasiya üzrə nəşr olunmuş elmi məqalələrin surəti.

6.9. İxtisaslaşdırılmış Şuranın katibi sənədləri yoxlayıb qəbul edir, müdafiənin vaxtı və keçiriləcəyi yer barədə referatda müvafiq qeydlər apararaq onları İxtisaslaşdırılmış Şura üzvlərinə təqdim edir və magistrantı məlumatlandırır.

6.10. Tələb olunan sənədlər magistrant tərəfindən yalnız üzürlü səbəblərdən təqdim olunmadıqda, müdafiənin vaxtı müəyyən olunmuş qaydalara uyğun olaraq dəyişdirilə bilər.

6.11. Dissertasiyanın İxtisaslaşdırılmış Şurada müdafiəsi bu Qaydaların 18 saylı əlavəsində göstərilmiş meyarlar üzrə qiymətləndirilir.


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin