Giriş hissəsinin yazılış tələbləri:
Giriş mətnin başlanğıc hissəsidir. O oxucuya sonra ifadə olunmuşlara köklənmə məqsədi daşıyır. Girişdə tədqiqatın nəzəri və praktiki əhəmiyyətini əks etdirən aktuallığı əsaslandırılır. Burada problemin mahiyyəti, fərqləndirici xüsüsiyyətləri, həll mürəkkəbliyi, elmi-təhlil tələbliliyi və öyrənilməsi istiqamətindəki aspektlər əksini tapır. Sonra mövcud tədqiqat sahəsində əvvəlcə görülmüş işlər əsaslandırılmış şəkildə sadalanaraq konstatasiya olunur. Giriş həmçinin mənbələrin və ya eksperimental göstəricilərin icmalını, əsas anlayış və istilahların dəqiqləşdirilməsini və tədqiqat metodlarını da özündə birləşdirir. Bununla belə, referatın girişində mütləq qaydada tədqiqatın məqsəd və vəzifələri əksini tapmalıdır. Məqsəd problem məsələnin fundamental və əməli-tətbiqi xarakteri əsaslandırılmaqla ifadə olunur. Tədqiqatın vəzifələri dairəsi referat işinin strukturundan irəli gələrək konkret istiqamətləri səciyyələndirir.
Girişin həcmi bütün referat həcminin 10%-dən çox olmamalıdır.
Dostları ilə paylaş: |