Mətnin yaradılması və onun ümumi tərtibat tələbləri:
Referat mətni müəyyən tələblərə cavab verməlidir. O, mövzunu açmalı, bütövlülük və əlaqəliliyi təmin etməlidir.
Mövzunun açılışı referat mətninin mövzu materialına aid olmasını və burada qoyulmuş problemin həlli yollarının araşdırıldığını, mətnin ayrı-ayrı komponentləri arasında fikir əlaqəsinin mövcudluğunu və ümumilikdə mətnin fikir tamlığının bütövlüyünü tələb edir.
Bağlılıq nöqteyi-nəzərindən bütün mətnlər mətn - konstatasiya və mətn - mühakimə bölgüsünə məruz qalır.
Mətn - konstatasiya predmetlə tanışlıq nəticələrini, dayanıqlı və şübhə doğurmayan mülahizələri təsbit edir.
Mətn - mühakimədə bir fikir digərindən çıxır. Bu fikirlərin bəzisi şübhə altına alınır, onlar qiymətləndirilir və burada müxtəlif ehtimallar irəli sürülür.
Dostları ilə paylaş: |